AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycanın Prezidenti vəzifəsinə böyük səs çoxluğu ilə müzəffərcəsinə seçilməyinizi eşitməkdən çox məmnun oldum. Seçkilərdə layiqlə qazanılmış qələbəniz münasibətilə ürəkdən gələn təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Əminəm ki, Siz Azərbaycanın milli maraqlarına xidmət edərək, ölkənizin dünyadakı nüfuzunu yüksəyə qaldıracaqsınız. İnanıram ki, Sizin bacarıqlı rəhbərliyiniz altında ölkəniz iqtisadi və sosial sahələrdə daha da inkişaf edəcəkdir. Həmişə böyük lider kimi rəğbət bəslədiyim atanız Sizə yaxşı ölkə qoydu və mən əminəm ki, Siz onu daha da inkişaf etdirmək işini davam etdirəcəksiniz.
Mən Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (BHBA) İcraiyyə Komitəsinin iclasında iştirak etmək məqsədi ilə İstanbula səfərə çıxacağam. Bu iclas zamanı BHBA mənim 80 illiyimi qeyd edəcəkdir. Daha sonra, Avropa Həvəskar Boks Assosiasiyası İcraiyyə Komitəsinin toplantısında iştirak etmək üçün Rusiyaya yollanacağam. Elə həmin tarixdə, noyabrın 1-də Rusiya Boks Federasiyası da mənim ad günümü qeyd etməyi planlaşdırır.
Bu tarixi anda Sizi şəxsən təbrik etmək məqsədi ilə Bakıya səfərimin mümkünlüyünü dünən cənab Ağacan Abiyevlə müzakirə etdim. Mən noyabrın 2-si günorta gələ bilərəm və noyabrın 4-də isə qayıdaram. Şəxsən Sizinlə görüşmək məqsədi ilə mənə çox gərgin olan iş cədvəlinizdən vaxt ayırmağınızı xahiş etmək istərdim.
Ən ülvi arzularla Sizə uzun ömür, rəhbərliyiniz altında ölkənizə tərəqqi diləyirəm.
Səmimiyyətlə Sizin,
Professor Ənvər Çoudri,
Beynəlxalq Həvəskar Boks
Assosiasiyasının prezidenti
16 oktyabr 2003-cü il.