AZƏRBAYCAN SƏFİRİ ETİMADNAMƏSİNİ MONAKO ŞAHZADƏSİNƏ TƏQDİM ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Fransadakı və eyni zamanda yenicə Monakoya təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Tarik Əliyev iyulun 15-də etimadnaməsini Monako şahzadəsi ll Albertə təqdim etmişdir.
Təqdimetmə mərasimindən sonra keçirilmiş görüşdə Monako ilə Azərbaycan arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilmiş, Cənubi Qafqaz regionu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılmışdır.
X X X
Səfir T.Əliyev habelə Monako hökumətinin xarici əlaqələr, iqtisadi və beynəlxalq maliyyə məsələləri üzrə müşaviri Frank Buankeri ilə də görüşmüşdür.
Görüşdə Monako knyazlığı ilə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin yaradılması və inkişaf etdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulmuşdur.
Görüşdən sonra Azərbaycan səfirinin şərəfinə Monako hökumətinin müşaviri adından rəsmi nahar verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]