AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm. Azərbaycan xalqı düzgün seçim edərək, özünün tarixi müdrikliyini bütün dünyaya göstərdi. Sizin təcrübəniz və ictimaiyyət arasında nüfuzunuz Azərbaycanın inkişaf və tərəqqi yolu ilə irəliləməsinə kömək edəcəkdir.
Rusiyada boru istehsalı sahəsində lider olan Boru-Metallurgiya Şirkəti Azərbaycanla Rusiya arasında siyasi və iqtisadi əlaqələrin möhkəmlənməsinə tərəfdar olmuş və tərəfdardır. Azərbaycan iqtisadiyyatının, ilk növbədə, neft və qaz sahəsinin sürətlə inkişafı xeyli dərəcədə Sizin fəaliyyətiniz sayəsində baş vermişdir. İnkişaf etmiş iqtisadiyyata malik güclü Azərbaycan tərəfdarı olduğunuzu bilərək, əminik ki, bu müsbət proses davam edəcəkdir.
Məlum olduğu kimi, boru istehsalı və neft sahəsi qarşılıqlı surətdə sıx bağlıdır. Bu baxımdan ümidvarıq ki, Boru-Metallurgiya Şirkəti ikitərəfli əməkdaşlığın möhkəmlənməsi sahəsində bundan sonra da Sizdən dəstək alacaqdır.
Biz Sizə belə çətin və məsul vəzifədə uğurlar və bütün planlarınızın həyata keçməsini arzulayırıq.
Hörmətlə və ən xoş diləklərlə,
Dmitri Pumpyanski
Boru-Metallurgiya Şirkətinin baş direktoru
Moskva, 23 oktyabr 2003-cü il.