Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
İcazə verin, Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edim.
Fürsətdən istifadə edib iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da ölkələrimizin mənafelərinə uyğun olaraq uğurla inkişaf edəcəyinə əmin olduğumu bildirirəm. Sizin ölkəyə daimi firavanlıq və inkişaf diləyirəm.
Kim En Nam
Koreya Xalq Demokratik Respublikası
Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri