AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Kemerovo vilayətinin icra hakimiyyəti və Xalq Deputatları Şurası, bütün sakinləri adından və şəxsən öz adımdan səmimiyyətlə və ürəkdən təbrik edirəm. Prezident seçkilərində Sizə göstərilən ümumxalq dəstəyi sabitliyin və varisliyin, ölkənin dinamik və ardıcıl inkişafının, demokratik, hüquqi dövlətçiliyi möhkəmlətmək yolu ilə irəliləməyin xeyrinə seçim edən qardaş Azərbaycan xalqının dərin müdrikliyindən və məsuliyyətindən xəbər verir.
Rusiya Federasiyasının qabaqcıl və sənayecə ən inkişaf etmiş regionlarından biri olan Kemerovo vilayətini Azərbaycan Respublikası ilə daim möhkəmlənən iqtisadi və mədəni qarşılıqlı fəaliyyət, habelə sıx insani əlaqələr bağlayır.
Hörmətli İlham Heydər oğlu, Azərbaycan xalqına xidmət etmək kimi nəcib işdə Sizə səmimi qəlbdən yeni-yeni uğurlar, habelə özünüzə, yaxın və doğma adamlarınıza möhkəm cansağlığı və xoşbəxtlik, bütün Azərbaycan xalqına isə nailiyyətlər, firavanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
Aman Tuleyev
Kemerovo vilayətinin qubernatoru
Kemerovo, 16 oktyabr 2003-cü il.