Azərbaycan və “Huawei Technology” arasında əməkdaşlıq perspektivləri dəyərləndirilib
Bakı, 8 sentyabr, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Huawei Technology” şirkətinin baş vitse-prezidenti Fillip Gan ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın rəqəmsal iqtisadiyyatın inkişafı, innovativ texnologiyaların tətbiqi və yaşıl transformasiya istiqamətlərində həyata keçirdiyi tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı, investisiya imkanlarının genişləndirilməsi, texnologiya transferinin təşviqi, insan kapitalının inkişafı, eləcə də lokal tədqiqat və inkişaf mərkəzlərinin yaradılması istiqamətlərində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Görüşdə, həmçinin rəqəmsal və yaşıl həllərin formalaşdırılması, onların iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi və bu istiqamətdə yeni əməkdaşlıq imkanlarının yaradılması məsələləri nəzərdən keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.09.2026 [18:09]
Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
- 08.09.2026 [17:56]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 08.09.2026 [17:30]