AZƏRBAYCAN PREZİDENTİNİN SOYDAŞLARIMIZIN BALALARINA HƏDİYYƏSİ
Xəbər verdiyimiz kimi, respublikamızın Təhsil Nazirliyi Gürcüstandakı Azərbaycan məktəblərinin 1-1V sinifləri üçün 12 adda 30.855 nüsxə dərslik göndərmişdir. Üzərinə “Bu dərslik Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin sizə hədiyyəsidir” sözləri yazılmış həmin dərsliklərin məktəblər arasında paylanması üçün Gürcüstan Təhsil Nazirliyinin göstərişi ilə Marneuli şəhərində xüsusi komissiya yaradılmışdır.
Komissiyanın rəhbəri Marneuli rayon təhsil şöbəsinin müdiri Nora Həsənova AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, komissiyaya Azərbaycan məktəbləri olan bütün rayonların - Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Tetri-Skaro, Zalqa, Saqareco, Laqodexi bölgələrinin və Tbilisi, Rustavi şəhərlərinin təhsil orqanlarının nümayəndələri daxil edilmişdir.
Dərsliklərin paylanması münasibətilə Marneuli şəhər mədəniyyət evində yığıncaq keçirilmişdir. Natiqlər Gürcüstan azərbaycanlılarının övladlarının təlim və tərbiyəsinə qayğıya görə Azərbaycan Prezidenti Heydər Əliyevə dərin minnətdarlığını bildirmiş və nəzərə çarpdırmışlar ki, məhz dövlətimizin başçısının diqqəti sayəsində bu ölkədəki Azərbaycan məktəbləri 1994-cü ildən bəri hər il dərsliklərlə təmin edilirlər.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Marneuli
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [15:42]
“Öz yazarını seç” – onlayn səsverməyə start verilir
- 17.10.2026 [10:40]
Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb
- 17.10.2026 [02:51]
Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]