AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN MÖVQELƏRİ ATƏŞƏ TUTULMUŞDUR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 8-də saat 20.30-dan 20.35-dək Noyemberyan rayonunun Berdavan kəndinin ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Qazax rayonunun Kəmərli kəndi ərazisində yerləşən mövqelərini, saat 22.00-dan 22.50-dək və iyunun 9-u saat 01.03-dən 01.08-dək fasilələrlə Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 01.40-dan 01.55-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:18]
Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb
- 10.06.2026 [15:48]