Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi NATO-nun xeyriyyə tədbirində iştirak edib
Brüssel, 21 noyabr, AZƏRTAC
NATO mənzil-qərargahında xeyriyyə (charity bazaar) tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi də iştirak edib. “Savalan” şirkətinin sponsor dəstəyi sayəsində ərsəyə gələn Azərbaycan stendlərində Azərbaycan istehsalı olan müxtəlif məhsullar və ölkəmizin mətbəxinə məxsus təamlar təqdim olunub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel