Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ SEÇKİ MƏCƏLLƏSİNİN YENİ LAYİHƏSİ BEYNƏLXALQ STANDARTLARA UYĞUNDUR

Fevralın 26-da Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Bakı ofisinin təşəbbüsü ilə Azərbaycan Respublikasının seçki məcəlləsinin yeni layihəsinin müzakirəsinə həsr olunmuş ikigünlük elmi-praktik konfrans başlanmışdır. Konfransın işində Prezidentin İcra Aparatının, Milli Məclisin, siyasi partiyaların, qeyri-hökumət təşkilatların, eləcə də Bakıda akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. 

Açılışdan əvvəl ATƏT-in Bakı ofisinin rəhbəri Piter Burhard konfransın Xocalı faciəsinin 11-ci ildönümünə təsadüf etdiyini bildirdi və faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anmağı təklif etdi.

Sonra Piter Burhard tədbir iştirakçılarını konfransın reqlamenti və proqramı ilə tanış etdi. O dedi ki, ATƏT-in Bakı ofisi Seçki Sistemi üzrə Beynəlxalq Fondun yardımı ilə bu tədbiri keçirməklə Milli Məclisin yaz sessiyasında müzakirə olunacaq və qəbul ediləcək Seçki Məcəlləsinin müzakirəsini və onun nəticələrini geniş ictimaiyyətə çatdırmaq niyyətindədir. Piter Burhardın sözlərinə görə, azad və ədalətli seçkiləri təmin etmək üçün hazırlanmış bu sənəd tamamilə müstəqil seçki kampaniyasının və ən əsası - ölkənin siyasi həyatının və demokratik cəmiyyət quruculuğunun bir hissəsidir.

ATƏT-in bu məsələlərdə fəallıq göstərməsinə gəldikdə isə, ofisin rəhbəri dedi ki, şəffaf və ədalətli seçkilərin keçirilməsi bu təşkilatın əsas prinsiplərindən biridir. O, Seçki Məcəlləsi layihəsinin dövlət mətbuatında dərc olunmasına yüksək qiymət verərək, sənədin geniş ictimaiyyətə çatdırılması üçün bunun mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı və beynəlxalq təşkilatlar adından Azərbaycan rəhbərliyinə təşəkkür etdi.

Sonra Seçki Sistemi üzrə Beynəlxalq Fondun (İFES) eksperti xanım Berit Lindeman seçki qanununa dair beynəlxalq standartlarla əlaqədar məruzə etdi. O bildirdi ki, beynəlxalq standartlara uyğun azad və ədalətli seçkiləri təmin edən hər hansı bir sənəd nə qədər mükəmməl olsa da, şəffaf və demokratik seçkilərin keçirilməsi üçün ən böyük meyar cəmiyyətdə mövcud olan konsensusdur. Bunun üçün isə cəmiyyətin müxtəlif təbəqələri - siyasi partiyalar, ictimai təşkilatlar arasında normal dialoqun təşkil olunmasının xüsusi əhəmiyyəti var. Beynəlxalq təşkilatların hər hansı bir ölkədə azad və ədalətli seçkilərin təmin olunmasına mühüm diqqət yetirməsinin əsas səbəbləri BMT-nin İnsan Hüquqları Bəyannaməsində öz əksini tapmışdır.

Daha sonra xanım Lindeman qeyd etdi ki, beynəlxalq standartlar tətbiq olunarkən, seçki qanunvericiliyi hazırlanan ölkənin konkret şəraiti, tarixi və siyasi ənənələri nəzərə alınmalıdır. O, xüsusi vurğuladı ki, Avropa Şurasının Venesiya Komissiyasının və İFES-in ekspertləri Seçki Məcəlləsinin layihəsini beynəlxalq və Avropa standartlarına uyğun hesab edirlər. Natiq habelə seçki qanunvericiliyinin universal məcəllə və yaxud ayrı-ayrı konkret qanun layihələri şəklində qəbul olunması məsələlərinə də toxundu. O bildirdi ki, Azərbaycanda indiyədək keçirilmiş seçkilərdə əldə olunmuş təcrübə və prezident, parlament, bələdiyyə seçkiləri haqqında əvvəllər hazırlanmış qanunvericilik aktları yeni sənədin - Seçki Məcəlləsinin yaradılmasına və bu sənədin təkmil variantda işlənilməsini təmin etmişdir. Layihədə seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun əsas prinsipləri - fundamental və bərabərlik prinsipləri öz əksini tapmışdır.

İFES-in eksperti xüsusi olaraq vurğuladı ki, Seçki Məcəlləsinin layihəsi digər vacib cəhətləri də özündə əks etdirir. Belə ki, seçkilər zamanı səsvermənin ilkin və son nəticələrinin vaxtında elan edilməsi, seçicilərin siyahılarının tərtib olunması, namizədlərin qeydə alınması məsələləri beynəlxalq standartlara, o cümlədən Avropa standartlarına tamamilə uyğundur. Avropa Şurası Venesiya Komissiyasının əsas tövsiyələrindən biri - siyasi partiyaların nümayəndələrinin Mərkəzi Seçki Komissiyasında təmsil olunması prinsipləri layihədə öz əksini tapmışdır. Belə ki, bu komissiyada ölkədə fəaliyyət göstərən və parlamentdə təmsil olunmuş siyasi partiyaların nümayəndələri iştirak edəcəklər. Nəhayət, ən vacib məsələlərdən biri - səmərəli apellyasiya sisteminin tətbiq olunması da layihədə öz ifadəsini tapmışdır.

Məruzədən sonra konfrans iştirakçıları xanım Berit Lindemana suallarla müraciət etdilər. Seçki Məcəlləsinin ayrı-ayrı qanunvericilik aktlarına nisbətən daha mürəkkəb sənəd olmasına dair suallara cavab verən İFES-in eksperti söylədi ki, 185 səhifədən ibarət məcəllə ümumi şəkildə tətbiq olunsa da, prezident, parlament, bələdiyyə seçkiləri üzrə fəaliyyət göstərən müxtəlif komissiyalar bu mürəkkəbliyi aradan qaldırır. Müxalifət partiyalarını təmsil edən Araz Əlizadənin parlamentdə təmsil olunmayan siyasi partiyaların nümayəndələrinin Mərkəzi Seçki Komissiyasında iştirakına dair sualına cavabında xanım Lindeman dedi ki, bu, beynəlxalq standartlara tam uyğundur.

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev öz çıxışında bildirdi ki, Seçki Məcəlləsinin layihəsi heç də mürəkkəb deyildir. Seçki prosesləri isə o qədər mürəkkəbdir ki, bu prosesləri tənzimləyən qanun tam əhatəli və mükəmməl olmalıdır. Şübhəsiz ki, 5-6 səhifədən ibarət sənəd seçki kimi mürəkkəb prosesi tənzimləyə bilməz. O, təəssüflə vurğuladı ki, ölkənin idarə olunmasında iştirak etmək istəyən bəzi insanlar seçki prosesini tam dərk edə bilmir və qanunu anlamaq onlar üçün çətindir. Belələri öz üzərində çalışmalıdırlar ki, seçki prosesində yüksək səviyyədə iştirak edə bilsinlər.

Şahin Əliyev layihənin sadələşdirilmiş və mükəmməl olduğunu bildirərək söylədi ki, burada göstərilən normalara dəqiq riayət olunması seçki prosesinin yüksək səviyyədə keçirilməsini təmin edəcəkdir. O, bəzi siyasi partiyaların nümayəndələrinin Mərkəzi Seçki Komissiyasının parlamentdə təmsil edilən siyasi partiyaların üzvlərindən təşkilinə dair fikirlərinə münasibət bildirərək, onları öz səlahiyyətlərinə aid olmayan suallarla müraciət etməməyə çağıraraq dedi: “Hesab etmirəm ki, ölkənin varlığını təmin edən seçkilər sadə və bəsit yolla həyata keçirilməlidir.

ATƏT-in Bakı bürosunun rəhbəri Piter Burhard da konfrans iştirakçılarını müzakirə olunan layihəyə aid suallar verməyə səslədi.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki məsələləri üzrə baş eksperti Nikolay Vulçanov bu təşkilat ilə Azərbaycanın hakimiyyət orqanları arasında əməkdaşlığın 6 illik tarixi olduğunu vurğulayaraq dedi ki, beynəlxalq təşkilatların tövsiyələri ölkənin qanunvericilik orqanı üçün məcburi xarakter daşımır. O, eyni zamanda, dövlət orqanlarının beynəlxalq qurumlarla demokratik və açıq şəkildə müzakirələr aparmasını və sovet dövründən miras qalmış qanunvericiliyin əsaslı surətdə yenidən, dünya standartlarına uyğun işlənilməsi sahəsindəki səylərini yüksək qiymətləndirdi. Nikolay Vulçanov Seçki Məcəlləsi layihəsinin əvvəlki seçki qanunları ilə müqayisədə xeyli təkmil olduğunu vurğulayaraq dedi: “O ki qaldı yeni layihənin səviyyəsinə, deməliyəm ki, dünyada mövcud olan qanunların heç biri ideal səviyyədə deyildir”.

Müzakirələrdə çıxış edənlər siyasi partiyaların, ictimai təşkilatların seçki prosesində əməkdaşlığının vacibliyini bildirdilər. Vurğulandı ki, Mərkəzi Seçki Komissiyasının təşkil edilməsi prinsipi hələ 2000-ci ildə ATƏT tərəfindən təqdim olunmuşdu. Azərbaycan hökuməti beynəlxalq təşkilatlarla əməkdaşlıq ruhunda seçki sahəsində islahatların keçirilməsinin zəruriliyini nəzərə alaraq, bu təklifi qəbul etmişdi. Lakin bəzi müxalifət partiyaları bu təklifi rədd etmişdi. Bildirildi ki, Seçki Məcəlləsi üzərində iş bir ildən artıqdır davam edir. Bu müddətdə seçki komissiyalarının təşkilinə dair təklif yalnız İFES təşkilatı tərəfindən verilmişdir. Xüsusi olaraq vurğulandı ki, ekspertlər bu komissiyaların təşkili barədə heç bir beynəlxalq standartın mövcud olmadığını etiraf edirlər.

Konfrans iştirakçılarının əksəriyyətinin fikrincə, müzakirə olunan layihə ötən il keçirilmiş referendum nəticəsində Konstitusiyaya edilmiş dəyişikliklərə uyğundur. Təqdim edilmiş əlavə təkliflər fevralın 28-də beynəlxalq ekspertlərin iştirakı ilə yenidən araşdırılacaq və lazım gələrsə, layihədə öz əksini tapacaqdır.

Beynəlxalq təşkilatların nümayəndələri layihədə əlavə dəyişikliklər ediləcəyindən məmnun olduqlarını bildirərək dedilər ki, sənədin daha mükəmməl formada qəbul olunması üçün onlar da öz səylərini əsirgəməyəcəklər.

Konfransın işində Prezidentin İcra Aparatının şöbə müdirləri Əli Həsənov, Fuad Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, digər rəsmi şəxslər iştirak edirdilər.

Fevralın 27-də konfrans öz işini davam etdirəcəkdir.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək

G7 sammiti: İqtisadi balanssızlıqlar, Ukrayna müharibəsi və Yaxın Şərq böhranı

Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla tamamlanıb

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir

Ərdoğan: ABŞ ilə İran arasında əldə olunan saziş regionda sülh və sabitlik yolunda mühüm hadisədir

Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub

Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm və dönüş yaradan səhifələrindən biridir - ŞƏRH

Milli Kitabxanada “15 iyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Qəbələdə 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

Moldovanın Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

15 iyun Azərbaycan xalqının dövlətçilik iradəsinin və dövlət quruculuğu strategiyasının təntənəsini ifadə edən tarixi gündür

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb

İncəsənət məktəbləri və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşada “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2

Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Dünya çempionatı: İsveç millisi dünya çempionatında ilk oyununa inamlı qələbə ilə başlayıb

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Fildişi Sahili millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib VİDEO

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib VİDEO

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər