Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərbaycan Sənaye Korporasiyası” ASC 4 yaşını qeyd edir

“Azərbaycan Sənaye Korporasiyası” ASC 4 yaşını qeyd edir

Bakı, 6 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin 2017-ci il 6 noyabr tarixli Fərmanına əsasən yaradılan “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin 4 ili tamam oldu.

Korporasiyanın yaradılması ölkə iqtisadiyyatının gələcək inkişafı istiqamətində atılan mühüm addımlardandır. Onun fəaliyyətinin əsas məqsədləri dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, idarəçiliyində olan müəssisələr arasında əlverişli kooperasiya əlaqələri yaratmaq, onlarda qabaqcıl texnologiyaların tətbiqi üçün yenidənqurma işlərini aparmaq, müasir idarəçilik mexanizminin tətbiqi və istehsal potensialının gücləndirilməsinə nail olmaqdır.

AZƏRTAC xəbər verir ki, fəaliyyət dövrü ərzində “Azərbaycan Sənaye Korporasiyası” ASC sənaye məhsulları istehsalının həcminin artırılması və keyfiyyətinin yüksəldilməsi, ölkədə, əsasən də regionlarda yeni iş yerlərinin yaradılması yolu ilə əhalinin maddi rifahının yüksəldilməsinə yönəlmiş mühüm silsilə tədbirlər həyata keçirib.

Bu tədbirlər sırasında cəmiyyətin institusional inkişafı fəaliyyətləri, törəmə cəmiyyətlərin formalaşdırılması və restruktrizasiyası, yeni investisiyaların cəlbi, innovativ əsaslı elektron idarəetmə sistemlərinə keçid, biznes proseslərin avtomatlaşdırılması, risklərin çevik idarə edilməsi, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (IFRS) keçid, işçi heyətin beynəlxalq sertifikasiya imtahanları üzrə təlim və imtahanlara cəlb edilməsini qeyd etmək olar. Görülmüş tədbirlərin nəticələri artıq öz bəhrələrini verməkdədir.

İnstitusional inkişafın təmini fəaliyyətləri çərçivəsində törəmə cəmiyyətlərin inkişaf strategiyaları hazırlanıb, biznes proseslərin avtomatlaşdırılması istiqamətində qabaqcıl həllər tətbiq edilməklə ERP sistemləri qurulub, maliyyə idarəetməsi beynəlxalq standartların tələblərinə uyğunlaşdırılıb, Cəmiyyətin maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (IFRS) uyğun audit olunaraq dərc edilib. Qeyd edilən uğurların əldə edilməsi peşəkar komandanın səyləri və komanda ruhunun yüksək olması ilə mümkün olub. Cəmiyyət öz işçi heyətinin peşəkar inkişafını daim diqqətdə saxlayaraq bu istiqamətdə planlı fəaliyyətləri icra edib. İşçi heyət beynəlxalq səviyyədə tanınan sertifikasiya proqramlarına və təlimlərə cəlb edilib, heyət üzvləri beynəlxalq səviyyədə tanınan sertifikasiya imtahanlarından uğurla keçib. Əməkdaşların əldə etdiyi biliklər Korporasiyanın icra etdiyi iri layihələrin uğurla tətbiqinə imkan verib. Hazırda Cəmiyyət tərəfindən qeyri-neft sektorunun müxtəlif sahələrini əhatə edən 19 törəmə müəssisə yaradılıb. Bunlardan sosial-iqtisadi əhəmiyyət kəsb edən bir sıra müəssisələri, o cümlədən “Azəralüminium” MMC, “Azərpambıq ASK” MMC, “ASK Tütün” MMC, “Azəripək” MMC və digərlərini göstərmək olar.

Korporasiyanın törəmə müəssisələrindən olan “Azəralüminium” MMC ölkənin mühüm istehsal sahələrindən biridir və respublikamızda əlvan metallurgiya sənayesinin aparıcı müəssisələrindən sayılır. “Azəralüminium” MMC tərəfindən strateji inkişaf planı üzrə mühüm addımlar atılıb. Azərbaycan Respublikasında alüminium istehsalının daha da genişlənməsi, istehsal olunan məhsulların satış imkanlarının şaxələndirilməsi, yeni satış bazarlarına çıxış, xərclərin optimallaşdırılması və ən son qabaqcıl istehsal texnologiyalarının tətbiq olunması istiqamətində “Azərbaycan Sənaye Korporasiyası” ASC, onun törəmə müəssisəsi olan “Azəralüminium” MMC və Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında ilkin müqavilə imzalanıb. Bu əməkdaşlıq nəticəsində üstün texnologiyalar əsasında alüminium məhsullarının istehsal edilməsinə imkan yaranacaq və bu da öz növbəsində daha geniş spektrli əlavə dəyərli alüminium məhsullarının satışına səbəb olacaq. Müəssisənin inkişaf strategiyası sırasında dünyada geniş tətbiqi olan və avtomobil, aviasiya, telekomunikasiya, həmçinin digər sahələrdə istifadə edilən isti yayma alüminium məhsullarının istehsalı əsas yerdədir. “Achenbach Buschhütten” şirkəti arasında imzalanmış ilkin müqavilədə bu hədəf də əksini tapıb. Bundan əlavə, Azərbaycanda alüminium sənayesinin inkişaf etdirilməsi ilə bağlı “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən digər layihələrin də həyata keçirilməsinə başlanılıb. Bu qəbildən Gəncədə gil-torpaq zavodunun modernizasiyası, “Daşkəsən Zəylik Alunit Mədəni”ndən istifadə edərək filiz zənginləşdirmə zavodunun qurulması, neft koksunun kalsinasiyası və anod bloklarının istehsalı zavodunun tikintisi kimi iri həcmli layihələri qeyd etmək olar. Daşkəsən “Zəylik” alunit yatağında Böyük Britaniyanın “MICON” şirkəti ilə birgə alunit filizinin miqdarının təyin edilməsi üçün təsdiqedici kəşfiyyat işlərinin aparılması da bu layihələrə daxildir. Əldə olunmuş məlumatlar layihənin növbəti mərhələsinə keçmək üçün zəmin yaradır. Korporasiyanın fəaliyyət dövrü ərzində pambıqçılıq sahəsində aqro-texniki baza xeyli dərəcədə gücləndirilib, pambığın əkilməsi, becərilməsi, aqrotexniki tədbirlərin optimal müddətdə təmin edilməsi və bu işlərin səmərəliliyinin daha da artırılması üçün müəssisə mindən çox (pambıq yığan kombayn, traktor, yanacaq daşıyan çən və digər) yeni kənd təsərrüfatı texnika və aqreqatları ilə təmin edilib.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azərpambıq ASK” MMC ölkədə pambıq tədarükü, pambıq məhsullarının emalı və ixracında xüsusi rol oynayır. Müəssisənin fəaliyyəti nəticəsində emal olunan pambıq məhsullarının keyfiyyətini yaxşılaşdırmaq, xarici bazarda rəqabət üstünlüyünü qorumaq və daha da gücləndirmək, müasir emal texnologiyalarından istifadə etmək, eyni zamanda, istehsalı daha səmərəli şəkildə təşkil etmək məqsədilə müəyyən tədbirlər həyata keçirilir. Müəssisədə idarəetmənin təkmilləşdirilməsi, resursların planlaşdırılması və uçotun qurulması üçün İKT infrastrukturu yaradılıb, elektron sistem tətbiq edilib. Eyni zamanda, fermerlərin elektron reyestri yaradılıb ki, hər il “Azərsky” peykinin təsvirləri əsasında pambıq əkini sahələrinin monitorinqləri aparılır, pambıq əkilən sahələr naturada ölçülərək, xəritələşdirilir və illər üzrə vahid coğrafi məlumat bazası formalaşdırılır. “Azərpambıq ASK” MMC-nin Ağcabədi rayonunda yerləşən Pambıq İstehsalı və Emalı Zavodu yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işlərinin həyata keçirilməsi üçün bu sahədə böyük təcrübəsi olan və ölkədə bir neçə pambıq emalı zavodunun qurulmasında iştirak edən Türkiyə şirkəti ilə danışıqlar aparılıb və bu danışıqların müsbət nəticəsi olaraq zavodda Türkiyə istehsalı olan yeni avadanlıqlar qurulub, müəssisədə infrastruktur tamamilə yenilənib. Yenidənqurmadan sonra zavodun xam pambıq emalı gücü gündəlik 28 tondan 200 tona çatdırılıb, müasir avadanlıqlar sayəsində xərclərə qənaət edilib, emal nəticəsində əldə olunan pambıq-mahlıcın təmizlik dərəcəsi artıb və məhsulun keyfiyyəti xeyli yaxşılaşdırılıb.

“Azərpambıq ASK” MMC-nin Saatlı rayonunda yerləşən Pambıq İstehsalı Emalı Zavodunda aparılan təmir-bərpa və yenidənqurma işləri çərçivəsində quruducu, təmizləyici və emal avadanlıqlarının yenilənməsi nəticəsində müəssisənin gündəlik emal gücünün 30 tondan 167 tona çatdırılması gözlənilir. İstehsal həcminin artması və eyni zamanda, daha keyfiyyətli məhsulun əldə olunması müəssisənin gəlirliyinə müsbət təsir göstərəcək. Zavodun tam gücü ilə işə düşməsindən sonra Cəmiyyətin Salyan, Sabirabad və İmişli rayonlarında yerləşən məntəqələrində də tədarük olunmuş xam pambıq həmin müəssisəyə qəbul olunaraq, emal olunacaq. Qeyd olunan yenidənqurma işləri “Azərpambıq ASK” MMC-nin ötən il əldə olunmuş mənfəəti hesabına həyata keçirilir. Ümumilikdə, emaldan alınan mahlıc və digər məhsulların keyfiyyətinin yüksəldilməsi üçün Ağcabədi, Beyləqan, Biləsuvar və Saatlı pambıq istehsalı və emalı zavodlarına təbii qaz xətləri çəkilib və texnoloji proses nisbətən təkmilləşdirilib, zavod və məntəqələrdə infrastrukturun yaxşılaşdırılması, zəruri istehsalat vasitələri ilə təchizat, o cümlədən taya yerlərinin təmir-bərpa işləri təmin edilib, Tərtər məntəqəsinin yeni inzibati binası istifadəyə verilib.

Son 4 il ərzində “Azərpambıq ASK” MMC tərəfindən 29 min hektar sahədə pambıq əkini aparılıb. Məhsuldarlıq 1,5 dəfə artırılıb. Belə ki, 2018-ci ildə orta məhsuldarlıq 19,5 sentner olduğu halda, 2020-ci ildə 28 sentnerdən artıq olub. Xam pambıq tədarükü 2018-ci ildə 56 min 566 ton, 2019-cu ildə isə 80 min 542 ton, 2020-ci ildə 92 min 783 ton təşkil edib.

“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq 2018-ci ildə Balakən rayonunda tutumu 9 ton olmaqla İtaliya texnologiyaları əsasında 60 ədəd müasir qurutma kamerası olan müasir Tütün İstehsalı və Emalı Kompleksi yaradılıb. 2019-cu ildə isə Şəki rayon tütünqurutma kompleksinin genişləndirilməsi və müəssisənin emal potensialının gücləndirilməsi məqsədilə məntəqədə əlavə 30 ədəd müasir odla qurutma kameraları quraşdırılıb, anbar binası, köməkçi binalar, çeşidləmə zonası, altıaçıqlar inşa edilərək yeni məntəqənin yaradılması təmin edilib. Ümumilikdə, bu gün Balakən, Zaqatala, Qax və Şəki rayonlarında 266 ədəd müasir odla qurutma kamerası, anbar və ofis binaları, texnoloji avadanlıqlar, aqrotexnika parkı, habelə digər zəruri infrastruktura malik 4 ədəd Tütün İstehsalı və Emalı Məntəqəsi vardır, Zaqatala rayonunda isə bir Tütün Emalı Zavodu fəaliyyət göstərir.

“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”dan irəli gələn vəzifələrin və tapşırıqların icrasını nəzərə alaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən yerli və ya xarici məsləhətçilər cəlb edilməklə “Azəripək” MMC-nin gələcək fəaliyyəti barədə xüsusi istehsal və marketinq strategiyasının hazırlanması barədə qərar qəbul olunub. Bu məqsədlə, Kənd Təsərrüfatı Nazirliyi və Korporasiyanın nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb. Keçirilən açıq tender proseduruna Hindistan, Kanada, ABŞ, Türkiyə və İtaliyadan 6 beynəlxalq şirkət cəlb olunub. Tender komissiyasının və İşçi qrupunun qiymətləndirilməsi nəticəsində tenderdə konsorsium şəkilində iştirak edən ABŞ-ın “Werner International” və Türkiyənin “TSKB Sürdürülebilerlik danışmanlığı A.Ş.” şirkəti qalib seçilib. “Azəripək” MMC-nin strategiya planının hazırlanması prosesi yekunlaşaraq, strategiya İşçi Qrupuna təqdim edilib. Hazırda məsləhətçi şirkətin nümayəndələri ilə İşçi Qrupu və müəssisənin əlaqəli departamentləri arasında strategiyanın hər bir bölməsi üzrə müvafiq olaraq müzakirələr aparılır.

“Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında əməkdaşlığın inkişafı üzrə Tədbirlər Planı”nın 11-ci bəndi üzrə Azərbaycanda ipəkçiliyin və baramaçılığın inkişaf etdirilməsi, Cəmiyyətin törəmə müəssisəsi olan “Azəripək” MMC-də barama emalının və istehsalat prosesinin təkmilləşdirilməsi, həmçinin ipəkçilik məhsullarının istehsalı və satışı istiqamətində qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi məqsədilə Azərbaycan Sənaye Korporasiyası” ASC və “Uzbekipeksanoat” Assosiasiyası ilə memorandum imzalanıb. Əməkdaşlıq çərçivəsində “Azəripək” MMC-nin müvafiq istehsal xətlərinin zəruri ehtiyat hissələri Özbəkistandan təchiz edilərək, müəssisənin bir sıra istehsal və emal avadanlıqlarının təmir-bərpa işləri aparılıb. Hazırda bu istiqamətdə işlərin davam etdirilməsi, habelə istehsalat prosesinin optimallaşdırılması istiqamətində qarşı tərəflə birlikdə müvafiq tədbirlər həyata keçirilir. Belə ki, müəssisənin baramaaçan avadanlıqlarının istehsal gücünün artırılması, istehsal olunan xam ipəyin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azəripək” MMC və “Golden Silk” MMC arasında bağlanmış müqaviləyə əsasən baramaaçan avadanlıqlar, eləcə də yan məhsulların (vata) təkrar emalı üçün alınaraq müəssisəyə gətirilmiş ehtiyat hissələrinin quraşdırılması, müəssisənin istehsal avadanlıqlarının modernizasiyası, emal prosesinin optimizasiya edilməsi istiqamətində fəaliyyət davam edir.

Yeni vata məhsulu emalı sexinin yaranması ilə “Azəripək” MMC-də istehsal olunan məhsulların sayı artaraq, nəticədə istehsalın şaxələnməsinə səbəb olub. Müəssisə istehsal etdiyi xam ipək, kəlağayı məhsulları ilə birgə vata məhsulunun da yüksək keyfiyyətdə beynəlxalq bazara çıxarılmasına nail olub. Özbəkistan tərəfi ilə görüləcək tədbirlər nəticəsində “Azəripək” MMC-nin istehsal gücünün iki dəfəyə qədər artırılması, emala yararsız baramadan müvafiq malların istehsalının təşkili, habelə ipək xalça, digər ipəkçilik məhsulların istehsalı və satışı istiqamətində əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.

“Azərbaycan Sənaye Korporasiyası” ASC tərkibində olan törəmə müəssisələrin sağlamlaşdırılması və inkişaf etdirilməsi yolu ilə qeyri-neft sektorunun iqtisadiyyatın inkişaf mərkəzinə çevrilməsi yönündə ölkə iqtisadiyyatına gərəkli töhfələrini verir. Bu baxımdan müasir dünya ticarətinin tələblərinə uyğun innovativ üsulları tətbiq etməklə ixrac potensiallı məhsulların istehsalı və onların dünya bazarlarına ixracının artırılmasına nail olmaq istiqamətində ciddi işlər görülür.

“Azərbaycan Sənaye Korporasiyası” ASC yaranmasının dördüncü ilində ölkə rəhbərliyi tərəfindən göstərilən etimad və qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlməyə çalışaraq, ölkəmizə var qüvvəsi ilə xidmət edəcək və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarımızın inkişafı, tərəqqisi naminə əzmlə fəaliyyətini davam etdirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO