Azərbaycan şahmatçısı iddiaçılar turnirinə qələbə ilə başlayıb
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Berlində keçirilən iddiaçılar turnirinə qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, 2809 xalla FIDE-nin reytinq cədvəlində ikinci pillədə qərarlaşan qrossmeysterimiz ilk turda qara fiqurlarla rusiyalı Sergey Karyakinə qalib gəlib.
İlk turun digər oyunlarında isə ABŞ idmançılarının duelində Fabiano Karuana Uesli Soya qalib gəlib. Rusiyalı şahmatçıların qarşılaşmasında isə Vladimir Kramnik Aleksandr Qrişukdan üstün olub. Ermənistanlı Levon Aronyan və Çin idmançısı Dinq Lijen isə xalları yarı bölüblər.
Bu gün keçiriləcək ikinci turda Ş.Məmmədyarov ağ fiqurlarla L.Aronyanı sınağa çəkəcək. Bundan başqa A.Qrişuk - U.So, D.Lijen - F.Karuna və V.Kramnik - S.Karyakin görüşləri keçiriləcək.
Martın 28-dək davam edəcək iddiaçılar turnirinin qalibi dünya çempionluğu uğrunda görüşdə bu titulun hazırkı sahibi norveçli Maqnus Karlsen ilə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]
Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir
- 30.09.2026 [23:21]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [22:04]