Azərbaycan Tibb Universitetində Novruz bayramı qeyd edilib
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Tibb Universitetində (ATU) Novruz bayramı münasibətilə tədbir keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu tarixi bayramın ölkə üçün əhəmiyyətindən danışıb. Novruz bayramının bir çox ölkələrdə də təbliğ olunduğunu deyən rektor universitetin tələbə-müəllim kollektivini təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
Novruz şənliyi bədii hissə ilə davam edib.
Tədbir universitetin himninin səsləndirilməsi ilə başa çatıb.