Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Milli bayramınız - Respublika Gününün keçirilməsi dost Azərbaycan xalqına İtaliya xalqı adından ən xoş arzularla sülh, anlaşma və rifah diləmək üçün önəmli bir fürsətdir.
Səmimi qəlbdən arzu edirəm ki, ölkələrimiz arasında dostluq, ümumi iqtisadi maraqlara söykənən sarsılmaz əlaqələr və hazırda mövcud olan faydalı əməkdaşlıq gələcəkdə eyni mövqedən çıxış etdiyimiz çoxtərəfli təşkilatlar daxilində daha da möhkəmlənsin.
Əminəm ki, ikitərəfli münasibətlərimiz ölkənizin Avropa İttifaqı ilə daha geniş əlaqələri çərçivəsində zənginləşəcək və iyunun 2-də Sizi Romada görməyimi səbirsizliklə gözləyərək Sizə və xalqınıza ən xoş arzularla rifah diləyirəm.
Ciorcio Napolitano
İtaliya Respublikasının Prezidenti