AZƏRBAYCAN ŞAHMATÇISI VÜQAR HƏŞİMOV LİDERLİK MÖVQEYİNİ SAXLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, Rusiyanın Elista şəhərində keçirilən FİDE-nin Qran-Pri turnirində artıq 7 tur keçirilmişdir.
Azərbaycan şahmatçılarından Vüqar Həşimov Fransa təmsilçisi Etyen Bakro ilə görüşünü 31-ci gedişdə heç-heçə başa vurmuşdur. Şəhriyar Məmmədyarov isə qara fiqurlarla rusiyalı Dmitri Yakovenko ilə qarşılaşmada 57-ci gedişdə xalı yarı bölmüşlər.
Digər həmyerlimiz Teymur Rəcəbov gözlənilmədən 62-ci gedişdə rusiyalı qrossmeyster Ernesto İnarkiyevə məğlub olmuşdur.
Həmin tur çərçivəsində digər oyunlar belə nəticələnmişdir: Y.Alekseyev-A.Qrişuk 0:1, P.Elyanov-İ.Çeparinov 1:0, VanYu-V.Akopyan 0,5:0,5, P.Leko-R.Kasımcanov 0,5:0,5.
Yeddi turdan sonra V.Həşimov və A.Qrişuk 4,5 xalla turnir cədvəlinin önündə gedirlər. T.Rəcəbov və D.Yakovenko (hərəyə 4 xal), Y. Alekseyev, E. Bakro, Van Yu, E.İnarkiyev, Ş.Məmmədyarov (hərəyə 3,5 xal), V.Akopyan, P.Leko, İ.Çeparinov, P. Elyanov (hərəyə 3 xal), R.Kasımcanov 2,5 xal toplamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]