AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
İyulun 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Almaniyada müalicədə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadəyə telefon açaraq onun səhhəti ilə maraqlanmış, müalicənin gedişi ilə bağlı bundan sonra da ona hər cür yardım ediləcəyini bildirmişdir.
Şeyxülislam Hacı Allahşükür Paşazadə ona göstərilən diqqət və qayğıya, müalicə ilə bağlı göstərilən köməyə görə Azərbaycan Respublikasının Prezidentinə dərin minnətdarlığını ifadə edərək, müalicə prosesinin normal getdiyini, səhhətinin yaxşı olduğunu söyləmişdir.
Dövlətimizin başçısı İlham Əliyev şeyxülislam Hacı Allahşükür Paşazadəyə tezliklə sağalaraq vətənə qayıtmasını arzulamışdır.