Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Çexiya prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

Azərbaycan və Çexiya prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

Bakı, 17 may (AZƏRTAC). Mayın 17-də Azərbaycan-Çexiya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Çexiya Prezidenti Vatslav Klaus mətbuata bəyanatlarla çıxış etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyevin

bəyanatı

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Bir daha deyirəm, xoş gəlmisiniz. Bu, ölkəmizə Sizin ilk rəsmi səfərinizdir. Əminəm ki, səfərin müsbət nəticələri olacaqdır. Biz ikitərəfli gündəlikdə duran mövzular, regional məsələlər, o cümlədən Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üzrə geniş müzakirələr apardıq. Tərəflər arasında yüksək səviyyədə qarşılıqlı anlaşma mövcuddur. Ölkələrimiz arasında siyasi münasibətlər uğurla inkişaf edir. Çexiya Respublikası Prezidentinin Azərbaycana rəsmi səfəri daha da güclənən siyasi dialoqun göstəricisidir və digər sahələrdə də münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı imkan yaradır. İqtisadi əlaqələrin inkişafına hər iki tərəf böyük maraq göstərir. Bu gün biz Çexiya-Azərbaycan biznes forumunda iştirak edəcəyik. Bilirəm ki, Çexiya iş adamlarından ibarət böyük nümayəndə heyəti cənab Prezidenti müşayiət edir. Əminəm ki, işgüzar dairələr birgə işləmək üçün bir çox imkanlar əldə edəcək, sərmayə və birgə layihələrin həyata keçirilməsi imkanlarını araşdıracaqlar.

Münasibətlərimizin, həmçinin regional ölçüsü də vardır. Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, həmçinin ikitərəfli münasibətlərimizin bir hissəsidir. Biz Çexiya tərəfinə Avropa İttifaqı- Azərbaycan tərəfdaşlığına verdiyi dəstəyə görə olduqca minnətdarıq. Hazırda biz “Şərq Tərəfdaşlığı” Proqramında iştirak edirik və ümidvarıq ki, bu proqram nəticəsində Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər daha da sıx olacaqdır. Enerji əməkdaşlığımız ikitərəfli gündəliyimizin bir hissəsidir. Çox şadıq ki, Azərbaycanın karbohidrogen resursları artıq Çexiya Respublikasının bazarına çıxarılır. Ümidvarıq ki, bu əməkdaşlıq növbəti illərdə daha da artacaqdır. Hazırda biz neft ixrac edirik, lakin gələcəkdə qaz sektorunda da əməkdaşlıq ikitərəfli münasibətlərimizin bir hissəsi olacaqdır. Xüsusilə nəzərə alsaq ki, bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub” qaz dəhlizi haqqında birgə Bəyannamə imzalandı. Avropanın enerji təhlükəsizliyi və Avropa ilə enerji əməkdaşlığı Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığının gündəliyində daim duran məsələlərdir.

Bu gün biz, həmçinin regional məsələləri, o cümlədən regional əməkdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə etdik. Mən cənab Prezidentə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və danışıqlar prosesi haqqında məlumat verdim. Uzun illərdir ki, Azərbaycan əraziləri işğal altındadır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində 1 milyon azərbaycanlı qaçqın vəziyyətinə düşüb və ərazimizin 20 faizi 20 ildir ki, işğal altındadır. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində erməni silahlı qüvvələrinin ərazilərimizdən qeyd-şərtsiz və dərhal çıxarılması tələb edilir. Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra olunmamış qalır. ATƏT-in qərarları, Avropa Parlamentinin, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qətnamələri eyni tərzdədir və eyni məna daşıyır. Münaqişə beynəlxalq hüququn normaları əsasında həll olunmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bundan sonra regionda sülh bərqərar olunacaqdır. Yenə də təkrar etmək istəyirəm ki, mən cənab Prezidentə danışıqlar prosesi haqqında məlumat verdim. Ümidvar olduğumu bildirdim ki, münaqişə beynəlxalq hüququn normaları əsasında öz həllini tapmalıdır.

Ümumiyyətlə, bildirmək istəyirəm ki, ölkələrimiz arasında münasibətlər çox müsbətdir. Münasibətlərimiz olduqca güclü tərəfdaşlıq ruhunda inkişaf edir. Əminəm ki, cənab Prezidentin səfəri və səfərin nəticələri bu tərəfdaşlığı gücləndirəcək, biz tərəfdaşlıq və dostluğu daha da inkişaf etdirəcəyik. Cənab Prezident, bir daha xoş gəlmisiniz.

X X X

Çexiya Prezidenti Vatslav Klausun

bəyanatı

- Cənab Prezident!

Xanımlar və cənablar!

Mənə söz verdiyinizə görə təşəkkür edirəm. Cənab Prezident, dəvətinizə görə minnətdaram. Bu, mənim Çexiya Respublikasının Prezidenti kimi ölkənizə ilk səfərimdir.

Prezident Vatslav Klaus Azərbaycan dövləti başçısının iki ölkə arasında münasibətlərin yaxşı səviyyədə olması və dostluq xarakteri daşıması fikri ilə tam razı olduğunu vurğuladı. O, bunun aparılan danışıqlarda da özünü qabarıq büruzə verdiyini bildirərək dedi:

- Mən sadəcə onu təkrar etmək istəyirəm ki, ölkənizə səfərimlə Azərbaycan və Çexiya xalqlarına aydın işarə verirəm ki, biz Azərbaycan-Çexiya, Çexiya-Azərbaycan əlaqələrinin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni sahələrdə genişləndirilməsində olduqca maraqlıyıq. Bu, mənim üçgünlük səfərimin əsas məqsədi və marağını təşkil edir.

Cənab Prezident, biz buraya açıq ürəklə gəlmişik. Biz buraya ölkənizi daha yaxından tanımaq, anlamaq üçün gəlmişik.

Azərbaycanın son illərdə qazandığı nailiyyətlər barədə məlumatlı olduqlarını bildirən Çexiya dövlətinin başçısı paytaxt Bakı ilə yanaşı, regionlardakı inkişafı da görmək imkanından məmnun qaldıqlarını dedi. Prezident Vatslav Klaus Azərbaycan-Çexiya münasibətlərinin daha da inkişafı ilə bağlı bir sıra məsələlər barədə də fikirlərini diqqətə çatdıraraq bildirdi:

- Ermənistanla olan ağrılı münaqişədən xəbərimiz vardır və bu münaqişənin həllinə kiçik də olsa, öz yardımımızı etmək istərdik. Avropa İttifaqının son “Şərq Tərəfdaşlığı” Proqramına da xüsusi diqqət yetiririk. Çexiya Respublikası bu ideyanın ərsəyə gəlməsində təşəbbüskarlarından biri olub. İki il bundan öncə “Şərq Tərəfdaşlığı” Proqramı ilə bağlı Praqada görüş keçirildi və biz o zaman orada görüşdük. Cənab Prezident, Sizə həmin vaxt söz verdim ki, səfər edəcəyəm və budur, bu gün artıq buradayam. Cari ilin sonunda Varşavada keçirilməsi nəzərdə tutulan Şərq tərəfdaşlığı Sammitini səmimiyyətlə arzulayırıq. Ümid edirəm ki, bu tədbir Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətləri daha da inkişaf etdirəcəkdir.

Cənab Prezident, Sizi əmin edə bilərəm ki, ölkələrimiz arasında münasibətlər, o cümlədən Avropa ilə Azərbaycan arasında olan əlaqələr bizim marağımızdadır.

Çox sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya dünya bazarının dizelə olan tələbatını ödəyə biləcəkmi?

Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir

Azərbaycan Prezidenti: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü başlayıb YENİLƏNİB

BDYPİ-dən sürücülərə çağırış: Məcburi dayanma zamanı təhlükəsizlik tədbirlərini unutmayın

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir

NASA-nın roveri Marsda sübh şəfəqinin şəklini çəkib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

Çex nazir: Azərbaycanı mühüm strateji tərəfdaş hesab edirik

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

Şahin Babayev: Məqsədimiz regional logistika mərkəzinə çevrilməkdir

“ASAN xidmət”in süni intellekt təcrübəsi beynəlxalq konfransda təqdim olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür

Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon dollar olub

Azərbaycanın dövlət borcu iqtisadi siyasət üçün mövcud fiskal manevr imkanlarının göstəricisidir ŞƏRH

Mareska Premyer Liqada ilk 6 oyunun hamısında qələbə qazanan 4-cü baş məşqçi olub

Radek Spicar: Azərbaycanın bölgədə lider mərkəzə çevrilmək üzrə çox iddialı və maraqlı strategiyasını yaxından izləyirik

Türkiyənin müdafiə sənayesi şirkətləri xaricdə istehsal olunan elektromobillərə giriş qadağası qoyub

Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalayıb

Məktəblərdə vahid geyim forması: sosial bərabərlik və sağlam təlim mühiti

Bu il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsi 760 milyon dollar olub

Nazir: Səudiyyə Ərəbistanı istənilən şəraitdə fasiləsiz neft tədarükünü təmin edəcək

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

Cəmiyyəti tərəqqiyə aparan yol elmdən, maarifdən və azad düşüncədən keçir - Günay Qarayeva

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Dağ velosipedi üzrə ölkə kubokunun 3-cü mərhələsinin qalibləri bəlli olub

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Sloveniyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları dünyanın ən nüfuzlu alimləri siyahısında yer alıblar

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb