Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsində Konstitusiya Məhkəməsinin rolu

Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsində Konstitusiya Məhkəməsinin rolu

Bakı, 10 noyabr, AZƏRTAC

Azərbaycan xalqının 30 illik işğala son qoyduğu, ərazi bütövlüyünü bərpa etdiyi Zəfər ili kimi tarixə düşmüş 2020-ci ilin noyabrında həm də ölkənin ilk milli Konstitusiyasının qəbulunun 25 ili tamam olurdu. Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin builki ildönümü də əlamətdar günlərə, Böyük Qələbənin sevincini qeyd etdiyimiz günlərə təsadüf edir. Bu günlər üçün Müzəffər Ali Baş Komandan başda olmaqla, cəsur Ordumuza borclu olduğumuzu dərk edir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirik.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Konstitusiya Məhkəməsi Aparatının İnsan hüquqları və analitik şöbəsinin müdiri Anar Babayev və Konstitusiya hüququ şöbəsinin müdir müavini Rəna Abbasovanın “Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsində Konstitusiya Məhkəməsinin rolu” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

İlk Konstitusiyanın qəbulunun müstəqillik tariximizin mühüm hadisələrindən biri kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilir.

Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan dövlətinin ilk Konstitusiyasının layihəsi ümummilli lider Heydər Əliyevin bilavasitə sədrliyi ilə 33 nəfərdən ibarət komissiya tərəfindən hazırlanmışdı. 1995-ci il noyabrın 12-də demokratik mahiyyəti ilə ümumavropa dəyərlərindən faydalanmış Konstitusiya layihəsi referenduma çıxarıldı və Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək ümumxalq səsverməsi yolu ilə öz dövlətinin Əsas Qanununu - demokratik və hüquqi dövlət ideallarını əks etdirən Konstitusiyasını qəbul etdi.

Konstitusiya ölkədə demokratik, hüquqi, dünyəvi dövlət qurulması işinə hüquqi zəmin yaratdı, dövlət və vətəndaş arasındakı münasibətlərin tənzimlənməsinin əsaslarını müəyyən etdi. Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. kimi məqsədlər müəyyən olundu.

Əsas Qanunumuzda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqları geniş təsbit olunub, insan hüquq və əsas azadlıqlarının beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq təmin edilməsi dövlətin ali məqsədi kimi nəzərdə tutulub.

Konstitusiya dövlətin ali qanunu olaraq müstəsna əhəmiyyət kəsb etdiyindən qanunvericiliyin ona zidd olmaması üçün xüsusi nəzarət sistemi tələb olunurdu. Belə ki, Konstitusiyanın 147-ci maddəsinə görə, Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir və qanunvericilik sisteminin əsasını təşkil edir.

Əsas Qanunun 148-ci maddəsi ilə normativ hüquqi aktların iyerarxiyası təsbit edilərkən də ilk pillədə Konstitusiya müəyyən edilib. Odur ki, digər qanunvericilik aktlarının Konstitusiyaya zidd olmamasının, sonuncuda əks olunmuş norma və prinsiplərə uyğun olmayan müddəaların qanunvericilikdən çıxarılmasının zəruriliyi səbəbindən ölkənin hüquq sistemi üçün yeni bir təsisatın - konstitusiya ədalət mühakiməsi orqanının yaradılması da Əsas Qanunda nəzərdə tutuldu. Konstitusiyanın “Keçid müddəaları”nın 11-ci bəndində Konstitusiya Məhkəməsinin yaradılmalı olması göstərilmişdi. Bu müddəaya əsasən ilk dəfə 1997-ci il oktyabrın 21-də "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və 1998-ci il iyulun 14-də Azərbaycan Respublikasında konstitusiya nəzarətini həyata keçirən orqan kimi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmi fəaliyyətə başlayıb.

Ölkədə həyata keçirilən islahatların genişləndirilməsi, o cümlədən məhkəmə hüquq sisteminin təkmilləşdirilməsi, hüquqi dövlət quruculuğunun, hüquq və azadlıqların müdafiəsi mexanizmlərinin müasir dövrün tələbləri ilə uzlaşdırılması məqsədilə 2002-ci il avqustun 24-də keçirilmiş referendumla Əsas Qanunun mətninə bir sıra dəyişikliklər edilib, o cümlədən Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ olan subyektlərin dairəsi genişlənib, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), məhkəmələr, habelə ayrı-ayrı şəxslər (fərdlər) Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ əldə ediblər.

Referendumla Əsas Qanuna edilmiş dəyişikliklər müvafiq məsələlərin xüsusi qanunvericilik aktları ilə ətraflı tənzimlənməsini zəruri etdi. Bu səbəbdən 2003-cü il dekabrın 23-də “Konstitusiya Məhkəməsi haqqında” yeni Qanun qəbul edildi. Həmin Qanunda Konstitusiyanın aliliyinin təmin olunması və hər kəsin hüquq və azadlıqlarının müdafiəsi Konstitusiya Məhkəməsinin əsas məqsədləri kimi təsbit edildi.

Konstitusiya Məhkəməsinin fəaliyyətinin əsası, ilk növbədə, Konstitusiyanın üstün hüquqi qüvvəsinin təmin edilməsi ilə bağlıdır. Bu baxımdan Konstitusiyaya, habelə normativ hüquqi aktların iyerarxiyasında özündən üstün qüvvəyə malik aktlara zidd normaları müəyyən edib onların hüquqi qüvvəsinə son qoymaqla Konstitusiya Məhkəməsi tərəfindən müəyyən mənada normayaratma (neqativ qanunvericilik) funksiyasının həyata keçirildiyi bəzi müəlliflər tərəfindən qəbul edilir. O da qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Konstitusiyaya zidd elan etdiyi hüquq normasının qüvvədən salınması üçün hər hansı orqan tərəfindən əlavə akt qəbul edilməsinə ehtiyac yoxdur. Konstitusiya Məhkəməsinin qəbul etdiyi akt dərc olunduğu gündən birbaşa hüquqi qüvvə əldə edir.

Konstitusiya Məhkəməsi fərdi şikayətlər üzrə konstitusiya ədalət mühakiməsini həyata keçirməklə Konstitusiya ilə nəzərdə tutulmuş insan hüquqlarını və azadlıqlarını müdafiə etmək, pozulmuş hüquq və azadlıqları səmərəli şəkildə bərpa etmək imkanı əldə edib.

Konstitusiya Məhkəməsinin həyata keçirdiyi səlahiyyətlər arasında hüquq normalarının şərh edilməsi də mühüm əhəmiyyət kəsb edir. Hüquq normalarının şərh olunması ilə bağlı Konstitusiya Məhkəməsinin qərarlarında hüquqi tənzimləmənin məzmununa və mahiyyətinə aydınlıq gətirilir, dəqiqləşdirilir, şərh edilən normanın qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən olunur. Bununla da bir çox hallarda müvafiq hüquq normasının tətbiqi ilə bağlı ikili yanaşmalara son qoyulur, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına, nəticədə insan hüquq və azadlıqlarının səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradılır. Məcburi hüquqi qüvvəyə malik bu şərhlər vasitəsilə Konstitusiya Məhkəməsi hüququn inkişafı və hüququn tətbiqi təcrübəsinin istiqamətləndirilməsində mühüm töhfələr vermiş olur. Belə qərarlar hüququ öyrənənlər, müvafiq hüquq sahəsi üzrə araşdırma aparan hüquqşünaslar üçün də mühüm mənbə qismində çıxış edir. Odur ki, son dövrlərdə Konstitusiya Məhkəməsi Plenumunun bir sıra mülki qanunvericilik normalarının şərh edilməsi ilə bağlı qərarlarının, ölkənin hüquq ictimaiyyəti tərəfindən də qəbul edilmiş müstəsna əhəmiyyəti nəzərə alınaraq bu məqalədə də qeyd edilməsini məqsədəmüvafiq hesab edirik.

İlk öncə göstərilməlidir ki, Konstitusiyanın 130-cu maddəsinin IV və VI hissələrinə əsasən, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisinin, Nazirlər Kabinetinin, Ali Məhkəməsinin, Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğuları və məhkəmələrin müraciətləri əsasında Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına şərh verir.

Məhkəmələr hüquqtətbiqetmə zamanı qanunvericilikdə hər hansı bir ictimai münasibətin hüquqi tənzimlənməsinə fərqli yanaşmaların mövcud olduğunu və bu səbəbdən insan hüquq və azadlıqlarının həyata keçirilməsində problemlər yaşandığını aşkar etdikləri təqdirdə Konstitusiya Məhkəməsinə müraciət edərək müvafiq hüquq normalarının mahiyyətinə və məzmununa aydınlıq gətirilməsini, rəsmi şərh edilməsini xahiş edirlər. Plenum şərh olunması xahiş olunan normaların hüquqi təyinatının nədən ibarət olduğunu, məsələ ilə bağlı beynəlxalq təcrübəni, elmi araşdırmalardakı fikirləri və təhlilləri nəzərə alaraq hüquqi mövqeyini formalaşdırır və müvafiq tənzimləmənin mahiyyətinə və məzmununa aydınlıq gətirməklə onu rəsmi təfsir edir. Belə müraciətlərdən biri 2020-ci il sentyabrın 25-də Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən edilib. Müraciətdə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü, 1194-cü və 1200-cü maddələrinin şərh edilməsi xahiş olunub. Sumqayıt Apellyasiya Məhkəməsi məhkəmə təcrübəsində vərəsəlik hüquq münasibətləri üzrə məcburi pay hüququnun vəsiyyətnamənin mövcudluğundan asılı olub-olmamasına dair hüquqtətbiqetmə təcrübəsində müxtəlif yanaşmaların olduğundan dolayı müvafiq normaların Konstitusiya Məhkəməsi tərəfindən şərh edilməsinin zəruriliyi qənaətinə gəlib. Müraciətdə məhkəmə təcrübəsindəki qeyri-müəyyənliyin məcburi pay sahiblərinin öz hüquq və qanunla qorunan mənafelərini realizə etməsində, o cümlədən Mülki Məcəllənin 1200-cü maddəsinə uyğun olaraq məcburi payın tamamlanmasının tələb olunması ilə bağlı hüququnun həyata keçirilməsində çətinliklərə səbəb olduğu qeyd edilib.

Müraciətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2021-ci il 8 yanvar tarixli Qərar qəbul edilib. Qərarda, ilk növbədə, Mülki Məcəllənin 1159.1.1-ci və 1193-cü maddələrinin məzmunu əlaqəli şəkildə şərh edilərək qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrin (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olduqları müəyyən edilib. Plenum məcburi pay sahibliyi institutunun sağlam və etibarlı ailə münasibətlərini müdafiə və himayə etmək, yaxın ailə üzvlərini miras qoyanın sərəncamlarına qarşı qorumaq məqsədli bir institut olduğunu nəzərə alaraq qeyd edilən qənaətə gəlib. Qərarda vurğulanıb ki, vərəsəlik və ailə hüquq institutlarının konstitusiya əhəmiyyətindən çıxış edilərək Mülki Məcəlləyə “məcburi pay” anlayışı daxil edilib və Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay sahiblərinin dairəsi ən yaxın ailə üzvləri sırasından müəyyən edilməklə ailə münasibətlərinin himayə edilməsi, bununla da vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq birinci növbə vərəsələrin (məcburi vərəsələrin) qanunla onlara verilmiş minimum paylarının qorunması hüquqları təmin edilib.

Qərarda, həmçinin Mülki Məcəllənin 1200-cü maddəsi ilə bağlı hüquqi mövqe ondan ibarət olmuşdur ki, məcburi payın tamamlanmasını tələb etmək hüququ məcburi pay institutunun əsas məqsədi olan məcburi vərəsələrin əmlak hüquqlarının vəsiyyət edənin subyektiv iradəsindən qorunmasına və nəticədə onlara çatacaq məcburi payın pozulmasının qarşısının alınmasına xidmət edir. Həmin maddəyə uyğun olaraq, əşya miras qoyan tərəfindən sağlığında üçüncü şəxsə hədiyyə edilərsə və bağışlamadan iki ildən çox müddət keçməmiş miras açılarsa, ilk növbədə, bağışlanan əşya xəyali olaraq miras əmlaka daxil edilir. Bu zaman məcburi pay sahiblərinin məcburi pay həcmi artarsa, artan məbləğ qədər məcburi pay sahibləri tərəfindən məcburi payın tamamlanması tələb edilə bilər.

Məlumdur ki, sahəvi qanunvericilik normaları Əsas Qanunun normalarının göstərişlərindən çıxış edərək hüquqi tənzimetməni həyata keçirməlidir. Əks halda, konstitusiya hüquq normaları hüquqi funksiyası və əhəmiyyəti olmayan deklarativ normalar toplusuna çevrilmiş olar. Bu səbəbdən heç bir sahəvi hüquq norması konstitusiya hüquq normasının reallaşdırılmasına maneə olacaq şəkildə şərh və tətbiq edilməməli, hər hansı normanın təfsiri və tətbiqi zamanı konstitusiya hüquq normalarının ümumməcburi istiqamətverici xarakteri mütləq şəkildə nəzərə alınmalıdır. Hazırkı Qərarda da Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın “Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir” müddəasının əks olunduğu 17-ci maddəsinin II hissəsinə əsaslanmaqla bu normanın həyata keçirilməsinin, sağlam və etibarlı ailə münasibətlərinin yaradılmasının təmin edilməsi üçün mülki qanunvericilik normalarını yuxarıda açıqlanan məzmunda şərh edib.

Beləliklə, Konstitusiya Məhkəməsi konstitusiya ədalət mühakiməsi orqanı kimi təsis edildiyi vaxtdan səlahiyyətləri çərçivəsində öz funksiyalarını yerinə yetirməklə Konstitusiyanın aliliyini, Əsas Qanunda təsbit edilmiş insan hüquq və azadlıqlarının effektiv şəkildə realizəsini təmin etməyə çalışıb.

Yekunda qeyd etməliyik ki, 44 gün davam etmiş Vətən müharibəsində qazanılmış parlaq Qələbə sayəsində 30 ilə yaxın müddətdən sonra beynəlxalq hüququn prinsip və tələbləri yerinə yetirilib və işğaldan azad edilmiş ərazilərdə Konstitusiyanın hüquqi qüvvəsi təmin olunub. Odur ki, Konstitusiya Məhkəməsi bu tarixi Qələbədən ruhlanaraq bundan sonra da qəbul etdiyi qərarlar ilə ərazisinin bütövlüyü bərpa olunmuş Azərbaycanda hüquqi dövlətin möhkəmləndirilməsi prosesində öz töhfəsini verməyə davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb

Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

Luvr Muzeyində təhlükəsizlik sistemləri yenilənir

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA

İyunun 19-u Ümumdünya Uşaq Futbolu Günüdür

Nazir müavini: Yeni Dövlət Proqramında əkin sahələrinin genişləndirilməsi əsas məqsəd deyil

Aİ liderləri Rusiya ilə danışıqlar məsələsində iki düşərgəyə bölünüblər

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini beynəlxalq konfransda iştirak edib

Qarabağın geosiyasi perspektivlərinə dair araşdırma “Routledge” nəşriyyatında işıq üzü görüb

Nəqliyyat vasitələrinin utilizasiyası ilə əlaqədar 1 milyon manatdan çox ödəniş olunub

Bu saata olan əsas xəbərlər

Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub

Bakı ilk dəfə Avropa Su İdmanı Federasiyasının konfransına ev sahibliyi edəcək

Əbubəkr Gizligider: Çirkab suların monitorinqi pandemiyanın erkən aşkarlanmasında mühüm rol oynayır

Milli Məclis Azərbaycanla Ekvador arasındakı viza sazişini təsdiqləyib

İlhamə Qədimova: İxracyönümlü istehsalın artırılması nəzərdə tutulur

Xaçmazda ev yanıb VİDEO

Xaçmazda ev yanıb VİDEO

Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilmə imkanları dəyərləndirilib

Şəkidə səslənən ölməz nəğmələr: Arif Babayevin xatirəsi yad olunub

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Folklor İnstitutu birgə layihələr reallaşdıracaq

Nazir müavini: Qazax-Tovuz iqtisadi rayonu üzrə buğda istehsalının artırılması əsas prioritetlər sırasında olacaq

Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusu alır

Nazir müavini: Hökumətlər üçün riskləri erkən görmək daha tez hərəkətə keçmək deməkdir

Culfada yanğın zamanı xəsarət alan qadın ölüb

Gömrük sistemində islahatlar: Məcəllədə hansı dəyişikliklər edilir?

Tokioda ibtidai məktəbdə yanğın baş verib, xəsarət alanlar var

Fransa və Türkiyə müdafiə sahəsində əməkdaşlığı genişləndirir

Bu il Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən 1072 hüquqpozma faktı aşkarlanıb

Qərb bölgəsinin qədim tarixi və arxeologiyasına dair yeni elmi nəticələr təqdim edilib

Azərbaycanda intensiv meyvə bağları və istixana komplekslərinin sayı çoxaldılacaq

Natiq Əmirov: Kənd təsərrüfatında rəqabətqabiliyyətli və yüksək məhsuldarlığa əsaslanan yeni inkişaf mərhələsi formalaşdırılacaq

Yay tətilində uşaqlar nə etməlidir? - mütəxəssislərdən tövsiyələr

Azərbaycan regional investisiya mərkəzi kimi mövqeyini möhkəmləndirir

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub

Dünya çempionatının oyunlarını stadionlardan 1,5 milyondan çox azarkeş izləyib

Prezidentin köməkçisi: Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır

Lima və Bakı mədəni əlaqələri gücləndirir: Metropoliten Muzeyinə xalça hədiyyə ediləcək

Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi ölkənin siyasi kursunun uğurlu nəticəsidir ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə aqrar sahəyə dair regional müşavirə keçirilir

Çad “ASAN xidmət” təcrübəsini öyrənmək istəyir

“AzerGold” Qvineya ilə hasilat və geoloji kəşfiyyat sahəsində əməkdaşlıq imkanlarını dəyərləndirib

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib

İİB Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlanıb

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

Almatıda yaşayan şəkili usta: Azərbaycan naxışları ilə sintez edəndə ortaya unikal əsərlər çıxır

Azərbaycan ŞƏT-in energetika nazirlərinin 6-cı iclasında təmsil olunub

Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb VİDEO

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb VİDEO

Avstraliyada yüksək patogenli H5N1 virusuna ilk şübhəli hal aşkarlanıb

Azərbaycan beynəlxalq əməkdaşlıq, dialoq və inkişaf platforması kimi etimad qazanıb ŞƏRH

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Səhnəmizin əbədi təbəssümü: Möhsün Sənani

“Səbail” yeni baş məşqçisini açıqlayıb

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb VİDEO

DİM iyunun 21-də ümumi orta təhsil səviyyəsi üzrə imtahanlar təşkil edəcək

Tailandda təhlükəsizlik qüvvələrinə qarşı partlayış törədilib

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə 2141 namizəd qeydiyyatdan keçib

Azərbaycanın voleybol yığmaları Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Lənkəran-Astara bölgəsində çiyələk və kartof təsərrüfatlarının fitosanitar vəziyyəti qiymətləndirilib

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Azərbaycan nefti 80 dollara satılır VİDEO

Azərbaycan nefti 80 dollara satılır VİDEO

Böyük Qayıdış: Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycan ilə İtaliya mədəni əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir

“Reuters”: ABŞ-İran danışıqları iyunun 19-da baş tutmayacaq

Bu gün Xalq artisti Ağababa Bünyadzadənin anadan olmasından 111 il ötür

“Axios”: Vensin İsveçrəyə səfərinin təxirə salınması İranın Livanla bağlı mövqeyi ilə əlaqəli ola bilər

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Pentaqon İrandakı əməliyyatın xərclərini qarşılamaq üçün Konqresdən 80 milyard dollar istəyib

Vitkoff: İran AEBA müfəttişlərini nüvə obyektlərinə dəvət edəcək

Ağ Ev: Vensin İsveçrəyə planlaşdırılan səfəri təxirə salınıb

ABŞ-nin narkotik daşıdığı iddia edilən gəmiyə zərbəsi nəticəsində üç nəfər ölüb

Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib

BMT: Afrika daha sürətlə istiləşir

Aİ-də su resurslarının iqtisadi təhlükəsizlik məsələsi kimi qiymətləndirilməsi təklif olunur

Pentaqon Avropanı Ukraynaya ABŞ silahlarının alınmasını genişləndirməyə çağırıb

Almaniya və Ukrayna ballistik raketlərə qarşı hava hücumundan müdafiə sistemi istehsal edəcək

Peyklər Günəş panellərindən yaradılmış şəhər boyda nəhəng at təsvirini qeydə alıb

“Volkswagen” 2030-cu ilədək 50 min iş yerini ixtisar edəcək

Makron: Yaxın Şərqdə müharibənin tam başa çatdığını demək hələ tezdir

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

İran Hörmüz boğazında 60 gün müddətində xidmət haqları tələb etməyəcək

Şəkidə Avropa çempionatının mükafatçısı ilə görüş olub

Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub

Küveyt neft istehsalı həcmini qısa vaxtda əvvəlki səviyyəyə çatdırmağı planlaşdırır

Türkiyə Milli Təhlükəsizlik Şurası Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın gücləndirilməsi səylərini müzakirə edib

Misir, Türkiyə, Sudan XİN başçıları və ABŞ Prezidentinin müşaviri arasında görüş olacaq

Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var

Tramp: ABŞ sülhə sadiqdir

Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb VİDEO

AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib

Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb

Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb

Musiqişünas Fərəh Tahirova: Avstriyada Azərbaycan musiqisinə çox böyük maraq var

Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

Mərkəzi Komandanlıq: ABŞ qüvvələri İranla bağlı bütün dəniz nəqliyyatına qarşı blokadanı götürüb

Rumıniya və Bolqarıstan Qara dənizdə birgə dəniz təhlükəsizliyi mərkəzi yaradır