Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

- Biz bu gün 2005-ci ilin yekunları haqqında kifayət qədər danışdıq. İndi əsas məsələ 2006-cı ildə nəzərdə tutulmuş bütün planları həyata keçirməkdir. 2006-cı ildə bizim fəaliyyətimiz bir neçə istiqamətdə davam etdiriləcəkdir. Xarici siyasət istiqamətində bizim siyasətimiz açıqdır, aydındır. Biz qonşularımızla ikitərəfli əlaqələrimizi daha da gücləndirməliyik. Biz bu regionda yaşayırıq. Əlbəttə, regional vəziyyət və regionda gedən proseslər bizi biganə qoya bilməz. Eyni zamanda, regional əməkdaşlığın inkişafı üçün Azərbaycan öz töhfəsini vermişdir. Bir sıra mühüm iqtisadi və siyasi layihələrin təşəbbüskarı olmuşdur. Bizim regiondakı mövqelərimiz daha da möhkəmləndirilir.

Nəzərə alsaq ki, bölgədə və geniş mənada regionda enerji təhlükəsizliyi məsələsi kəskinləşmişdir, əlbəttə, Azərbaycanın gələcəkdə önəmi artacaqdır. Bütün nəqliyyat və enerji dəhlizləri, yəni Asiyanı Avropa ilə birləşidrən dəhlizlər Azərbaycanın ərazisindən keçir. Şübhəsiz ki, ölkəmizin coğrafi vəziyyətindən, təbii ehtiyatlarından çox məharətlə istifadə edib öz çəkimizi artırmalıyıq və biz buna nail olacağıq. Bir sözlə, qonşularımızla bizim münasibətlərimiz daha da möhkəmlənməlidir. Bu istiqamətdə çox müsbət nəticələr vardır və gələcəkdə də xarici siyasətimizin bu istiqaməti önəmli yer almalıdır.

Mən beynəlxalq təşkilatlardakı iştirakımız barədə iclasın əvvəlində öz fikirlərimi bildirdim. Bu fəaliyyət də bizim üçün çox lazımdır. Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda iştirak edir, bu təşkilatlara könüllü daxil olubdur, heç kim bizi məcbur etməyibdir. Heç bir təşkilatda üzv olmaq o demək deyil ki, kimsə səni zorla oraya salmaq istəyir, yaxud da səni oradan çıxartmaq istəyir. Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda öz yerini möhkəmləndirir. İslam Konfransı Təşkilatında, MDB-də, GUAM-da, Avropa Şurasında, digər təşkilatlarda Azərbaycan çox fəal iştirak edir. Bu təşkilatlarda üzv olmaq bizim üçün lazımdır, bizim maraqlarımıza cavab verir, eyni zamanda əminəm ki, Azərbaycan da bu təşkilatlar üçün çox önəmli ölkədir. Bayaq qeyd etdiyim həmin amillərə görə, bizim önəmimiz daha da artacaqdır.

Bildiyiniz kimi, Azərbaycanda bəzi siyasi qüvvələr ölkəmizin Avropa Şurası ilə olan münasibətlərinə kölgə salmaq üçün müxtəlif şayiələr, uydurmalar, iftiralar səsləndirirdilər. Onların heç birinin əsası olmamışdır. Bu barədə mənim çıxışlarım da olub, fikirlərim də olubdur. Ancaq buna baxmayaraq, Avropa Şurasının bəzi üzvləri Azərbaycana qarşı ədalətsiz mövqedədirlər. Bu, bu gün yaranan məsələ deyil, bizim Avropa Şurasına üzv olduğumuzun əvvəlindən də var idi, mən onu da xatırlayıram. Bu, siyasi mübarizədir. Elə insanlar, elə siyasətçilər var ki, onlar Azərbaycanı qəbul edə bilmirlər, Azərbaycanı Avropa ailəsinin bir üzvü kimi qəbul etmək istəmirlər. Bunun səbəbləri var, biz də bunları bilirik. Bu barədə mən çox dərinə getmək istəmirəm. Amma bu, faktdır.

O da faktdır ki, bizim əleyhimizə çox güclü erməni lobbisi fəaliyyət göstərir. Erməni lobbisinin dayaqları müxtəlif təşkilatlarda var. Avropa Şurasında erməni siyasətçilərinin, lobbisi üzvlərinin təsiri altında olan kifayət qədər deputat var. Ya siyasi təsir altında, ya iqtisadi təsir altında, yaxud da başqa hansısa bir maraqlar burada istisna olunmur. Bu, mümkündür, biz bunu bilməliyik. Ona görə yenə deyirəm, bu, siyasi mübarizədir və Azərbaycan öz iradəsini açıq şəkildə ifadə etmişdir. Bizim Avropa Şurası ilə əməkdaşlığımız bizə lazımdır və Avropa Şurasına lazımdır.

Mən xatırlayıram, yeni seçilmiş parlamentin ilk iclasında öz çıxışımda bunu qeyd etmişdim. Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlıq haqqında demişdim. Demişdim ki, Avropa Şurası yalnız Azərbaycan üzrə məruzəçilərdən ibarət deyil və mən haqlı çıxdım. Məruzəçilərin bütün səylərinə baxmayaraq, Avropa Şurası Azərbaycanla olan əməkdaşlığı çox üstün tutdu, heç bir təxribata uymadı. Bu səylər, bu hərəkətlər hətta Avropa Şurasının deputatları arasında da böyük hiddət doğurmuşdu. Azərbaycanı təcrid etmək cəhdləri, Azərbaycana sanksiya tətbiq etmək cəhdləri, Azərbaycanın əleyhinə ədalətsiz rəy formalaşdırmaq cəhdləri – onların heç birinin təsiri olmadı. Həyat bir daha onu göstərdi ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir, bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını tam şəkildə əks etdirir. Belə olan halda demək olar ki, öz siyasi nüfuzunu ortaya qoymuş Azərbaycana sanksiya tətbiq etmək istəyən Avropa Şurasının üzvləri, əlbəttə, qərar qəbul etməlidirlər. Bu siyasi fiaskodan sonra özünə hörmət edən siyasətçi, adətən, ya istefa verir, yaxud da öz üzərinə düşən məsuliyyətdən imtina edir. Yəni hər hansı bir siyasi mədəniyyəti əks etdirən,- əgər bu mədəniyyət varsa, - addımlar gözlənilir və bu, təbii olar. Amma buna baxmayaraq, bu olsa da, olmasa da, Azərbaycan öz işini düzgün istiqamətdə qurubdur.

Bir daha deyirəm, Avropa Şurası ilə, bütün başqa təşkilatlarla bizim səmərəli, qarşılıqlı hörmətə əsaslanmış münasibətlərimiz mövcuddur və münasibətlər məhz bu istiqmətdə davam edə bilər. Kimsə fikirləşirsə ki, Azərbaycanı haradasa təhqir etmək olar, yaxud da Azərbaycanı alçaltmaq olar, Azərbaycanı təcrid etmək olar, onu cəzalandırmaq olar - o insanlar yanılırlar. Bu mümkün deyil və heç vaxt da mümkün olmayacaqdır. Bizim kifayət qədər imkanlarımız var, çəkimiz var, gücümüz var ki, öz siyasətimizi davam etdirək. Bizim siyasət bundan ibarətdir. Biz üzv olduğumuz bütün təşkilatlarla çox səmərəli əməkdaşlıq edirik.

Bizim inteqrasiya siyasətimiz də uğurludur. Avropa İttifaqı ilə yeni qonşuluq siyasəti çərçivəsində tədbirlər planı hazırlanır. Bu proses də çox uğurludur və müsbətdir. Bilirsiniz ki, Avratlantik strukturlara bütövlükdə bizim münasibətimiz çox müsbətdir. İnteqrasiya siyasəti davam etdirilir, əməkdaşlıq güclənir. Burada da biz gərək həmişə reallığa əsaslanaq. Bizim inteqrasiya siyasətimiz gərək bu reallıqları özündə ehtiva etsin.

Biz bütün addımları vaxtlı-vaxtında atmalıyıq. Gecikməməliyik, amma çox da tələsməməliyik. Yəni bu reallıq təkcə Azərbaycanın reallıqları deyil, misal üçün, Azərbaycanın inkişafının vəziyyətinin hansı səviyyədə olmasından asılı deyildir. Eyni zamanda, inteqrasiya obyekti olan təşkilatların da buna hazır olmasından asılıdır. Yəni münasibətlər qarşılıqlı hörmət əsasında qurulmalıdır. Əgər biz çox tələssək, çox israr etsək və reallığı tam dərk etməsək, bunun ancaq mənfi nəticələri ola bilər. Ona görə bu istiqamətdə davam etməlidir.

Əlbəttə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində 2006-cı ildə bizim səylərimiz davam edəcək, mən bu barədə öz fikirlərimi bildirdim. Bir daha demək istəyirəm ki, bəzi siyasi qüvvələrin təxribat xarakterli çıxışları Azərbaycan xalqını çaşdırmamalıdır. Azərbaycan müxalifəti, əfsuslar olsun ki, istər daxili siyasətdə, istər Avropa Şurası ilə bizim münasibətlərdə, istərsə də Ermənisan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində yalanın ruporuna çevrilibdir.

Söz düşmüşkən, onu da demək istəyirəm ki, bizim müxalifət Avropa Şurasına Azərbaycan haqqında donoslar yazmışdır. Azərbaycan müxalifətinin üzvləri Avropa Şurasına gedərək, orada sanksiyaların tətbiq olunmasını gözləyirdilər. Məndə olan məlumata görə, müxalifətin nümayəndələri öz vaxtını daha çox Avropa Şurasının bufetində və restoranında keçirmişlər və deyirdilər ki, biz burada, bufetdə güclü iş aparırıq. Azərbaycandan 200-dən artıq donos yazmışlar. Burada məqsəd nədir? Məqsəd, misal üçün, Azərbaycanı orada səsdən məhrum edib, burada hansısa məqsədə nail olmaq. Düzdür, onlar intellekt baxımından o qədər də inkişaf etmiş insanlar deyil, amma o dərəcədə də abdal deyillər ki, yəni tutaq ki, Azərbaycana sanksiya tətbiq olundu və burada nəsə dəyişdi. Heç nə dəyişmədi. Yəni onda məqsəd nədir? Məqsəd Azərbaycanı səsdən məhrum etməkdir. O ərəfədə ki, orada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi müzakirə olunacaq və bu müzakirə ediləndə Azərbaycan nümayəndə heyətinin səsi olmasın ki, o, səs versin. Yəni bu, kimin marağına xidmət edir, Azərbaycanı kim o səsdən məhrum etmək istəyir? Azərbaycan müxalifəti, ermənilər, Ermənistanın nümayəndələri, bir də erməni lobbisinin təsiri altında olan, onun pulu ilə yaşayan satqın siyasətçilər. Yəni bu, milli xəyanətin göstəricisidir.

Ona görə Azərbaycan xalqı, əlbəttə, bütün bunları çox yaxşı bilir. Amma bir daha qeyd etmək istəyirəm ki, donos yazmaq, - özü də öz ölkəsindən, - ən biabırçı bir haldır. Bilirsiniz, onların fəaliyyəti elə əvvəllər də bizə bəlli idi. Ermənistanın xüsusi xidmət orqanları ilə onların nümayəndələrinin sövdələşməsi, konyak içməsi, yaxud da pul alması – bütün bunlar onların siyasətinin əsasını təşkil edir.

İndi mənə deyirlər, bu məsələdə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində də müxalifət çox fəal təbliğat aparır ki, o qərar qəbul edilib, bu qərar qəbul edilibdir. Birincisi, heç bir qərar qəbul edilməyibdir. İkincisi, onlarda bu məlumat haradandır? Yəni bu yalanlar nəyə xidmət edir? Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu gün də mən bunu bir daha dedim. Heç vaxt - nə bu gün, nə sabah, nə 10 ildən sonra, nə 15 ildən sonra, nə 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır. Hər halda mən Prezident olan dövrdə bunu özündə əks etdirən sazişə heç vaxt imza qoymaram. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Azərbaycanlılar Dağlıq Qarabağa qayıtmalıdırlar və bu barədə də danışıqlar aparılır. İşğal edilmiş torpaqlar işğalçılardan azad olunmalıdır. Bu mövzu ətrafında söhbət aparılır və söhbət də aparılacaqdır. Biz deyə bilmərik ki, irəliləyişə nail olduq. Çünki danışıqlarda iki tərəf iştirak edir. Biz hələ ki, danışıqlar prosesinə sadiqik. Bu prosesdə iştirak edirik, danışıqlar prosesi tükənməyibdir. Eyni zamanda, ordumuzu da gücləndiririk, iqtisadiyyatımızı da gücləndiririk. Gördük ki, danışıqlar prosesi tükəndi, onda oturarıq, fikirləşərik, qərar qəbul edərik və artıq öz fəaliyyətimizi başqa istiqamətdə daha da gücləndirəcəyik. Hər halda, bu məsələdə Azərbaycanın Xarici İşlər Nazirliyi iştirak edir. Mən Prezident kimi iştirak edirəm. Hesab edirəm ki, indiki mərhələdə danışıqların davam etdirilməsi lazımdır.

2006-cı ildə ordu quruculuğu istiqamətində də böyük işlər görüləcəkdir. Mən bu gün qeyd etdim, son iki il ərzində biz müdafiə potensialımızı iki dəfədən çox gücləndirdik. Bildiyiniz kimi, 2006-cı ildə hərbi büdcəmiz 600 milyon dollar olacaqdır. Bu, bizə imkan verəcək ki, hərbi potensialımızı daha da artıraq. Bizim hərbi büdcəmiz Ermənistanın bütün büdcəsinə bərabər olmalıdır. Mən bunu artıq bir neçə dəfə demişəm. Bir də deyirəm ki, mən bunu unutmamışam və bu, olacaqdır. Nə vaxt olacaq, o, bizdən asılıdır. Bizə nə vaxt lazım olacaq, o vaxt da olacaqdır. Amma o gün uzaqda deyildir.

İqtisadi islahatlar davam etdirilməlidir. Buna heç bir şübhə ola bilməz. Bu islahatlar bizə lazımdır. Həm struktur islahatları lazımdır, həm də Azərbaycanda bazar iqtisadiyyatının möhkəmlənməsi üçün, inkişafı üçün nə lazımdırsa, onu edəcəyik. Büdcə artımı təmin olunmalıdır. Mən artıq 2007-ci ilin büdcəsindən danışmaq istəyirəm. O barədə fikirləşməliyik. Kəskin şəkildə artım olmalıdır. 2006-cı ildə qeyri-neft sektorunun inkişafı üçün, sahibkarlığın inkişafı üçün çox önəmli addımlar atılmalıdır. Sahibkarlara daha böyük həcmdə kreditlər veriləcəkdir. Əgər keçən il 200 milyard manat səviyyəsində verilibdirsə, deməli, 2006-cı ildə 400 milyard nəzərdə tutulmuşdur. Yeni pulla, haradasa, 100 milyon dollara yaxın bir məbləğdir ki, sahibkarlara güzəştli şərtlərlə kreditlər verilir. Bunlar da öz növbəsində, iş yerlərinin açılması üçün və qeyri-neft sektorunun inkişafı üçün, xüsusilə kənd təsərrüfatının, emal sənayesinin inkişafı üçün lazımdır.

2006-cı ildə geniş sənaye inkişafı proqramı hazırlanmalıdır. O da qeyri-neft sektorunun inkişafı çərçivəsində olmalıdır. Biz indidən gələcək sənaye inkişafımızı müəyyən etməliyik: hansı sahələr inkişaf etməlidir, hansı sahələrə biz xaricdən investorları cəlb etməliyik, hansı sahələri özümüz işlətməliyik, sərmayələri haraya qoymalıyıq.

Bizim maliyyə imkanlarımız artır, büdcəmiz artır. Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşəndən sonra Azərbaycan xəzinəsinə milyardlarla dollar daxil olacaq və biz gərək bundan səmərəli istifadə edək. Güclü sənaye potensialının yaradılması məqsədi qoyulur. 2006-cı ildə bunun istiqamətləri müəyyən edilməli və ilkin addımlar da atılmalıdır.

Bildiyiniz kimi, dövlət investisiya şirkətinin formalaşması üçün Dövlət Neft Fondunda 100 milyon dollar nəzərdə tutulub və bu 100 milyon dollar da öz növbəsində, yeni sənaye istehsalının inkişafına və yaradılmasına xidmət etməlidir. Bu 100 milyon dolları qoyub xarici banklardan 400 milyon dollar da cəlb etmək olar. Beləliklə, 500 milyon dollar məbləğində vəsait məhz sənaye potensialının yaradılmasına yönəldilməlidir.

Regional inkişaf proqramı davam edir. 340 min iş yerinin açılması artıq böyük nailiyyətdir və bu uğurla davam etdirilir. Eyni zamanda, bilirsiniz ki, Bakının şəhərətrafı qəsəbələrinin inkişaf proqramı da hazırlanır. Orada da böyük məbləğlər nəzərdə tutulubdur. Yaxın zamanlarda biz bu proqramı da həyata keçirməyə başlayacağıq.

Yoxsulluğun azaldılması və aradan qaldırılması işində nəticələr var. Yoxsulluğun səviyyəsi aşağı düşür. 2006-cı ildə pensiya islahatının nəticəsində, ünvanlı sosial yardımın tətbiqindən sonra, minimum əmək haqqının qaldırılmasından sonra, müəyyən kateqoriyalı işçilərin əmək haqlarının qaldırılmasından sonra Azərbaycanda yoxsulluqda yaşayan insanların sayı daha da aşağı düşməlidir və düşəcəkdir.

İnfrarstruktur layihələri 2006-cı ildə həyata keçməlidir. Yeni yollar salınmalıdır. Bakını bütün sərhədlərlə birləşdirən yollarda işlər başlanmalıdır. Bakı-Rusiya yolu, Bakı-Gürcüstan yolu və Bakı-İran sərhədi -bütün bu istiqamətlərdə işlər daha da sürətlə getməlidir. Eyni zamanda, bildiyiniz kimi, Bakının yol infrastrukturu haqqında biz qərarlar verdik, geniş müşavirə keçirildi, vəsait ayrıldı. Artıq sabahdan, birisi gündən başlamaq lazımdır. Yeni körpülər, yolötürücüləri, iki-üç səviyyəli körpülər, yollar - yəni Bakının güclü yol infrstrukturu yaradılmalıdır.

Digər infrastruktur layihələri də həyata keçiriləcəkdir. İçməli su kəmərinin tikintisi başlanmalıdır, qaz kəmərləri şəbəkəsi yeniləşməlidir, istilik sisteminin bərpası daha da sürətlə getməlidir, elektrik stansiyalarının tikintisi getməlidir. Yəni bütün bu planlar var. Sadəcə deyirəm ki, bütün aidiyyəti orqanlar bu işlərə böyük diqqət yetirsinlər.

Bizim xərclər artır. Beləliklə, bir tərəfdən, inflyasiya da arta bilər. Ona görə, bütün aidiyyəti qurumlar buna nəzarət etməlidirlər. Biz keçən il inflyasiya qalxanda bunun qarşısını ala bildik, təxirəsalınmaz tədbirlər görüldü. İnanmıram ki, bu il qalxsın, amma xərclər həddindən artıq çoxdur. Büdcə xərclərinin 70 faiz artması istər-istəməz inflyasiyaya təsir edir. Eyni zamanda, dünyada neftin qiymətinin bahalaşması, bütün idxal olunan malların qiymətinə təsir göstərir. Bunlar təbii amillərdir. Biz gərək hazır olaq ki, inflyasiyanı birrəqəmli səviyyədə saxlayaq.

Eyni zamanda, büdcə xərclərində şəffaflıq daha da yüksək səviyyədə olmalıdır. Xərclərə nəzarət güclənməldir. O cümlədən ictimai nəzarət. Ona görə ki, bizim xərclərimiz artır, nəzarət də artmalıdır və güclənməlidir. Əlbəttə, Azərbaycanda siyasi proseslərin möhkəmlənməsi, demokratiyanın inkişafı, ictimai nəzarətin güclənməsi bizim ölkəmizin gələcəyinə lazımdır. Bizim normal fəaliyyətimizə lazımdır.

Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Bu istiqamətdə müəyyən ilkin addımlar atılıbdır. Amma onlar bizi qane etmir. Rüşvətxor məmurlar ifşa olunmalıdırlar. Bəzi hallarda rüşvətxor məmurlar öz cəzasını alanda müxalifət, yaxud bəzi qeyri-hökumət təşkilatları onların müdafiəsinə qalxırlar. Necə ola bilər ki, rüşvətxorluqla məşğul olan, oğurluqla məşğul olan, korrupsioner məmurları biz həbs edəndə, guya ki, Azərbaycanda ədalətin, demokratiyanın carçısı olan müxalifət onların köməyinə gəlir? Yəni bu, bir daha onu göstərir ki, bu əlaqələr çox dərin köklərə malikdir. Həmin o keçmiş səhiyyə naziri, keçmiş iqtisadi inkişaf naziri iqtidarda oturub, öz vəzifəsindən sui-istifadə edib, oğurluqla, korrupsiya ilə, rüşvətlə yığılan pulları müxalifətin nümayəndələrinə ötürürdülər. Ona görə indi, bu imkanlar müxalifətin əlindən alınandan sonra, bunların müdafiəsinə qalxırlar. Amma burada da biz öz mübarizəmizi daha da gücləndirməliyik.

Enerji təhlükəsizliyinin möhkəmlənməsində işlər daha da mütəşəkkil qaydada aparılmalıdır. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi başa çatdırılacaqdır. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də başa çatmalıdır. Artıq Azərbaycan enerji daşıyıcılarının tranziti üçün bir ölkəyə çevrilibdir. Biz tranzit ölkəyik. Artıq İran qazı Azərbaycan ərazisi ilə Gürcüstana ötürüləcəkdir. Gələcəkdə biz bundan səmərəli istifadə etməliyik.

Bəzi ölkələrdə ki, enerji böhranı yaşandı, Azərbaycanda biz bunu hiss etmədik. Çünki bizdə enerji təhlükəsizliyi siyasəti çox yüksək səviyyədədir. 2006-cı ildə modul tipli elektrik stansiyaları tikiləcək və Azərbaycana əlavə 400 meqavat gücündə elektrik enerjisini təmin edəcəkdir.

Bununla yanaşı, Mingəçevir istilik elektrik stansiyasında yeni blokların işə salınması, Sumqayıt və “Şimal-2” elektrik stansiyalarının tikintisi və eyni zamanda, Əli Bayramlı elektrik stansiyasının tikintisi haqqında biz gərək 2006-cı ildə qərar qəbul edək. Biz bunu ya dövlət hesabına edəcəyik, ya xarici investor cəlb edəcəyik, yaxud da kredit alacağıq. Yəni biz gərək üçündən birini müəyyən edək və bu işlər də 2006-cı ildə başlanmalıdır.

Kənd təsərrüfatının inkişafı üçün lazımi tədbirlər görülür. Ölkə əhalisinin yarısı, demək olar ki, kənd təsərrüfatı ilə məşğul olur. “Aqrolizinq” Səhmdar Cəmiyyətinin xətti ilə gətirilən texnika artıq paylanır. Eyni zamanda, İqtisadi İnkişaf Nazirliyinin xətti ilə kənd təsərrüfatının inkişafına dəstək olan kreditlər, qeyd etdiyim kimi, 100 milyon dollardır. Onun təxminən böyük əksəriyyəti kənd təsərrüfatına yönəldiləcəkdir. O da nəzərdə tutulubdur. Gübrə məsələsini də biz həll etdik. Gübrələr də alınır və paylanılır.

Ətraf mühitin qorunması işində geniş ekoloji proqram qəbul edilməlidir. Bu barədə bu gün danışdıq. Çünki bizim imkanlarımız artır, iqtisadi potensial artır, amma insanların sağlamlığı bilavasitə ekoloji vəziyyətlə bağlıdır. Ona görə, bu məsələyə diqqət göstərilməlidir.

Sosial və humanitar sahələrə də biz diqqət göstərəcəyik. 2006-cı ildə səhiyyə sistemində yeni xəstəxanalar, yeni poliklinikalar tikiləcəkdir. Eyni zamanda, səhiyyə xidmətinin səviyyəsi qalxmalıdır.

Təhsil sahəsində məktəblərin tikintisi nəzərdə tutulubdur. Məndə olan məlumata görə, 2005-ci ildə 328 məktəb və əlavə korpus tikilibdir. Bu, görünməmiş bir nəticədir. 2006-cı ildə də biz bu işləri davam etdirəcəyik. Kompyuterləşmə proqramı davam edəcəkdir. Məktəblərdə kompyuterlər quraşdırılacaq və təhsilin keyfiyyəti də qalxmalıdır.

Tarixi-mədəni irsimizin qorunması üçün lazımi tədbirlər görüləcəkdir. Mədəniyyət infrastrukturuna əlavə vəsait ayrılacaqdır. Bizim teatrlarımız, muzeylərimiz ən yüksək səviyyədə əsaslı təmir olunmalıdır. 2005-ci ildə biz bu işə başladıq. Azərbaycan Tarixi Muzeyi və Nizami adına Ədəbiyyat Muzeyində təmir işləri gedir. Bütün teatr və muzeylər yüksək səviyyədə təmir olunmalıdır.

İdman infrastrukturunun inkişafı üçün lazımlı qərarlar verilibdir. 2006-cı ildə Azərbaycanın müxtəlif rayonlarında yeni idman komplekslərinin, üzgüçülük hovuzlarının tikintisi nəzərdə tutulubdur. Turizmin inkişafına da böyük diqqət göstərilməlidir. Turizm infrastrukturunun möhkəmlənməsində 2006-cı ildə çox böyük işlər görüləcəkdir.

Əlbəttə ki, 2006-cı ildə maaşlar, təqaüdlər artmalıdır. Biz bu barədə danışdıq. Həm minimum əmək haqqı, pensiyalar, həm də orta aylıq əmək haqqı qalxmalıdır. Bizim insanlarımız daha da yaxşı yaşamalıdırlar. Aztəminatlı ailələrə ünvanlı sosial yardım göstərilməlidir. Bir də demək istəyirəm ki, minimim əmək haqqı və pensiya Azərbaycanda insanların minimum tələbatını ödəməlidir.

Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir. Əminəm ki, 2006-cı ildə də sabit olaraq qalacaqdır. Azərbaycanda bütün görülən işlər bir məqsədi güdür ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın. Azərbaycan möhkəmlənsin, öz mövqelərini gücləndirsin, Azərbaycanda güclü dövlət quruculuğu prosesi daha da sürətlə getsin. İctimai-siyasi vəziyyətin sabit olması bizim bütün gələcək inkişafımızı müəyyən edəcəkdir. Sabitlik olmayan ölkələrdə heç vaxt inkişaf olmur. Sabitlik inkişafın başlıca şərtidir. Azərbaycanda sabitlik 1993-cü ildə bərqərar olundu. O ildən bu günə qədər sabitlik qorunur və qorunacaqdır. Bu sabitliyi pozmaq istəyənlər olub və bəlkə gələcəkdə də olacaqdır. Amma onların aqibəti elə eyni olacaqdır. Biz ictimai-siyasi asayişi qoruyacağıq. Azərbaycanda sabitliyi möhkəmləndirəcəyik və Azərbaycanın inamlı inkişafını təmin edəcəyik.

2006-cı ildə görüləcək işlər çoxdur. Mən bu gün sizə ancaq işlərin əsas istiqamətlərini bildirdim və bütün aidiyyəti orqanlardan tələb edirəm ki, 2006-cı ildə öz vəzifə borcunu ləyaqətlə icra etsinlər. Xalqa və dövlətə ləyaqətlə xidmət etsinlər.

Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laparoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında

Gənclər Kitabxanasında görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb

“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir

AMB sədri İstanbulda qlobal iqtisadiyyatın gələcəyi barədə fikirlərini bölüşüb

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Azərbaycan Premyer Liqasında VII tura start verilir

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir

Aktiv ƏDV ödəyicilərinin sayı 7 faizədək artıb

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib