AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT NEFT ŞİRKƏTİNDƏ ABŞ DÖVLƏT KATİBİNİN BAŞ MÜŞAVİRİ İLƏ GÖRÜŞ
Rövnəq Abdullayev hazırda Milli Məclisdə müzakirəsi gedən büdcə layihəsi haqqında qonaqlara ətraflı məlumat vermiş və ARDNŞ-in qarşıdakı illərdə həyata keçirəcəyi layihələrdən söz açmışdır. O, Azərbaycanın neft sektorunda çalışan ABŞ şirkətləri ilə əlaqələrinin hər iki tərəf üçün səmərəli olduğunu qeyd etmiş və ARDNŞ-in həmin şirkətlərlə bundan sonra da əməkdaşlıq etmək niyyətini açıqlamışdır. Abşeron yarımadası və Bakı buxtasında neftlə çirklənmiş torpaqların təmizlənməsi, üzrə işlərin 2007-ci ildə başlanacağını bildirən ARDNŞ prezidenti, ABŞ səfirindən xahiş etmişdir ki, bu istiqamətdə fəaliyyət göstərən Amerika qurumlarının konkret təkliflərini şirkətin Ekologiya İdarəsinə təqdim etsinlər. Görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlərə də toxunulmuşdur.