AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirik.
Seçkilərdə Sizin inamlı qələbəniz Heydər Əlirza oğlu Əliyevin cəmiyyətin ardıcıl surətdə demokratik qaydada yenidən qurulmasına, xalqın tərəqqisinə və xoşbəxtliyinə yönəldilmiş siyasi xəttinin davam etdirilməsinə Azərbaycan xalqının tərəfdar olduğunu parlaq şəkildə nümayiş etdirdi. Azərbaycan seçiciləri öz seçimini etməklə, həm də Sizin açıqladığınız xəttə - Rusiya ilə strateji ittifaqın inkişaf etdirilməsi, ölkələrimizin xalqları arasında dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi xəttinə tərəfdar olduqlarını bildirmişlər.
Rusiya jurnalistləri, bütün rusdilli dünya jurnalistika birliyi Bakıda Rus mətbuatının V ümumdünya konqresinin Sizin sayənizdə uğurla keçirildiyi vaxtda Sizinlə olan səmimi və çox məzmunlu görüşləri yaxşı xatırlayırlar.
Hörmətli İlham Heydər oğlu, ali dövlət vəzifəsində Sizə səmimi qəlbdən uğurlu iş, respublikanın iqtisadiyyat və mədəniyyətinin inkişafında yeni nailiyyətlər, özünüzə və gözəl ailənizə firavanlıq və sevinc diləyirik.
Hörmətlə,
Vitali İqnatenko
İTAR-TASS-ın Baş direktoru, Ümumdünya Rus
Mətbuatı Assosiasiyasının prezidenti,
Mixail Qusman
İTAR-TASS-ın Baş direktorunun birinci müavini
Moskva, 22 oktyabr 2003-cü il.