AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Ulu Tanrının iradəsi və xalqımızın istəyi ilə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizin seçkilərdə qələbə çalacağınıza əvvəlcədən tam əmin idim, çünki hələ çox-çox illər bundan əvvəl yaxından tanıdığım zəhmətkeş babanız Əlirza kişinin ailəsindən Azərbaycana xeyli müdrik şəxslər bəxş edilibdir. Çünki hələ yeniyetmə, gənclik illərindən öz biliyi, bacarığı, çalışqanlığı və yüksək təşkilatçılığı ilə fərqlənən, həmişə qabaqcıl olan Heydər Əliyev xalqımıza məhz Sizin kimi ləyaqətli, qeyrətli bir vətəndaş, müdrik bir şəxs bəxş etməliydi.
Xalqımızın çox sevimli oğlu, həmişə fəxr etdiyim atanız Heydər Əiyevin həmişəyaşar daxili və xarici siyasətini davam etdirəcəyinizə qəlbən inanıram. İnanıram ki, qazandığınız Heydər Əliyev təcrübəsi və üstəlik şəxsi təcrübəniz sayəsində müstəqil Azərbaycan Respublikası daim inkişaf və tərəqqi edəcək, qüdrətli bir ölkəyə çevriləcək və bütün dünyada daim parlayan ulduz olacaqdır.
Böyük hörmətlə,
Lətif Hüseynzadə
101 yaşlı əməkdar müəllim, “İstiqlal” ordenli, prezident təqaüdçüsü.