Azərbaycan şairinin yaradıcılığı Argentinanın ədəbiyyat portalında
Bakı, 4 noyabr, AZƏRTAC
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Vaqif Bayatlı Odərin ispan dilinə tərcümə olunmuş “Dünyada dərd qalmayacaq” və “Axşam tramvayında” şeirlərinin yayımına başlayıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, əsərin ispan dilinə sətri tərcümə müəllifi ispan dili mütəxəssisi Tutuxanım Yunusova, bədii tərcümə müəllifi ispan filoloqu Raul Poggi Alexandrodur.
Şairin şeirləri və yaradıcılığı haqqında məlumat portalın Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlığı çərçivəsində yaradılmış “Azərbaycan müəllifləri” bölümündə təqdim olunur.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən portal mütəmadi olaraq səhifələrində Ömər Xəyyam, Viktor Hüqo, Edqar Allan Po, Aleksandr Blok, Emili Dikinson, Boris Pasternak, Federiko Qarsia Lorka, Fridrix Şiller, Qustavo Adolfo Bekker, Xorxe Luis Borxes, Xulio Kortasar, Pablo Neruda kimi dünya ədəbiyyatı korifeylərinin yaradıcılığına yer ayırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [10:48]
Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub
- 09.10.2026 [10:33]
“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb
- 08.10.2026 [19:43]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:02]
Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [20:00]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:43]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [19:24]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:20]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [19:18]