AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. İnamlı qələbəniz ölkə vətəndaşlarının Sizə böyük etimad göstərdiyinə və yüksək hörmət bəslədiyinə sübutdur.
Şübhə yoxdur ki, bu yüksək vəzifədəki fəaliyyətiniz cəmiyyətdə sülhün, qarşılıqlı anlaşmanın, həmrəyliyin möhkəmlənməsinə, Azərbaycan Respublikasının gələcək sosial-iqtisadi və mənəvi inkişafına xidmət edəcəkdir.
Əmin olduğumu bildirirəm ki, uzun illərdən bəri Dağıstan və Azərbaycan xalqlarını birləşdirən ənənəvi dostluq münasibətləri bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və xoş həyat, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Məhəmmədəli Məhəmmədov
Dağıstan Respublikası Dövlət Şurasının sədri
Mahaçqala, 16 oktyabr 2003-cü il.