Azərbaycan səfiri etimadnaməsini Monteneqro Prezidentinə təqdim edib
Podqoritsa, 13 iyun, AZƏRTAC
İyunun 13-də Azərbaycan Respublikasının Serbiya Respublikasında, eyni zamanda, Monteneqroda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyev etimadnaməsini Monteneqro Prezidenti Milo Cukanoviçə təqdim edib.
AZƏRTAC xəbər verir ki, Milo Cukanoviç səfiri salamladıqdan sonra ona yeni fəaliyyətində uğurlar arzulayıb və Azərbaycan Prezidenti İlham Əliyevə ən xoş diləklərini çatdırmağı xahiş edib. Monteneqro Prezidenti qeyd edib ki, iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnundur və mövcud siyasi dialoq yüksək səviyyədədir.
Daha sonra M.Cukanoviç Azərbaycan ilə Monteneqro arasında yüksək səviyyəli siyasi əməkdaşlıqla yanaşı, digər sahələrdə - iqtisadi, sərmayə, nəqliyyat, enerji, humanitar, turizm sahələrində əməkdaşlığın inkişaf perspektivlərindən bəhs edib.
Səfir K.Xasiyev öz növbəsində Azərbaycanın dost Monteneqro ilə bütün sahələrdə, o cümlədən qeyd olunan sahələr üzrə strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlıq etməyə maraqlı olduğunu vurğulayıb.
Görüşün sonunda səfir K.Xasiyev Prezident M.Cukanoviçə xoş və səmimi qəbula görə təşəkkür edib və onun salamlarının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılacağını bildirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]