İQTİSADİYYAT
Azərbaycan Tbilisidə keçirilən beynəlxalq maliyyə forumunda təmsil olunur
Tbilisi, 2 noyabr, AZƏRTAC
Noyabrın 2-də Tbilisidə dördüncü Beynəlxalq Dayanıqlı Maliyyə Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Gürcüstan Milli Bankı (MBQ), Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) birgə təşkilatçılığı ilə keçirilib.
Şəxsi və virtual iştirakla hibrid formatda təqdim olunan forumda dünyanın 55 ölkəsindən 300-dən çox nümayəndə iştirak edir.
Azərbaycanı bu tədbirdə Maliyyə Nazirliyinin nümayəndələri təmsil edirlər.
Gürcüstan Milli Bankının rəhbəri Koba Qvenetadze çıxış edərək, MBQ-nin Dayanıqlı Maliyyə nailiyyətlərindən danışıb, ölkəsinin SBFN-ə qoşulmasının beşinci ildönümünü qeyd edib. Bildirib ki, dünyada dayanıqlı maliyyəyə maraq durmadan artır. Gürcüstan bu quruma qoşulmaqla özünün dayanıqlı maliyyə sistemini formalaşdırır.
IFC-nin Dayanıqlılıq və Gender məsələləri direktoru Mary Porter Peschka çıxışında "İqlim böhranının həlli və COVID-19 pandemiyasından" daha yaxşı bərpa etmək üçün davamlı milli və qlobal maliyyə sistemləri yaradılmalıdır.
Azərbaycan nümayəndə heyətinin üzvü, təmiz texnologiyalar və dayanıqlı inkişaf üzrə xidmətlər meneceri Fidan Sadıqlı Azərbaycanda bank sektorundan və maliyyə sistemində həyata keçirilən layihələr və islahatlar barədə məlumat verib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi