Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Respublika Günü münasibətilə Qırğızıstan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul edin.
Qırğızıstan Respublikası ilə Azərbaycan Respublikası arasında çoxşaxəli əməkdaşlığın daha da inkişaf etdirilməsinə və dərinləşdirilməsinə Qırğızıstanda böyük əhəmiyyət verilir.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, əmin-amanlıq və yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm.
Səmimiyyətlə,
Roza Otunbayeva
Qırğızıstan Respublikasının Prezidenti