Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidentinin son müsahibəsi erməni cəmiyyətini bir daha düşünməyə vadar edəcək

Azərbaycan Prezidentinin son müsahibəsi erməni cəmiyyətini bir daha düşünməyə vadar edəcək

Bakı, 11 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi, verdiyi bəyanatlar, səsləndirdiyi fikirlər 2023-cü ildə Azərbaycanın istər regional, istər beynəlxalq müstəvidə irəliləyəcəyi yol xəritəsini müəyyən etmək baxımından ciddi siyasi hadisə hesab edilməlidir.

Sirr deyil ki, 2022-ci il kifayət qədər gərgin bir period olub. Bu mənada, dövlətimizin başçısının müsahibəsində ilk diqqət çəkən məqam, heç şübhəsiz, ötən dövr ərzində çoxsaylı xarici təzyiq cəhdləri, xüsusən sentyabr hadisələri və ekofəalların aksiyalarından sonra şiddətlənən qaralama kampaniyaları fonunda Azərbaycanın nəinki güc və imkanlarını qoruya bilməsi, üstəlik, əvvəlki dövrlərdən daha güclü görünməsidir. Biz bunu Prezident İlham Əliyevin qətiyyətli ritorikasında əyani olaraq müşahidə etdik. Qısa formada desək, biz 2022-ci ili də qalib kimi başa vurmuşuq.

Bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov AZƏRTAC-a açıqlamasında söyləyib.

Onun sözlərinə görə, belə bir situasiyada, 2023-cü ilin əvvəlində qalib Azərbaycanın rəhbərinin verəcəyi bəyanatlar, müəyyən edəcəyi hədəf və qırmızı xətlər, istər region dövlətləri, istərsə də regionda marağı olan kənar güclər üçün sonrakı addımları müəyyən etmək baxımından həlledici direktiv olacaq.

Xüsusən regionda əsas düyün nöqtəsi olan Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi ilə bağlı qalib liderin yeni situasiyaya uyğun müəyyənləşən mövqeyi isə bütövlükdə Cənubi Qafqazın gələcəyi ilə bağlı həlledici amil olması mübahisəsizdir.

“Xatırlayırsınızsa, Prezident İlham Əliyev 2022-ci ilin yanvarın 12-də də yerli televiziya kanallarına müsahibə vermiş, illik fəaliyyət kursu və hədəflərin çərçivəsini bəyan etmişdi. Ötən il ərzində müşahidə edilən proseslər, xüsusən postmünaqişə dövründə həyata keçirilən cəza tədbirləri, o cümlədən beynəlxalq müstəvidə göstərilən qətiyyət, əldə edilən qələbələr nümayiş etdirdi ki, ilin əvvəlində müəyyən olunan qırmızı cizgilər toxunulmazdır. Xüsusən yekun sülh müqaviləsi mövzusunda.

Müsahibədən də göründüyü kimi, bu mövzuda Prezident İlham Əliyevin müəyyən etdiyi və milli maraqların ehtiva olunduğu mövqe dəyişməzdir. Mümkün sülh müqaviləsi yalnız Azərbaycan və Ermənistan arasında münasibətləri tənzimləyə bilər, daxili məsələlərimiz, o cümlədən Qarabağla bağlı hər hansı nüansın sülh müqaviləsinə aidiyyəti ola, hətta bundan söhbət belə gedə bilməz”, - deyə deputat vurğulayıb.

O qeyd edib ki, ikincisi, mümkün sülh müqaviləsi Azərbaycanın sadə, tarixi ədalətə, beynəlxalq hüquqa uyğun şərtlərinə müvafiq olmalı, dövlətimizin başçısının da vurğuladığı kimi, "hansısa çoxcildlik olmayan, çox sadə bir kağız, əsas prinsipləri əks etdirən sadə sənəd olmalıdır". Bu o deməkdir ki, Azərbaycan bundan sonra daha 30 il hansısa sənədlər toplusunu müzakirə etməyin nə niyyətində, nə də həvəsində deyil.

Prezident İlham Əliyev çox haqlı olaraq bu prosesdə hər hansı bəhanəni qəbul etmir. Xüsusən İrəvan xarici təsirləri, diasporun təzyiqlərini bəhanə gətirməməlidir, çünki Azərbaycan Prezidentinin dediyi kimi, "hər ölkənin, hər bir liderin öz çətinlikləri var, lakin bununla spekulyasiya etmək olmaz. Ermənistanın hakimiyyət orqanları da məsuliyyəti tamamilə öz üzərilərinə götürməli və sülh müqaviləsinin imzalanmasına hazır olmalıdır".

Bəhruz Məhərrəmovun sözlərinə görə, ifadə edilən digər konseptual məqam isə sülh müqaviləsinin əslində daha çox kimə lazım olması, yaxud prosesin ləngiməsindən kimin daha zərərli çıxa biləcəyi ilə bağlı oldu. Prezident İlham Əliyev birbaşa formada ifadə etdi ki, sülh Azərbaycandan daha çox məhz Ermənistana lazımdır. “Keçirdiyimiz iztirablara, ağrılara, bizə əziz olan hər şeyin dağıdılmasına baxmayaraq, biz sülh barədə danışırıq... Bu, həm siyasi baxımdan, həm də insaniyyət baxımından asan deyil. Lakin bunun Azərbaycanın uzunmüddətli maraqlarına uyğun olduğunu başa düşdüyümüz üçün biz bunu təklif edirik”. Amma biz 2023-cü ildə bu prosesdə israrlı olacağıqmı? Dövlət başçısının mövqeyi qətidir, - "bu, masa üzərində bir müddət olacaq. Sonra, necə deyərlər, xüsusi fəallıq göstərməyəcəyik. İstəmirlər - heç lazım da deyil. Delimitasiyanı istəmirlər - heç lazım da deyil. Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək".

“Bu məqamda Azərbaycan Prezidentinin Rusiya sülhməramlılarının səlahiyyətinin başa çatacağı 2025-ci ili xatırlatması və 2023-cü ilin son şans olduğunu bəyan etməsi, heç şübhəsiz ki, erməni cəmiyyətini bir daha düşünməyə vadar edəcək.

Təsadüfi deyil ki, müsahibədən cəmi bir neçə saat sonra, bütün diqqətlərin dövlətimizin başçısının bəyanatlarına yönəlməsi, xüsusən bu müsahibənin sosial medianın erməni seqmentinin əsas mövzusuna çevrilməsi də bir daha deyilənləri təsdiq edir. Baxmayaraq ki, bu gün Paşinyanın da jurnalistlərlə görüşü olmuşdu, amma diqqətin məhz Prezident İlham Əliyevə yönəlməsi, ermənilərin də bölgədə son sözün sahibinin kim olduğunu başa düşdüyünü göstərir”, - deyə deputat bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib