AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizi ürəkdən, səmimiyyətlə və böyük sevinclə təbrik edirəm. Biz, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun kollektivi fəxr edirik ki, Siz, universitetimizin yetirməsi dövlət başçısı olmaq və Azərbaycanı möhkəmlətmək və inkişaf etdirmək işini - Azərbaycanın çoxillik rəhbəri, MDBMİ-nin fəxri doktoru Prezident Heydər Əlirza oğlu Əliyevin qətiyyətlə və inamla apardığı işi davam etdirmək üçün Azərbaycan xalqının şərəf və etimadına layiq görülmüsünüz. Mənə xüsusilə xoşdur ki, prezident seçilməyiniz barədə xəbər Sizin doğma beynəlxalq münasibətlər fakültənizin 60 illiyini qeyd etdiyimiz gündə gəlmişdir.
Sizə uğurlar, səmərəli iş və möhkəm cansağlığı arzulayırıq.
Dərin hörmətlə,
Anatoli Torkunov,
Moskva Dövlət Beynəlxalq Münasibətlərİnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının
müxbir üzvü.
Moskva, 17 oktyabr 2003-cü il.