AZƏRBAYCAN ŞAHMATÇILARI ŞAHMAT ÜZRƏ RUSİYADA KEÇİRİLƏN QRAN-PRİ TURNİRİNDƏ LİDERDİRLƏR
AZƏRTAC xəbər verir ki, Rusiyanın Elista şəhərində keçirilən şahmat üzrə Dünya Qran-pri turnirinin 3-cü mərhələsinin 6-cı turu başa çatmışdır.
Azərbaycanlı qrasmeystr Vüqar Həşimov Bolqarıstan şahmatçısı İvan Çeparinov ilə xalları yarı bölmüşdür. Həmyerlilərimiz Teymur Rəcəbov Rusiya idmançısı Dmitriy Yakovenko ilə, Şəhriyar Məmmədyarov Macarıstan qrasmeytri Peter Leko ilə sülh bağlamışlar.
6 turdan sonra həmyerlilərimiz Vüqar Həşimov və Teymur Rəcəbov 4 xalla liderdilər. Şəhriyar Məmmədyarov 3 xalla 6-9-cu yerləri bölüşdürür.
14 idmançının iştirak etdiyi yarış dairəvi sistem üzrə keçirilir.
Artıq 7-ci turun rəqibləri müəyyənləşmişdir.
Azərbaycan şahmatçısı Vüqar Həşimov ağ fiqurlarla Fransa idmançısı Etyen Bakro, Teymur Rəcəbov qara fiqurlarla Rusiya şahmatçısı Ernesto İnarkiyev, Şəhriyar Məmmədyarov isə qara fiqurlarla Dmitri Yakovenkoya (Rusiya) ilə qarşılaşacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]