Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV VƏTƏNƏ QAYITMIŞDIR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev fevralın 28-də vətənə qayıtmışdır. 

Dövlətimizin başçısı HEYDƏR ƏLİYEV Binə hava limanında onu gözləyən jurnalistlərə müraciətlə dedi:

- Axşamınız xeyir olsun!

Sizi xoş gördük. Sizinlə bir müddət görüşməmişəm, indi görüşürəm. Bilirsiniz ki, bu müddətdə mən, əsasən, müalicə olunmuşam, tibbi müayinədən keçmişəm. Ona görə elə bir iş görməmişəm ki, sizə deyim. Amma səfərimin ilk zamanı Nyu-Yorkda, Davos forumunda iştirakım haqqında, görüşlərim haqqında, orada aparılan işlər haqqında televiziya, mətbuat məlumat veribdir. Ona görə də bunu təkrar etməyə ehtiyac yoxdur. Artıq onun da vaxtı keçibdir.

Mən bu müddətdə xəstəxanada olmuşam. Ancaq respublika ilə daim əlaqədə saxlamışam, respublikanın işləri ilə məşğul olmuşam, məlumatlar, məruzələr almışam. Lazımi göstərişlər vermişəm ki, respublikada işlər öz normal axarında getsin və çox məmnunam ki, belə də olubdur.

İndi mən burada Təhlükəsizlik Şurasının üzvlərini, bəzi yüksək vəzifəli şəxsləri qəbul etdim, onlarla bir daha söhbət etdik. Respublikada əmin-amanlıqdır, sabitlikdir, insanlar rahat yaşayır. Bu da mənim üçün ən əsas nəticədir. Ona görə də mənim indi sizə elə bir sözüm yoxdur. Mən tibbi müayinədən və müalicədən çox məmnunam. Çox məmnunam ki, bu müddətdə respublikamızda mənim oradan bilavasitə idarə etməyim nəticəsində işlər öz qaydasındadır.

SUAL: Cənab Prezident, ATƏT-in Mİnsk qrupunun həmsədrləri Sizinlə görüşdən sonra yeni təkliflər irəli sürdüklərini bildiriblər. Dünən onlar Koçaryanla görüşdən sonra həmin təkliflərin Ki-Uest görüşü əsasında təqdim olunduğu söyləmişlər. Buna münasibətiniz necədir?

CAVAB: Bilirsiniz, mən Nyu-Yorkda görüşəndə onlarla uzun müddət söhbət etdim. Mənimlə görüşün nəticəsində bundan sonra məsələnin Ki-Uest prinsipləri əsasında aparılması barədə bir fikir yoxdur. Onlar müəyyən təkliflər hazırlayıblar. Mənə o təklifləri ilkin olaraq bildirdilər. Mən bəziləri haqqında fikrimi bildirdim. Onlar sonra dedilər ki, bir halda mənimlə görüşüblər, Koçaryanla da görüşəcəklər. Mən bilirəm ki, Koçaryan Slovakiyada, Avstriyada səfərdə olduğuna görə onlar gedib orada onunla da görüşüblər. Amma bu görüşün nəticəsi mənə məlum deyildir. Hesab etmirəm ki, mənimlə görüşdə onlar bir təklif irəliyə sürüblər, Koçaryanla görüşdə başqa bir təklif irəliyə sürsünlər.

SUAL: Cənab Prezident, ATƏT-in Minsk qrupunun Amerikadan olan həmsədri Perina Los-Ancelesdə erməni icmasının nümayəndələri ilə görüşərkən bəyan edib ki, münaqişə artıq 80 faiz həll olunub və Azərbaycan Prezidenti də var qüvvəsi ilə buna çalışır. Siz necə hesab edirsiniz, amerikalı həmsədrin bu fikri düzdürmü?

CAVAB: Allah eləsin, o dediyi olsun.

SUAL: Cənab Prezident, Azərbaycanın Amerika hökumətindən sülhməramlı qüvvələr göndərmək barədə xahiş etdiyi bildirilir. Həmin sülhməramlı qüvvələrin mart ayında Bakıya gələcəyi haqda məlumatlar vardır. Bu gün səfir Ross Uilson da məlumat verib ki, mart ayında Amerika sülhməramlı qüvvələri Bakıya gələcəklər. Bu barədə nə deyə bilərsiniz?

CAVAB: Mənim məlumatım yoxdur. Bilirsiniz ki, mən orada olanda iki dəfə dövlət katibinin müavini Riçard Armitac ilə danışmışam. O, mənə telefon etmişdi. Vitse-prezident Dik Çeyni ilə də danışmışam. Bizim danışıqlarımızda belə bir söhbət olmayıbdır. Bəlkə, yeni bir şey var?!

 

SUAL: Cənab Prezident, Azərbaycan və Amerika beynəlxalq terrora məruz qalmış dövlətlərdir. Sentyabrın 11-də Amerikada baş vermiş terror hadisəsi Amerika xalqını bir daha agah etdi ki, heç bir ölkə terrordan sığorta oluna bilməz. Azərbaycan ilk ölkələrdən biri idi ki, həmin faciə zamanı Amerikanı dəstəklədi. Bu, Sizin uzaqgörən siyasətinizin nəticəsi idi. Siz Amerikada, Nyu-Yorkda olarkən terrorun baş verdiyi yeri ziyarət edib əklil qoydunuz, həlak olanların xatirəsini yad etdiniz. Sizcə, bu iki dost ölkə məlum terror hadisəsindən sonra bir-birinə nə qədər yaxınlaşdı?

CAVAB: Hesab edirəm ki, çox yaxınlaşıbdır. Vitse-prezident Dik Çeyni ilə, Riçard Armitac ilə bizim telefon danışıqlarımızda indi yeni yaranmış vəziyyətlə əlaqədar Azərbaycanın çox mühüm coğrafi-strateji mövqeyi baxımından bizim əməkdaşlığımızın daha da geniş və sıx olması haqqında fikir mübadiləsi apardıq. Bu barədə mətbuatda qısa verilibdir.

SUAL: Cənab Prezident, bu günlərdə Gürcüstanın Pankisi dərəsinə ABŞ-ın sülhməramlı qüvvələri göndərilirsə, Azərbaycana - Dağlıq Qarabağa terrorizmlə mübarizə üçün belə qüvvələrin göndərilməsi mümkündürmü?

CAVAB: Bilirsiniz, mən bu gün təyyarədə “İzvestiya” qəzetində bu barədə bir məqalə oxudum. O məqaləni də tam başa düşə bilmədim. İndi burada mən bizim rəhbər işçilərlə görüşəndə onlardan soruşdum, bəzi məlumatlar var. Amma onlar dəqiq deyildir. Ancaq bu belə şey deyil ki, haradasa satırlar, sənə verirlərsə, mən də gedim alım. Hər bir tədbirin özünün səbəbi var, kökü var. Belə düşünmək lazım deyildir.

SUAL: Cənab Prezident, İran tərəfi iddia edir ki, Xəzərin 20 faizi İranındır. Xəzərin hüquqi statusu müəyyən olunmayınca, İran tərəfi xarici neft şirkətlərinin kəşfiyyat işlərinə başlamasına icazə verməyəcəkdir. Buna münasibətiniz necədir?

CAVAB: İddia edir də, onun iddia etməyə ixtiyarı var.

SUAL: Cənab Prezident, ABŞ Prezidenti Corc Buş İranı terroru dəstəkləyən ölkələr sırasına daxil edibdir. Əgər ABŞ İrana qarşı antiterror əməliyyatı apararsa, Azərbaycan onu dəstəkləyəcəkmi?

CAVAB: Bunu hələ görmək lazımdır ki, ABŞ aparacaq, yoxsa yox.

SUAL: Cənab Prezident, bununla bağlı Prezident Xatəmi bütün dünya müsəlmanlarına, gənclərə səfərbər olmaq üçün müraciət edibdir. Bu, Azərbaycana da aid deyilmi?

CAVAB: Güman edirəm ki, Azərbaycana aid deyildir. Amma onun öz ölkəsini səfərbər etməyə ixtiyarı var.

SUAL: Cənab Prezident, bu il Amerika ilə Azərbaycan arasında diplomatik əlaqələrin 10 ili tamam olur. Bu əlaqələri bundan sonra necə görürsünüz?

CAVAB: Bilirsiniz ki, bu 10 illik münasibətilə Amerika Prezidenti Corc Buş bizi təbrik edibdir, təbrik məktubu göndərmişdir. Bu onu göstərir ki, Amerika Birləşmiş Ştatları Azərbaycanla diplomatik əlaqələrin yaranmasına və onun 10 il müddətində davam etməsinə çox böyük əhəmiyyət verir. Təbiidir ki, bundan sonra da bu əlaqələr davam edəcəkdir. Sağ olun.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyevi Binə hava limanında Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər qarşılamışlar.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Kür” bu gün “APOEL” klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib