AZƏRBAYCAN-TÜRKİYƏ ƏMƏKDAŞLIĞINA DAİR MÜZAKİRƏLƏR APARILMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 10-da Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının baş komandanı, general-leytenant Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə qarşılıqlı əməkdaşlıqla bağlı müzakirələr aparılmışdır.
Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti həmin gün Qala Tədris Mərkəzi ilə tanış olmuşdur.