AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin 2003-cü il 17 yanvar tarixli 8 nömrəli qərarına əsasən “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi - Təcrübi və Tədris Birliyinin Əsasnaməsi” təsdiq edilmişdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi - Təcrübi və Tədris Birliyinin əməkdaşlarına Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mərkəzi aparatının əməkdaşlarının əməyinin ödənilməsi şərtləri və forması şamil edilmişdir.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi - Təcrübi və Tədris Birliyinin əməkdaşlarının vəzifə maaşlarını tabeliyində olduqları nazirliyin mərkəzi aparatının müvafiq vəzifə maaşları səviyyəsində təsdiq etsin.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi - Təcrübi və Tədris Birliyinin əməkdaşlarına ixtisas dərəcələrinə görə əlavələr aşağıdakı kimi müəyyən edilsin:
-yüksək dərəcəli ekspert - aylıq əmək haqqının 20 faizi
məbləğində;
-birinci dərəcəli ekspert - aylıq əmək haqqının 15 faizi
məbləğində;
-ikinci dərəcəli ekspert - aylıq əmək haqqının 10 faizi
məbləğində.
Bu qərar 2003-cü il yanvar ayının 1-dən qüvvəyə minmişdir.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.