Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 16 il keçir

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 16 il keçir

“Konstitusiya Məhkəməsi öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun qurmalı, qanunun aliliyinin təmin edilməsi, Konstitusiyaya hörmət və ehtiramın aşılanması məqsədlərinə xidmət etməli, onun qərarları hüququn mötəbər mənbəyinə çevrilməlidir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konstitusiya Məhkəməsinin 10 illik yubileyi münasibətilə təbrik məktubundan

 

Ulu öndər Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanın milli təhlükəsizliyini və bütövlüyünü təhdid edən hədələrin aradan qaldırılması və siyasi sabitliyin təmini mümkün olmuş, dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatların, o cümlədən qanunvericilik və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə başlanılmışdır.

İctimai münasibətlər sisteminin müasir dəyərlərə uyğun təşkilini tələb edən bu mürəkkəb proses çərçivəsində ən əhəmiyyətli hadisə, heç şübhəsiz, xalqımızın ümummilli lideri Heydər Əliyevin bilavasitə rəhbərliyi və gərgin əməyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi olmuşdur. Yeni Konstitusiya ölkəmizin dayanıqlı inkişafının əsas prioritetlərini müəyyənləşdirməklə yanaşı, siyasi, hüquqi, eləcə də sosial-iqtisadi sahələrdə ciddi islahatların aparılmasına, milli səviyyədə bir çox fundamental problemlərin həllinə imkan yaratmışdır.

Məlum olduğu kimi, konstitusiyalar hər bir ölkənin əsas qanunu olmaqla qanunvericilik sistemində xüsusi yer tutur, dövlətin və cəmiyyətin inkişafının strateji məqsəd və vəzifələrini, dövlət quruluşunu müəyyən edir, insan, cəmiyyət və dövlət arasında münasibətləri tənzimləyən əsasları təsbit edir. Hüquqi və siyasi sistemin təməlini əks etdirən konstitusiyaların ən yüksək və ali hüquqi qüvvəyə malik normaları bütün hüquqi tənzimetmə sisteminin əsasında durur, onların qəbulu, xüsusən də oradakı müddəaların reallaşdırılması ictimai münasibətlərin inkişafında sabitlik və müəyyənlik amili qismində çıxış edir.

Bu baxımdan, 1995-ci ildə müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbul edilməsi sadəcə yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, həm də ölkəmizin inkişafının mahiyyətcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələ isə ilk növbədə, siyasi sistemin mərkəzində insanın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnir.

Şübhəsiz ki, hüquqi dövlətin təməlini qanunların aliliyinin təmin olunması, insan hüquqlarının və azadlıqlarının müdafiəsi təşkil edir. Buna görə də, bu və ya digər ölkənin demokratik inkişafı üçün Konstitusiyanın qəbul edilməsi ilə yanaşı, onun aliliyinin təmin olunması, dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin konstitusiya prinsipləri çərçivəsindən kənara çıxmaması üçün konstitusiya nəzarəti institutunun yaradılması da zəruridir.

Klassik mənada konstitusiya nəzarəti ictimai hakimiyyətin ümumməcburi aktlarının Konstitusiyaya uyğunluğunun təmin edilməsi vasitəsi kimi qəbul edilir və Konstitusiyaya zidd aktların qüvvədə olmasının qarşısını almağa xidmət edir. Bu anlayış Konstitusiya normalarının təfsiri vasitəsilə hüququn inkişafı və hüququn tətbiqi təcrübəsinin istiqamətləndirilməsi kimi əhəmiyyətli səlahiyyətləri ehtiva edir.

Hüquqi dövlətdə konstitusiya ədalət mühakiməsi funksiyalarının həyata keçirilməsi konstitusiya nəzarəti orqanlarının Konstitusiya və qanunlarla nəzərdə tutulmuş səlahiyyətlərinin reallaşdırılması yolu ilə mümkündür. Konstitusiya nəzarəti orqanının fəaliyyəti vasitəsilə hüququn aliliyini təmin etmək, qanunvericilik sistemində olan kolliziyaları aradan qaldırmaq, dövlət orqanları arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələri istisnasız olaraq hüquqi vasitələrlə həll etmək, Konstitusiya ilə nəzərdə tutulmuş insan hüquqlarını və azadlıqlarını tam və dayanıqlı müdafiə etmək, pozulmuş hüquq və azadlıqları bərpa etmək imkanı yaranır, hüququn tətbiqi təcrübəsində ahəngdar, məntiqi inkişaf təmin olunur.

Təsadüfi deyildir ki, müasir dünyada konstitusiya nəzarəti institutu hakimiyyət sisteminin demokratikləşdirilməsinin, insan hüquq və azadlıqlarının müdafiə edilməsinin və hüququn aliliyinin təmin edilməsinin əvəzedilməz mexanizmlərindən biri kimi qəbul edilir. Belə ki, tarixən uzun inkişaf yolu keçərək müasir dövrdə demokratik, hüquqi dövlət quruculuğunun ayrılmaz atributlarından birinə çevrilmiş konstitusiya ədalət mühakiməsi bütövlükdə cəmiyyətə və onun inkişafı prosesinə keyfiyyət baxımından əhəmiyyətli təsir göstərir, bu və ya digər dövlətin ərazisində ictimai münasibətlərin bütün subyektlərinin fəaliyyətində Konstitusiyanın aliliyinin, habelə birbaşa qüvvəsinin təmin edilməsinə, hüquq qaydasının gözlənilməsinə xidmət edir.

Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərindən çıxış edilərək, ölkəmizin hüquq sistemi üçün tamamilə yeni təsisatın - konstitusiya ədalət mühakiməsi orqanının yaradılmasının nəzərdə tutulması, bu təsisatın dövlət hakimiyyəti sistemində yerinin və rolunun müəyyənləşdirilməsi çox əhəmiyyətli hadisə olmuşdur.

1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, 1998-ci il iyulun 14-də Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Konstitusiya Məhkəməsinin 7 hakiminin təyin edilməsi ilə və həmin ilin iyul ayının 18-də ulu öndər, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Konstitusiya Məhkəməsinin müstəqilliyini və hakimlərinin hüquqi statusunu təmin etmək məqsədilə imzaladığı Fərmanla Konstitusiya Məhkəməsi rəsmən fəaliyyətə başlamışdır.

Konstitusiya Məhkəməsinin fəaliyyətinin ilk illəri daha çox Məhkəmənin fəaliyyətinin təşəkkül dövrü və bütövlükdə cəmiyyətimiz tərəfindən onun konstitusiya ədalət mühakiməsi orqanı kimi dövlət və ictimai həyatdakı rolunun və yerinin qəbul edilməsi ilə bağlı olmuşdur. Qeyd edildiyi kimi, Konstitusiya Məhkəməsi Azərbaycanın hüquq sistemi üçün tamamilə yeni təsisat olduğundan ictimaiyyət arasında onun statusu və fəaliyyət istiqamətləri barədə geniş təsəvvürün formalaşması müəyyən zaman tələb edirdi.

Konstitusiya nəzarətinin səmərəli həyata keçirilməsi, həmçinin bu institutun özünün təkamülünü nəzərdə tutur. İctimai inkişafın daim yeniləşən meylləri bütövlükdə hüquq sisteminin təkmilləşdirilməsini şərtləndirir, insan və vətəndaş hüquqlarının və əsas azadlıqların tam təmin olunması, vətəndaşların üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün zəruri şəraitin yaradılmasına cavabdeh olan dövlət strukturlarına qarşı əlavə tələblər irəli sürür. Digər tərəfdən, Azərbaycanda həyata keçirilən demokratikləşmə proseslərinin dərinləşdirilməsi, insan hüquqlarının və azadlıqlarının müdafiəsinin hüquqi mexanizmlərinin daha da təkmilləşdirilməsi, ölkəmizin dünya birliyinə inteqrasiyası, eləcə də Avropa Şurası ilə münasibətlərin inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoyulması ilə yaranan yeni öhdəliklər və yanaşmalar konstitusiya islahatlarının aparılmasını zəruri etmiş, bu islahatlar digər sahələrlə yanaşı, Konstitusiya Məhkəməsinin fəaliyyətini də əhatə etmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci il avqustun 24-də keçirilmiş referendumla Əsas Qanunun mətninə bir sıra dəyişikliklər edilmiş, Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ olan subyektlərin dairəsi genişlənmiş, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), məhkəmələr və vətəndaşlar Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ əldə etmişlər.

Qeyd etmək yerinə düşər ki, konstitusiya islahatlarının keçirilməsindən əvvəl Konstitusiya Məhkəməsi öz əsas səlahiyyətlərini yalnız Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğuları əsasında həyata keçirirdi.

Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ olan subyektlərin dairəsinin məhdud olması təcrübədə müəyyən problemlərin yaranmasına, xüsusilə də ölkə vətəndaşlarının öz konstitusion hüquqlarını müdafiə etməsi üçün bu hüquq müdafiə vasitəsindən səmərəli istifadə edə bilməməsinə səbəb olurdu.

Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ olan subyektlərin dairəsinin genişləndirilməsi nəticəsində isə hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət vermək, İnsan hüquqları üzrə müvəkkil (ombudsman) insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından sorğu vermək, məhkəmələr isə insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Konstitusiyanın və qanunların şərhi ilə əlaqədar müraciət etmək hüququ əldə etmişlər.

Konstitusiya islahatlarının keçirilməsindən sonra Avropa Şurasının ekspert və mütəxəssislərinin iştirakı ilə hazırlanmış “Konstitusiya Məhkəməsi haqqında” yeni Qanunun 2004-cü il yanvarın 8-dən qüvvəyə minməsi ilə Konstitusiya Məhkəməsinin fəaliyyətində keyfiyyətcə yeni mərhələ başlamışdır. “Konstitusiya Məhkəməsi haqqında” yeni Qanunda digər müddəalarla yanaşı, yeni subyektlər tərəfindən Konstitusiya Məhkəməsinə müraciət edilməsi və həmin müraciətlərə baxılması prosedurları da müəyyənləşdirilmişdir.

Bu gün Konstitusiya Məhkəməsi geniş səlahiyyətlərə malik müasir konstitusiya nəzarəti orqanıdır. Qeyd olunan nəzarətin yurisdiksiyasına normativ hüquqi aktların geniş spektri daxildir. Bu da bütün qanunvericilik sisteminə konstitusiya nəzarətini həyata keçirmək, Konstitusiya və qanunların normalarının şərhi vasitəsilə hüququn inkişafı və hüquq tətbiqetmə təcrübəsinin istiqamətləndirilməsi baxımından olduqca əhəmiyyətli funksiyaların həyata keçirilməsi deməkdir.

Konstitusiya Məhkəməsinin təbiətindən irəli gələn əsas səlahiyyəti Konstitusiyanın 130-cu maddəsində sadalanmış normativ-hüquqi aktların Konstitusiyaya və ya qanunvericilik iyerarxiyasında daha üstün hüquqi qüvvəyə malik akta uyğunluğunun yoxlanılmasıdır. Bu səlahiyyəti vasitəsilə məhkəmə Konstitusiyanın və qanunların aliliyini təmin etmiş olur. Belə ki, Konstitusiya Məhkəməsi yoxlanılan normanın və ya onun hər hansı bir hissəsinin Konstitusiyaya, yaxud özündən üstün hüquqi qüvvəyə malik akta uyğun olmadığını müəyyənləşdirdikdə, onu qüvvədən düşmüş elan edir. Bununla da, həmin normativ-hüquqi aktın müvafiq müddəası öz hüquqi qüvvəsini itirir və Azərbaycan Respublikasının ərazisində tətbiq edilə bilməz.

Burada mühüm məqam ondan ibarətdir ki, yoxlanılan norma Konstitusiya Məhkəməsi tərəfindən məqsədəmüvafiqlik nöqteyi-nəzərindən deyil, Konstitusiyanın hərfinə və ruhuna, onun prinsiplərinə uyğunluq baxımından qiymətləndirilir və Konstitusiya ilə uyğunsuzluq təşkil etdiyinə görə qüvvədən salınmış normalar qanunvericilik sistemindən kənarlaşdırılmış olur.

Konstitusiya Məhkəməsinin mühüm səlahiyyətlərindən biri də Konstitusiyanın və qanunların şərhidir. Ümumiyyətlə, Konstitusiya və qanunların, habelə digər normativ-hüquqi aktların şərhi konstitusiya nəzarəti orqanlarının fəaliyyətində mühüm yer tutur. Konstitusiyanın məzmununun hərfi şərhi, qanunların və digər normativ hüquqi aktların müddəalarının konstitusion mənasının izah olunması nəticəsində ifadə edilən hüquqi mövqelər bu və ya digər məsələdə qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edir.

Hüquq tətbiqetmə təcrübəsində yaranan qeyri-müəyyənlik, hüquq normalarının natamamlığı, habelə ictimai münasibətlərin dinamizmi və dəyişkənliyi, hüquq normaları arasında olan uyğunsuzluqlar və s. bu kimi amillər bu və ya digər normaların şərhini şərtləndirən amillər kimi çıxış edə bilər. Burada nəzərə alınmalıdır ki, Konstitusiyanın və ya qanun normalarının şərhi hər bir konkret halda şərh edilən müddəanın mətninin dəqiqliklə öyrənilməsini, həmin müddəanın yaranma tarixinə, konstitusiya sistemində yerinə, məqsəd və mahiyyətinə diqqət yetirilməsini tələb edir.

Konstitusiyanın və normativ hüquqi aktların normalarının konstitusiya nəzarəti orqanı tərəfindən şərhi zamanı konkret qanunvericilik sistemi çərçivəsində Konstitusiya və digər qanunvericilik normalarının daxili iyerarxiyasının müəyyən edilməsi; qanunvericilikdə ziddiyyətlərin, boşluqların aradan qaldırılması; ictimai münasibətlərin konstitusiya-hüquqi tənzimlənməsi və qəbul ediləcək qanunvericilik aktları üçün yeni istiqamətlərin formalaşdırılması; konstitusiya ilə beynəlxalq hüququn ümumtanınmış prinsip və normaları, tərəfdar çıxılan beynəlxalq müqavilə normalarının qarşılıqlı nisbətinin müəyyən edilməsi təmin olunur.

Göründüyü kimi, Konstitusiyanın və qanunların şərhi ilə bağlı bu mühüm səlahiyyət Məhkəməmizə bu və ya digər normanın məzmununu aydınlaşdırmaqla, onun real konstitusiya-hüquqi predmetini hüquqtətbiqedicilərin nəzərinə çatdırmağa və həmin normanın məhz bu mənaya uyğun dəqiq və eyni cür tətbiqi təcrübəsini formalaşdırmağa imkan verir. Mühüm məqam ondan ibarətdir ki, Konstitusiya Məhkəməsinin verdiyi rəsmi şərhlə hüquq norması müasir dəyərlər baxımından dolğunlaşdırılaraq daha təkmil forma alır və həmin normanın hər hansı digər qeyri-konstitusion formada tətbiqi mümkünsüz olur. Beləliklə də normanın tətbiqi qaydası dəqiqləşdirilməklə onun məhdudlaşdırıcı və ya genişləndirici formada olan qeyri-konstitusion tətbiqi təcrübəsi dəyişdirilmiş olur. Bu isə geniş mənada hüququn tətbiqi təcrübəsinin konstitusiya hüququna müvafiq inkişaf etdirilməsi məqsədinə xidmət edir.

Konstitusiya Məhkəməsinin fəaliyyəti müddətində qəbul edilmiş qərarlar sırasında Konstitusiya və qanunların şərhinə dair çıxarılmış qərarlar xüsusi hüquqi çəkiyə malikdir. Belə ki, Məhkəmə tərəfindən qəbul edilmiş 276 qərardan 116-sı ayrı-ayrı qanunların, 2-si isə Konstitusiyanın müxtəlif müddəalarının şərh edilməsinə dair olmuşdur.

Artıq qeyd edildiyi kimi, fəaliyyətə başladığı ilk illərdə Konstitusiya Məhkəməsinə birbaşa fərdi şikayətlərin verilməsi nəzərdə tutulmurdu. Lakin “Konstitusiya Məhkəməsi haqqında” yeni Qanunun 2004-cü ilin yanvarından qüvvəyə minməsindən sonra Konstitusiya Məhkəməsində fərdi şikayətlər institutu fəaliyyətə başladı. Keçən dövrün təcrübəsi göstərir ki, Azərbaycan vətəndaşları öz hüquqlarının müdafiəsinin səmərəli vasitəsi qismində fərdi şikayət hüququndan kifayət qədər fəal istifadə edirlər.

Xüsusi vurğulanmalıdır ki, müasir konstitusionalizmin mühüm hüquqi ölçülərindən biri də insan hüquqlarının və əsas azadlıqların məhkəmə müdafiəsinin təmin edilməsidir. Cəmiyyət inkişaf etdikcə hüquqi müdafiə mexanizmlərinin də təkmilləşdirilməsi zərurəti meydana çıxır. Bu mənada, əsas insan hüquqlarının və azadlıqlarının konstitusiya nəzarəti qaydasında qorunması Konstitusiyanın əsas dəyəri olan fərdin (insanın) konstitusion-hüquqi azadlığının qorunmasının yeni səviyyəsi kimi qiymətləndirilir.

Bu baxımdan, konstitusiya şikayəti institutu insan hüquqlarının və azadlıqlarının müdafiəsinin, Konstitusiyanın aliliyinin təmin edilməsinin səmərəli formalarından biri kimi çıxış edir və Əsas Qanunun sadəcə deklarativ müddəalardan ibarət sənəd deyil, birbaşa qüvvədə olan normalar məcmusuna çevrilməsi üçün olduqca əhəmiyyətlidir.

Fərdi şikayətlərə baxarkən Konstitusiya Məhkəməsi mübahisələndirilən məhkəmə aktının əsasını səhv təşkil edib-etməməsi; məhkəmə tərəfindən qanunsuz hərəkətlərə yol verilib-verilməməsi; məhkəmənin hüquq mülahizəsinin Konstitusiya və ya qanunun, habelə hüquq analogiyasının sərhədlərini keçib-keçməməsi və s. məsələləri araşdıraraq, insan hüquq və azadlıqlarını müdafiə edir və Konstitusiya baxımından əsası olmayan məhdudiyyətlərin qarşısını alır.

Fərdi şikayətlər əsasında məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması üzrə Konstitusiya Məhkəməsinin fəaliyyətindən danışarkən nəzərə almaq lazımdır ki, bu səlahiyyət Konstitusiya Məhkəməsini heç bir halda üçpilləli məhkəmə sisteminin növbəti instansiyasına çevirmir. Belə ki, Konstitusiya Məhkəməsi məhkəmə aktlarının qanuniliyini yoxlayarkən müstəsna hüquq müdafiə vasitəsi kimi çıxış edir və heç bir halda mülki və ya cinayət işlərinə, iqtisadi və ya inzibati mübahisələrə mahiyyəti üzrə baxmır, Konstitusiya Məhkəməsi Plenumunun iclaslarında işin faktiki halları yoxlanılmır. Burada Konstitusiya Məhkəməsinin vəzifəsi Konstitusiyanın aliliyini və pozulmuş insan hüquqlarının və azadlıqlarının bərpasını təmin etməkdir.

Bu günədək Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən fərdi şikayətlər əsasında 98 qərar qəbul edilmişdir. Həmin qərarlarda ərizəçilərin pozulmuş hüquq və azadlıqlarının bərpa olunması ilə yanaşı, vətəndaşların hüquq və azadlıqlarının məhkəmə müdafiəsi, o cümlədən məhkəməyə müraciət etmək hüququ, mülkiyyət hüquqlarının müdafiəsi, əmək, mənzil, sosial təminat hüquqları və s. mühüm məsələlərə dair hüquq tətbiqetmə baxımından əhəmiyyətli hüquqi mövqelər formalaşdırılmışdır.

Konstitusiya Məhkəməsi habelə qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələri həll edir və Konstitusiyada nəzərdə tutulmuş digər səlahiyyətlərini həyata keçirir.

Konstitusiya Məhkəməsinin dövlət hakimiyyəti sistemində yeri ilə əlaqədar qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi məhkəmə hakimiyyətinə daxil olan digər məhkəmə orqanlarından fərqli təbiətə malikdir. Konstitusiya Məhkəməsinin funksiyaları xüsusi xarakterli və ixtisaslaşmış nəzarət fəaliyyətinin ən yüksək forması olmaqla, digər məhkəmə nəzarəti fəaliyyətindən fərqlidir, özünəməxsus obyektləri, subyekt tərkibi, prinsipləri, formaları, hüquqi vasitələri mövcuddur. Konstitusiya Məhkəməsinin qərarları ilə əlaqədar olaraq bu fərqlilik özünü daha aydın büruzə verir. Belə ki, öz qərarları vasitəsilə Konstitusiya Məhkəməsi Konstitusiyanın aliliyini və birbaşa hüquqi qüvvəsini təmin edir, Konstitusiyaya uyğun olmayan aktları hüquqi qüvvədən salır, hüquq sistemində və hüquq tətbiqetmə təcrübəsində mövcud olan boşluqları aradan qaldırır, insan hüquqlarının və azadlıqlarının müdafiəsində qanunvericilik və məhkəmə təcrübəsinin birliyini mühafizə edir.

Xüsusilə vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsi qanunvericiliyin ona verdiyi səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və hakimiyyətin digər qollarının normayaratma fəaliyyətinə müdaxilə etmir. Lakin məhz ali konstitusiya nəzarəti orqanına xas olan və bir çox halda hüquq tənzimlənməsi sahəsində mövcud boşluqları aradan qaldıran - Konstitusiyanın və qanunların rəsmi şərhi, Konstitusiyaya uyğun olmayan hüquq normalarının qüvvədən düşməsi, müvafiq tövsiyələrin verilməsi kimi fəaliyyət sahələri yeni hüququn ortaya çıxmasına səbəb olmaya bilməz. Məhkəmənin belə fəaliyyəti həm demokratik mahiyyəti, həm də mövcud sistemə müvafiqliyi baxımından milli hüququmuzun inkişafının ümumi qanunauyğunluğundan və inkişaf istiqamətlərindən kənara çıxmır, konstitusiya hüquq elmi vasitəsilə hüquq elminin və müsbət hüququn bazasında yeni hüquq prinsipləri yaranır.

Ümumiyyətlə, Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla formalaşdırılır. Sözsüz ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, o cümlədən hüquqi mövqelərinə də şamil edilir, bəzən bu hüquqi mövqelər müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqtətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilir və bu mənada həmin qərarlar ümumi məhkəmələr üçün əhəmiyyətli mənbə qismində çıxış edir.

Konstitusiya Məhkəməsi bəzən baxdığı işlərdə məsələnin müstəsna olaraq hakimiyyətin digər qollarından birinin səlahiyyətinə aid olduğunu nəzərə alaraq, həmin orqanlara Konstitusiya Məhkəməsinin qərarından irəli gələn müvafiq qanunvericilik nizamlamalarının həyata keçirilməsinə və ya əlavə tədbirlərin görülməsinə dair tövsiyələr verir. Hüquqi təbiətinə və qüvvəsinə görə belə tövsiyələr Konstitusiya Məhkəməsinin qərarında formalaşdırılmış hüquqi mövqelərə əsaslanan qərarın tərkib hissəsi kimi qəbul edilməlidir.

Məhkəməmiz konstitusiya ədalət mühakiməsinin müasir meyllərini davamlı olaraq izləyir və fəaliyyətində tətbiq edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlər, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ və xarici konstitusiya nəzarəti orqanlarının məhkəmə təcrübəsi mütəmadi olaraq öyrənilir və Konstitusiya Məhkəməsinin qərarlarında onlara istinadlar edilir. Bu, qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi kimi müvafiq beynəlxalq müqavilələrin tətbiq edilməsinin zəruriliyindən irəli gəlir və daha keyfiyyətli qərarların qəbul edilməsinə, həmçinin Məhkəmənin mövqeyinin zənginləşdirilməsinə və düzgün əsaslandırılmasına xidmət edir.

Konstitusiya Məhkəməsi zamanın tələbindən çıxış edərək, fəaliyyətə başladığı ilk illərdən beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət vermiş, xarici ölkələrin konstitusiya nəzarəti orqanları ilə, habelə Avropa Şurası, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və başqa beynəlxalq təşkilatlarla əməkdaşlıq qurmuşdur. Məhkəməmiz Konstitusiya Ədalət Mühakiməsi üzrə Ümumdünya Konfransının, Avropa Konstitusiya Məhkəmələri Konfransının və Asiya Konstitusiya Məhkəmələri Assosiasiyasının tamhüquqlu üzvüdür.

Türkiyə, Rusiya, Almaniya, Fransa, Belçika, Çexiya, Slovakiya, Macarıstan, Sloveniya, Norveç, İspaniya, Ukrayna, Gürcüstan, Moldova, Litva, Latviya, Polşa, İndoneziya, Belarus və digər ölkələrin konstitusiya nəzarəti orqanları ilə sıx ikitərəfli əlaqələr qurulmuş, qarşılıqlı səfərlər təşkil edilmiş, Türkiyə, Belarus, Moldova, Bolqarıstan və İndoneziya respublikalarının Konstitusiya məhkəmələri ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandumlar imzalanmışdır. Bu müqavilələr Məhkəməmiz ilə qeyd edilən dövlətlərin konstitusiya nəzarəti orqanları arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafı, Konstitusiya məhkəmələri arasında hüquqi sahədə əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır.

Müasir qloballaşan dünyada demokratiya, hüquqi dövlət və insan hüquqlarının qorunması sivil cəmiyyətlərin inkişafının qarşılıqlı əlaqəli üç idealıdır. Əslində konstitusiya nəzarəti ideyasının təməlində duran anlayış da məhz bu idealların gerçəkləşdirilməsinə yönəlmişdir. Cəmiyyətin inkişafı, onun maddi və mənəvi çiçəklənməsi, vətəndaş sülhü yalnız insanın ali dəyər, onun hüquq və azadlıqlarının təmin edilməsinin isə dövlətin başlıca vəzifəsi və əsas təyinatı olaraq qəbul edildiyi şəraitdə mümkündür. Öz növbəsində, dövlətin hüququn aliliyinə sadiqliyi də insanların təhlükəsizliyinin və yüksək rifahının təminatına imkan verən başlıca amildir. Məhz buna görə, işlək konstitusiya nəzarəti mexanizminin mövcudluğu Konstitusiyanın aliliyinin təmin edilməsinin, dövlətdə hüquqi sabitliyin və inkişafın, habelə cəmiyyətin qarşılaşdığı mühüm problemlərin konstitusion sahədə, hüquqi çərçivələrdə həllinin təminatı kimi qəbul edilir.

Bu baxımdan, fərəh hissi ilə qeyd edə bilərik ki, 16 il bundan əvvəl fəaliyyətə başlayan və Azərbaycanın hüquq sistemi və ictimaiyyəti üçün tamamilə yeni institut olan Konstitusiya Məhkəməsi ötən illər ərzində ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak etmiş, Konstitusiyanın aliliyinin təmin olunması, insan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyəti ilə ali dövlət orqanları sırasında öz layiqli yerini tutmağa müvəffəq olmuşdur.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bu gün öz tarixinin və inkişafının böyük tərəqqi ilə xarakterizə olunan, keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Azərbaycanın dayanıqlı və dinamik inkişafı, hərbi potensialının və qüdrətinin möhkəmlənməsi, demokratik nailiyyətlərin əldə edilməsi, xalqımızın rifah halının günbəgün daha da yüksəlməsi, ölkəmizin dünya birliyində layiqli yer tutması məhz bu məqsədyönlü siyasətin nəticəsində mümkün olmuşdur. Əminik ki, Konstitusiya Məhkəməsi öz fəaliyyəti ilə Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesinə, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiəsi işinə bundan sonra da öz töhfəsini verməkdə davam edəcəkdir.

Fərhad Abdullayev

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsinin sədri 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib