Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Qətər Dövlətinin xalqı adından və öz adımdan ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan Respublikasının xalqına ən səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı, qardaş Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzu edirəm. İnanıram ki, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələri qarşıdakı illərdə daha da möhkəmlənəcəkdir.
Ən yüksək ehtiramla,
Həməd bin Xəlifə Al Tani
Qətər Dövlətinin Əmiri