Azərbaycan şirkətləri ixrac müqavilələri imzalayıb
Bakı, 14 oktyabr, AZƏRTAC
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə Rusiyada 19 mindən çox mağazanı əhatə edən, ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən biri olan “X5 Group” və Azərbaycan şirkətləri arasında ixrac müqavilələri imzalanıb.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, bu ilin mayından indiyədək “X5 Group” Azərbaycanın “Aznar”, “Aqroazərinvest”, “Göygöl Şərab”, “Abşeron Şərab” və “TAC” şirkətləri ilə nar şirəsi, şərab və alkoqolsuz içkilərin Rusiyaya ixracı ilə bağlı müqavilələr imzalayıb. Artıq bir neçə müqavilə üzrə ixraca başlanıb.
Xatırladaq ki, bu ilin may ayında “X5 Group” nümayəndələrinin Azərbaycana səfəri zamanı AZPROMO-nun təşkilatçılığı ilə ölkəmizdə qida sənayesində fəaliyyət göstərən yerli şirkətlərin istehsal etdiyi məhsulların sərgisi keçirilib. “X5 Group” Rusiyada “Pyaterochka”, “Perekrestok”, “Karusel”, “Chizhik” kimi ticarət şəbəkələrini, həmçinin “Vprok.ru”, “Many Salmon” və “5Post” rəqəmsal biznesləri idarə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]