AZƏRBAYCAN TRASEKA NƏQLİYYAT DƏHLİZİ İLƏ DAŞIMALARDAN 130 MİLYON MANATDAN ÇOX GƏLİR ƏLDƏ ETMİŞDİR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan 2008-ci ilin ilk yeddi ayında Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizində daşımalardan 130,8 milyon manat gəlir əldə etmişdir.
Dəhlizin Azərbaycan hissəsində 24,3 milyon ton yük, 96,7 milyon nəfər sərnişin daşınmışdır. Yük daşınmasında dəmir yolu nəqliyyatı 54,7 faiz, avtomobil nəqliyyatı 31,3 faiz, dəniz nəqliyyatı 14 faiz paya malik olmuşdur.
Daşımalardan 130,8 milyon manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz çox gəlir əldə edilmişdir. Artım dəmir yolu nəqliyyatında 10 faiz, dəniz nəqliyyatında 16,9 faiz, avtomobil nəqliyyatında 10,3 faiz səviyyəsində müşahidə olunmuşdur.
Dəhlizdə bu nəqliyyat növləri ilə daşınmış yüklər ölkənin nəqliyyat sektorunda daşınmış bütün yüklərin 26,9 faizini təşkil etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [15:24]
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]
Dünya bazarında qızıl və gümüş bahalaşıb
- 14.06.2026 [09:17]
Dünya birjalarında neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]