AZƏRBAYCAN-RUMINİYA MƏDƏNİ ƏLAQƏLƏRİ GENİŞLƏNİR
Xarici işlər nazirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, Rumıniya Yazıçılar İttifaqının təşəbbüsü ilə “Paul Polidor” Fondunun direktoru, bəstəkar-müğənni P.Polidorun Azərbaycan və Rumıniyanın tanınmış şairlərinin şerlərindən ibarət rumın dilində “İrşad” kitabının, şair Bəxtiyar Vahabzadənin və Mixay Emineskunun şerlərinə bəstələnmiş mahnılardan ibarət audio diskin və ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına həsr olunmuş müsahibələrdən ibarət audio kassetin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Rumıniyanın rəsmi nümayəndələri, Yazıçılar İttifaqının rəhbərləri, görkəmli yazıçılar, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Buxarestdə təhsil alan azərbaycanlı tələbələr və bu ölkədəki səfirliyimizin əməkdaşları iştirak etmişlər. Rumıniya Yazıçılar İttifaqı sədrinin müavini İ.Flora Rumıniya ilə Azərbaycan arasında mövcud dostluq əlaqələrinin daha da genişləndiyini qeyd etmiş və iki ölkə arasında mədəniyyət, elm, incəsənət və digər sahələrdə əməkdaşlığın inkişafına ölkəsinin böyük əhəmiyyət verdiyini xüsusi vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]