AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Adama yalnız ilk baxışdan elə gəlir ki, ölkənin liderini insanlar seçirlər və məsələ səslərin, sadəcə, hesablanması ilə həll edilir.
Yox, hər şey heç də belə sadə deyildir. Səs verməyinə insanlar səs verirlər, amma seçimi Zaman edir. Odur ki, bu sərt seçimdən qaçıb heç yanda gizlənə bilməzsən, bu ağır yükdən yaxa qurtara bilməzsən, çünki artıq püşk atılmış və Sizə belə tale qismət olmuşdur.
Lakin Siz güclü və cəsur insansınız. Siz atanızın, öz xalqınızın oğlusunuz. Siz bu sınaqdan mütləq çıxacaqsınız. Qoy uğur Sizə yar olsun, qoy Azərbaycan adlı gözəl məmləkətdə sülh və firavanlıq bərqərar olsun!
Əziz İlham Heydər oğlu, Zaman Sizi seçdi, o isə heç vaxt səhv etmir.
Müdrik və mərhəmətli olun və qoy Ulu Tanrı Sizə yar olsun!
Dariqa Nazarbayeva
“Xabar” Agentliyi Səhmdar Cəmiyyəti
Direktorlar Şurasının sədri
Almatı, 18 oktyabr 2003-cü il.