AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Sizin çox dəyərli giriş nitqiniz konfransı istiqamətləndirdi və onun uğurla nəticələnməsinə xüsusi töhfə verdi. Ölkənizə müdrik rəhbərliyinizdən ruhlanan nazirlər və nümayəndə heyətlərinin başçıları İKT-nin üzvü olan dövlətlərdə turizmin daha da inkişaf etdirilməsi və bu vacib sahədə əməkdaşlığın möhkəmləndirilməsi üçün, şübhəsiz, “yol xəritəsi” rolunu oynayacaq mühüm qərarlar qəbul etdilər. İştirakçılar hesab edirlər ki, Bakı konfransı həmin əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldıracaq önəmli bir mərhələ oldu.
İştirakçılar xoş qəbula və səmimi qonaqpərvərliyə, eləcə də konfransın uğurla keçməsi üçün yaradılmış şəraitə görə Zati-alilərinizə səmimi təşəkkürlərini bildirmək istəyirlər.
Konfrans iştirakçıları Zati-alilərinizə bir daha dərin minnətdarlıqlarını bildirir, Sizə möhkəm cansağlığı, ölkənizin və xalqınızın, habelə İslam Ümmətinin rifahı naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırlar.
Konfransın bütün iştirakçıları adından,
İslam Konfransı Təşkilatının
üzvü olan ölkələrin turizm nazirlərinin
V konfransının Bürosu
Bakı, 12 sentyabr 2006-cı il.