Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİNASTARA VƏ LƏNKƏRAN RAYONLARINA SƏFƏRİ

AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də Astara və Lənkəran rayonlarında olmuşdur.

Dövlətimizin başçısı əvvəlcə Astarada respublikada ilk modul tipli elektrik stansiyasının təntənəli açılış mərasimində iştirak etmişdir. Mərasimə toplaşanlar Prezidenti böyük hörmət və ehtiramla, gül-çiçəklə qarşıladılar.

Rayonun Ərçivan kəndində tikilmiş stansiyanın təməli 2005-ci il sentyabrın 8-də Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Tikintinin baş podratçısı Finlandiyanın “Wartsila” və İsveçrənin “ABB” şirkətləridir. Stansiyada hər birinin gücü 8,7 meqavat olan 10 generator quraşdırılmışdır. Stansiyanın ərazisində inşa edilmiş gücləndirici yardımçı stansiyada hər biri 25 meqavatlıq 5 ədəd transformator qoyulmuşdur. 2 kilometr uzunluğunda 110 kilovoltluq elektrikötürmə xətləri, 1,2 kilometrlik qaz xətti çəkilmiş, vertolyot meydançası inşa edilmişdir. Elektrik stansiyasının 51 hektarlıq ərazisində ikimərtəbəli inzibati və idarəetmə binaları inşa edilmiş, əraziyə axan suların qarşısını almaq məqsədi ilə 900 metr uzunluğunda 2 kanal çəkilmiş, 2 keçid körpüsü, 1 hektar ərazidə isə su hovuzu inşa edilmişdir. 20 hektar ərazidə bağ salınmış və 5 minə yaxın ağac və kol əkilmişdir. Stansiyanın tikintisində 500 nəfərə yaxın inşaatçı və quraşdırıcı çalışmışdır ki, onlardan da 300 nəfəri yerli inşaatçılardır.

Astara elektrik stansiyası cənub bölgəsinin elektrik enerjisi ilə təminatında əhəmiyyətli rol oynayacaq, qış mövsümündə enerji qıtlığını aradan qaldıracaqdır. Burada 110 nəfər daimi işlə təmin olunacaqdır.

Prezident İlham Əliyev stansiyada quraşdırılmış müasir avadanlıqla yaxından tanış oldu.

Sonra dövlətimizin başçısı Astara elektrik stansiyasının işə salınmasını bildirən düyməni basdı və stansiya ümumi şəbəkəyə qoşuldu.

Prezident İlham Əliyev stansiyanı inşa edən yerli və xarici mütəxəssislərlə söhbət etdi, müasir tələblərə cavab verən bu obyektin qısa müddətdə başa çatdırılmasına görə minnətdarlığını bildirdi.

İsveçrənin “ABB” şirkətinin vitse-prezidenti Bruno Berggren tikinti müddətində onlara yaradılan şəraitə və köməyə, diqqət və qayğıya görə dövlətimizin başçısına dərin təşəkkürünü bildirdi. Burada çalışan yerli mütəxəssislərin fəaliyyətini yüksək qiymətləndirdi. Xüsusi vurğuladı ki, dünyada məşhur olan “ABB” şirkəti tərəfindən indiyədək heç bir ölkədə bu cür stansiya quraşdırılmamışdır. Qısa müddət ərzində stansiyanın quraşdırılması xarici şirkətlərlə yerli mütəxəssislərin birgə fəaliyyətinin nəticəsidir və alqışa layiqdir. Biz bu işimizlə fəxr edirik.

Sonra stansiyanın açılışını bildirən təntənəli mərasim keçirildi.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Oqtay Abbasov mərasimi açaraq dedi ki, Azərbaycanın dahi oğlu, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizin tarixində müstəsna rol oynadığını hər bir astaralı aydın dərk edir. Məhz ulu öndərimizin səyləri nəticəsində Azərbaycan öz müstəqilliyini qorudu, iqtisadiyyatda tənəzzülə son qoyuldu, inkişafın möhkəm təməli yaradıldı. Azərbaycan dünya birliyində layiqli yerini tutdu.

2003-cü ilin oktyabrında keçirilən prezident seçkiləri xalqımızın Heydər Əliyev siyasətinə sadiqliyinin parlaq sübutu oldu. Ulu öndərin siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin fəaliyyətini xalqımız ürəkdən bəyənir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramının həyata keçirilməsi bütün respublikada olduğu kimi, Astara rayonunda da öz bəhrəsini verir. 2003-2005-ci illərdə rayonda sosial-iqtisadi inkişaf sahəsində bir sıra işlər görülmüşdür. Sahibkarlığın inkişafı, xüsusilə, yeni iş yerlərinin açılması daim diqqət mərkəzində olmuşdur. Beynəlxalq yük terminalının, Astara qaz-kompressor stansiyasının, indi isə elektrik stansiyasının tikilib istifadəyə verilməsi rayonun strateji əhəmiyyətini daha da artırmışdır. Rayonda yeni istehsal müəssisələri, təhsil, mədəniyyət, idman obyektləri tikilmişdir. Son iki ildə 3 minə yaxın yeni iş yeri açılmışdır.

İcra hakimiyyətinin başçısı dedi ki, cənab Prezident, rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar məhz Sizin astaralılara göstərdiyiniz böyük qayğının bəhrəsidir və buna görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizin apardığınız siyasət Azərbaycanın milli maraqlarından doğan siyasətdir və ölkəmizin gücünü daha da artıracaqdır. Xalqımız Sizə inanır və Sizi ürəkdən dəstəkləyir.

Sonra çıxış edən “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dedi ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafını təmin edən amillərdən biri də ölkənin müstəqil energetika sisteminə malik olmasıdır. Bu isə ulu öndərimiz Heydər Əliyevin siyasətinin nəticəsidir. Məhz onun uzaqgörənliyi sayəsində regionun ən böyük elektrik stansiyası olan Azərbaycan DPES-i tikilmişdir. Müstəqilliyimiz dövründə mövcud iqtisadi-siyasi problemlərə baxmayaraq, ümummilli liderimiz respublikada 3 yeni elektrik stansiyasının tikintisini reallaşdırmışdır. İndi istifadəyə verilən Astara elektrik stansiyası Prezident İlham Əliyevin daimi nəzarəti və xüsusi qayğısı sayəsində çox qısa müddətdə tikilib başa çatdırılmışdır.

“Azərenerji”nin rəhbəri stansiyanın texniki göstəriciləri barədə ətraflı məlumat verərək bildirdi ki, burada ildə 700 min kilovat-saata qədər elektrik enerjisi istehsal olunacaqdır. Stansiya Astara, Lənkəran, Lerik, Yardımlı və Masallı rayonları əhalisinin tələbatını tam ödəyəcək və burada əlavə sənaye və qeyri-sənaye obyektlərinin elektrik enerjisi ilə təchizatına şərait yaradacaqdır. Cari ilin avqust ayında Şəkidə, sentyabrda Xaçmazda, ilin sonunda isə Bakı və Naxçıvanda bu tipli stansiyaların tikintisi başa çatdırılacaqdır.

E.Pirverdiyev daha sonra dedi ki, Sumqayıt elektrik stansiyasının təməlinin qoyulması mərasimində Prezident İlham Əliyev xüsusi vurğulamışdır ki, hər bir Azərbaycan vətəndaşının evində daim işıq olmalı, respublikanın enerji müstəqilliyi daha da möhkəmləndirilməli, elektroenergetikanın inkişafı elə səviyyəyə çatdırılmalıdır ki, ölkənin tələbatını tamamilə ödəməklə yanaşı, elektrik enerjisinin ixrac potensialı da yaradılsın. Bu strategiya müvəffəqiyyətlə həyata keçirilir. Sumqayıt elektrik stansiyasında tikinti işləri uğurla davam etdirilir. Stansiya nəzərdə tutulmuş vaxtda, yəni 2007-cı ilin oktyabrında istismara veriləcəkdir. Naxçıvan istilik-elektrik stansiyası əsaslı yenidənqurmadan sonra fevral ayında işə düşəcəkdir.

Respublikada alternativ enerji mənbələrindən istifadə olunması istiqamətində də işlər aparılır. Qobustan ərazisində ümumi gücü 50 meqavat olan külək elektrik stansiyasının tikintisi layihəsi üçün texniki-iqtisadi əsaslandırma hazırlanmışdır.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNƏCƏK

Gürcüstan hökuməti Tbilisi - “Qırmızı Körpü” avtomobil yolunun tikintisinə 100 milyon lari ayırır

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevrilir - ŞƏRH

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

NTD amerikalı basketbolçu transfer edib

Ekspert: Süni intellekt və rəqəmsal bankçılıq İslam maliyyəsinin inkişafına təkan verir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı

Xaçmazda mağazada yanğın olub VİDEO

Xaçmazda mağazada yanğın olub VİDEO

İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laparoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında

Gənclər Kitabxanasında görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb

“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir

AMB sədri İstanbulda qlobal iqtisadiyyatın gələcəyi barədə fikirlərini bölüşüb

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Azərbaycan Premyer Liqasında VII tura start verilir

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Aktiv ƏDV ödəyicilərinin sayı 7 faizədək artıb

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO