Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidentinin xalqa müraciəti dünya mətbuatında geniş işıqlandırılıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 20-də xalqa müraciəti dünyanın bir sıra ölkələrinin mətbuatında geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin nüfuzlu “A Haber”, “TRT Haber”, “CNN Türk”, “TV 100” kanallarında, “Yeni Şafak”, “Takvim”, “Beyaz qazete”, “Star”, “Yeni çağ”, “Haber vitrini” qəzetlərində, “Ensonhaber.com” və digər elektron nəşrlərində dövlətimizin başçısının müraciətində səsləndirdiyi fikirlər oxucuların diqqətinə çatdırılıb. Xəbərlərdə Prezident İlham Əliyevin Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələri tərəfindən Azərbaycana qarşı törədilmiş terror aktları və təxribatlar, eləcə də mina terroru nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olması barədə fikirləri yer alıb.

Prezident İlham Əliyevin müraciətində Azərbaycanın Ermənistana lazımi cavab verməsi barədə fikri xüsusi vurğulanıb. Dövlətimizin başçısının çıxışında Azərbaycan Ordusunun yüksək peşəkarlıq göstərərək yalnız hərbi hədəflərə zərbələr endirdiyi, mülki infrastrukturu və mülki şəxsləri hədəfə almadığını qeyd etdiyi bildirilib, Azərbaycan Prezidentinin “Ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır” fikri diqqətə çatdırılıb.

Türkiyə KİV-ləri Prezident İlham Əliyevin müraciətində Qarabağın erməni sakinlərinə mesajlarına da xüsusi yer veriblər. Dövlətimizin başçısının Azərbaycan dövləti və xalqının bütün haqsızlıqlara, kriminal Ermənistan rejimi tərəfindən törədilmiş bütün cinayətlərə baxmayaraq, erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmadığını qeyd etməsi bildirilib.

Yazılarda dövlətimizin başçısının kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyinin, bu zəhər yuvasının artıq tarixdə qalması və Qarabağda yaşayan erməni əhalisinin də nəhayət rahat nəfəs ala biləcəyi barədə fikrinə istinad edilib və erməni əhaliyə aşağıdakı mesajları diqqətə çatdırılıb: “Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”.

Azərbaycanın Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirdiyi antiterror tədbirləri və Prezident İlham Əliyevin sentyabrın 20-də xalqa müraciəti Rusiya mətbuatının da diqqət mərkəzindədir.

TASS agentliyinin materiallarında Prezident İlham Əliyevin xalqa müraciətində antiterror tədbirlərindən sonra regionda vəziyyətin dəyişəcəyi, kriminal rejimin süqutundan sonra gərginlik mənbəyinin keçmişdə qaldığı barədə fikirləri yer alıb. Agentlik dövlət başçısının Azərbaycan Ordusunun qarşıya qoyulan vəzifəni peşəkarlıqla yerinə yetirməsi, qəhrəmanlıq və şücaət göstərməsi barədə dediklərini diqqətə çatdırıb. Eyni zamanda, Prezident İlham Əliyevin hərbçilərə dinc əhalinin zərbə altına düşməməsi və qorunmasına dair tapşırıq verməsi önə çəkilib.

“Qazeta.ru” nəşri Azərbaycanın antiterror tədbirləri zamanı qarşıya qoyulan məqsədlərə nail olduğunu yazıb. Nəşr xatırladıb ki, Azərbaycan antiterror tədbirlərinə genişmiqyaslı təxribatlardan sonra başlayıb və erməni qoşunlarını öz ərazisindən çıxarıb.

“NTV” telekanalı Azərbaycan Prezidentinin Qarabağda aparılan tədbirlərin tamamilə legitim, qanuni və ədalətli olması barədə fikirlərini sitat gətirir. Materialda qeyd olunub ki, qanunsuz silahlı birləşmələr tam tərksilah olunacaq, onlardan müsadirə olunan texnika məhv ediləcək.

“RBK” agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətinə geniş yer ayırıb, dövlət başçısının Qarabağın erməni əhalisinin tezliklə yaxşılığa doğru dönüşün şahidi olacağı barədə dediklərini vurğulayıb. Agentlik Prezident İlham Əliyevin “Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur” fikirlərini oxucularının diqqətinə çatdırıb.

“Life” internet nəşri qeyd edib ki, Azərbaycan qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində cəmi bir günə qarşıya qoyulan vəzifələri yerinə yetirib. Nəşr Azərbaycan Prezidentindən sitat gətirərək yazır ki, terroristlər onların təxribatlarına layiqli cavab veriləcəyini bir daha anladılar.

“Kommersant” qəzeti Prezident İlham Əliyevin xalqa müraciətini ətraflı işıqlandırıb. Nəşr dövlət başçısının müraciətində Ermənistan hakimiyyətinin siyasi səriştə göstərməsi və bunun Ermənistan ilə Azərbaycan arasında gedən sülh prosesinə müsbət təsir göstərəcəyi barədə fikirlərinə yer ayırıb. Nəşrin digər materialında qeyd olunur ki, hazırkı antiterror tədbirlərindən sonra Cənubi Qafqaz regionunda yeni güc mərkəzi yaranır. Bu, Azərbaycan və Türkiyədir. İndi bölgəyə çoxlu sərmayələr, o cümlədən Qərbdən investisiyalar qoyulacaq. “Sual olunur: oyunun qaydalarını kim müəyyənləşdirəcək, həm siyasi, həm də iqtisadi dividendləri kim alacaq. Görünür, sualın cavabını Bakı və Ankarada axtarmaq lazımdır”, - deyə məqalədə vurğulanıb.

Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirlərini uğurla başa çatdırması İran mətbuatında da əks olunub. İranın “Ghatreh”, “Fardanews”, “Ecoiran”, İRNA, “Mehr” və digər informasiya agentliklərinin saytlarında verilən materiallarda Azərbaycan Ordusunun 24 saat ərzində Qarabağda lokal antiterror tədbiri keçirdiyi bildirilib.

Materiallarda Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətindən sitat gətirilib. Qeyd olunub ki, Azərbaycan öz məqsədinə nail olaraq suverenliyini bərpa etdi. Prezident İlham Əliyev orduya antiterror tədbirləri zamanı mülki əhalinin təhlükəsizliyinin təmin olunması haqqında əmr verib. Xəbərlərdə nəzərə çatdırılıb ki, Prezident Qarabağın erməni əhalisinin təhlükəsizliyinə və hüquqlarının qorunmasına zəmanət verib.

Prezident İlham Əliyevin xalqa müraciəti və müraciəti zamanı söylədiyi fikirlər Gürcüstan mediasının diqqət mərkəzindədir. Bu ölkənin “interpressnews.ge”, “netgazeti.ge”, “frontnews.ge”, “newposts.ge”, “ghn.ge”, “apsny.ge”, “kavkasiya.com”, “qafqazturk.com”, “palitranews.ge”, “ambebi.ge”, “24news.ge”, “aktual.ge”, “interpress.ge”, “newsday.ge”, “realnews.ge”, informasiya portallarının, eləcə də “1tv.ge”, “maestro.tv”, “tv.pirveli”, “rustavi2” televiziya kanallarının yaydıqları xəbərlərdə oxuculara və tamaşaçılara Azərbaycan Prezidentinin fikirləri Azərbaycan, rus və gürcü dillərində məlumatlar çatdırılıb. Məlumatlarda Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin bundan sonra dinc yaşayacaqları, regionun inkişafı, heç kimin Azərbaycanla ultimatum dilində danışa bilməyəcəyi, regionda yeni dövrün başlanacağı barədə fikirləri xüsusi qeyd olunub. Ümumilikdə Gürcüstan mətbuatında Azərbaycan Prezidentinin müraciəti ilə bağlı 50-dən çox xəbər yayımlanıb.

Macarıstanın kütləvi informasiya vasitələri Azərbaycanın Qarabağ bölgəsində 24 saat ərzində keçirilən lokal antiterror tədbirlərini geniş işıqlandırıb. Siyasi analitik Andraş Raçın “444.hu” nəşrində dərc olunmuş məqaləsində Bakıdakı mərkəzi hökuməti son nəticədə Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin qalıqlarının zərərsizləşdirilməsi qərarına gətirib çıxaran hadisələrin xronologiyası yer alıb. Müəllif antiterror tədbirlərinin keçirildiyi zonanın “Ermənistanın nəzarəti altında” olduğunu və bu ərazidə rəsmi İrəvan tərəfindən idarə edilən qanunsuz hərbi birləşmələrin yerləşdiyini qeyd edib.

A.Raç yazıb: “Formal olaraq, erməni qüvvələrinin təslim olması Moskvanın vasitəçiliyi ilə atəşkəs elan edilməsi kimi qələmə verilib, amma mahiyyət etibarilə bütün bunlar kapitulyasiyadır”. Razılaşmanın əsas müddəalarını qısaca diqqətə çatdıran müəllif xatırladıb ki, cümə axşamı Yevlaxda “Azərbaycanın mərkəzi hökuməti ilə yerli ermənilər arasında görüş olacaq”.

Ərəb ölkələrinin kütləvi informasiya vasitələrində də Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi antiterror tədbirləri və dövlətimizin bu ərazilərdə öz suverenliyini bərpa etməsi haqqında materiallar dərc edilib.

“Əl Əhram” qəzetində dərc olunmuş məqalədə Prezident İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətindən əsas məqamlar yer alıb. Oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycanın dövlət başçısı Qarabağda erməni kəşfiyyat-diversiya qrupları tərəfindən mina terrorundan sonra dərhal lazımi addımlar atıldığını, düşmənin layiqincə cəzalandırıldığını bildirib. Vurğulanıb ki, lokal xarakterli antiterror tədbirlərinə başlanılıb və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirilib. Antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib.

“Əl-Vəsat” nəşrində dərc olunan “Azərbaycan Qarabağda öz suverenliyini bərpa edib” sərlövhəli yazıda da Prezident İlham Əliyevin xalqa müraciətindən sitatlar verilib. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev uğurlu antiterror tədbirləri nəticəsində qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesinin başladığını, o cümlədən onların Azərbaycanın şərtini qəbul edərək silahları təhvil verdiyini bildirib. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Bakının antiterror tədbirlərinə başlaması qanunsuz erməni hərbi birləşmələrinin təxribatları, o cümlədən azərbaycanlı hərbçilər və mülki şəxslərin həlak olması ilə nəticələnən mina terroru ilə bağlı olub.

“Arab.48” informasiya portalında dərc olunmuş materialda da Azərbaycanın qısamüddətli antiterror tədbirlərindən sonra öz ərazilərində suveren hüquqlarını bərpa etdiyi, qanunsuz erməni hərbi birləşmələrinin ağ bayraq qaldıraraq təslim olduğu və Xankəndindəki separatçı rejimin Bakının bütün şərtlərini qəbul etdiyi bildirilib. Məqalədə, eyni zamanda, Prezident İlham Əliyevin Qarabağdakı erməniəsilli vətəndaşların Azərbaycan Konstitusiyasına müvafiq şəkildə reinteqrasiyası barədə fikirləri yer alıb. Yazıda qeyd olunub ki, Azərbaycanın dövlət başçısı Qarabağ ermənilərinin bütün hüquqlarının təmin ediləcəyini də söyləyib.

Bundan başqa, “Independentarabia”, “Əl Naşra” informasiya portallarında, həmçinin “Əl Cəzirə”, “SkyNewsArabia” telekanallarında da Azərbaycanın Qarabağda öz suverenliyini tam şəkildə təmin etməsi, sentyabrın 21-də Yevlax şəhərində Azərbaycanın dövlət strukturlarının nümayəndələri və Qarabağın erməniəsilli sakinləri arasında aparılan danışıqlar barədə xəbərlər və reportajlar yayımlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ

Dövlət Komitəsində Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir YENİLƏNİB 2

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media Forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir

Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının təhlükəsiz istismarı ilə bağlı əhaliyə müraciət edib

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

AQEM Media Forumunun iştirakçılarına

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb

Nazir: Rəqəmsallaşma və süni intellektin tətbiqi nəticəsində iqtisadi imkanların artdığını müşahidə edirik

Ümumi istifadədə olan avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

“AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Frederik Star: Trans-Xəzər marşrutu regional əməkdaşlığın inkişafına töhfə verir

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir

“Birliyin Gücü-2026”: 3 500-dən çox hərbçi və 130 PUA təlimdə

Hərbi qulluqçularımız Gürcüstanda keçirilən dağçılıq təlimində iştirak ediblər

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib