Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Macarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

Bakı, 11 noyabr (AZƏRTAC). Noyabrın 11-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstan Respublikasının Prezidenti Pal Şmitt mətbuata bəyanatlarla çıxış etmişlər.

 

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

Cənab Prezident, Sizi və nümayəndə heyətinizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Bu, Macarıstan Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Ona görə bu səfər tarixi xarakter daşıyır və çox şadam ki, səfər çox uğurlu keçir.

Bu gün keçirdiyimiz danışıqlar, apardığımız müzakirələr Macarıstan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu bir daha təsdiq edir. Doğrudan da aramızda çox gözəl siyasi əlaqələr vardır. Bu əlaqələr artıq sınaqdan keçibdir. Biz beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edirik və Sizin səfəriniz əlbəttə ki, siyasi əlaqələrə yeni təkan verəcəkdir. Mən bilirəm ki, Sizinlə birlikdə Azərbaycana biznes dairələrini təmsil edən böyük heyət gəlmişdir. Bu gün Macarıstan-Azərbaycan biznes forumu da keçirilir və əminəm ki, biznes dairələri arasında olan əlaqələr iqtisadi əməkdaşlığımıza da güclü təkan verəcəkdir. Çünki biz bu sahədə hələ işləməliyik. İqtisadi əməkdaşlıq siyasi əməkdaşlığın səviyyəsinə çatmalıdır. Əminəm ki, biznes forumun keçirilməsi bu işdə bizə kömək göstərəcəkdir.

Mən hesab edirəm ki, iqtisadi sahədə uğurlu əməkdaşlıq aparmaq üçün çox yaxşı imkanlar, perspektivlər vardır, ölkələrin potensialı da kifayət qədər güclüdür. Sadəcə, biznes strukturları bir-biri ilə daha da sıx əlaqədə olmalıdırlar. Əminəm ki, biz bu sahədə də gözəl nəticələri görəcəyik.

Bu gün müzakirə etdiyimiz məsələlərin arasında regional təhlükəsizlik məsələlərinə də toxunduq. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini mən Sizə ifadə etdim. Bizim mövqeyimiz beynəlxalq hüquq normalarına əsaslanır. Bizim mövqeyimiz beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlar əsasında formalaşmışdır. Bu münaqişənin həlli əlbəttə ki, yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında olmalıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilməlidir. Ermənistanın işğalçı qüvvələri Azərbaycanın torpaqlarından çıxarılmalıdır. Azərbaycan vətəndaşları öz doğma torpağına qayıtmalıdırlar. Məsələ ilə bağlı kifayət qədər böyük sayda qərarlar verilmişdir. Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz ədalətli mövqeyini bildirmişdir. Biz ümid edirik ki, tezliklə bu məsələ beynəlxalq normalar əsasında, Azərbaycanın ərazi bütövlüyü şərti ilə həllini tapacaqdır.

Biz bu gün, eyni zamanda, energetika sahəsində əməkdaşlığa da öz münasibətimizi bildirdik. Bu sahədə Macarıstan ilə Azərbaycan arasında əlaqələrin çox gözəl perspektivləri vardır. Mən ümid edirəm ki, yaxın illərdə bu sahədə, xüsusilə qaz sahəsində ölkələrimiz arasında əməkdaşlığın yeni formaları yaranacaqdır. Azərbaycan zəngin təbii ehtiyatlara malik olan ölkədir. Təşəbbüsümüzlə həyata keçirilən enerji layihələri nəinki bizim, eyni zamanda, region ölkələrinin enerji təhlükəsizliyini təmin edir. Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlığımız çox uğurludur. Azərbaycan nefti artıq bir neçə il ərzində Avropa bazarlarına çıxarılır və əminəm ki, qazla bağlı təşəbbüslərimiz də bizə eyni səviyyədə uğur gətirəcəkdir. Əlbəttə ki, enerji sahəsindəki əməkdaşlıq iki ölkə arasındakı əlaqələrə yeni təkan verəcəkdir. Mən çox şadam ki, ölkələrimizin enerji şirkətləri də çox sıx əməkdaşlıq edirlər. Bu əməkdaşlıq əlbəttə ki, ümumi Macarıstan-Azərbaycan əlaqələrinin inkişafına müsbət təsir göstərməkdədir.

Eyni zamanda, Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində, xüsusilə “Cənub” qaz dəhlizi ilə bağlı uğurlu əməkdaşlıq edir. Bu məsələ ilə bağlı bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında Bəyannamə imzalanmış, işçi qrupu yaradılmışdır. Hazırda işçi qrupunun nümayəndələri çox sıx əməkdaşlıq edərək “Cənub” qaz dəhlizinin reallaşması üçün səylərini göstərməkdədirlər. Bir sözlə, enerji sahəsindəki əməkdaşlıq bütövlükdə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafına müsbət təsir göstərəcəkdir. Bu əməkdaşlıq qarşılıqlı maraqlar üzərində qurulubdur. Əminəm ki, bu əməkdaşlığın çox gözəl gələcəyi vardır. Bununla bərabər, qeyd etməliyəm ki, bütövlükdə Avropa İttifaqı-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Macarıstan bütün dövrlərdə bu əməkdaşlığa öz dəstəyini vermişdir. Biz bu dəstəyi bu gün də hiss edirik və buna görə Sizə minnətdarıq.

Bu yaxınlarda “Şərq tərəfdaşlığı” sammiti keçirilmişdir və Azərbaycan sammitdə iştirak etmişdir. Bu sammit, əldə edilmiş nəticələr imkan verəcək ki, növbəti illərdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni mərhələyə qədəm qoysun. Bu əlaqələrin çox gözəl perspektivləri vardır. Bu əlaqələr qarşılıqlı maraqlar, qarşılıqlı hörmət və etimad üzərində qurulur.

Bu gün biz Sizinlə mədəniyyət, humanitar sahədə əməkdaşlığa da toxunduq. Bu sahədə əməkdaşlığın qədim tarixi kökləri vardır. Eyni zamanda, indiki dövrdə də bu sahədə əməkdaşlığımızın genişlənməsi üçün yeni imkanlar açılır. Bizim ölkələrin vətəndaşları bir-birini daha da yaxından tanımalıdırlar, daha da sıx təmasda olmalıdırlar. Əminəm ki, Sizin səfəriniz və bizim cəmiyyətlərə göndərilən çox gözəl və müsbət siqnal əlbəttə, insanlar arasındakı əlaqələrə də müsbət təsir göstərəcəkdir.

Bütövlükdə, cənab Prezident, qeyd etməliyəm ki, biz Macarıstan ilə əməkdaşlığa çox böyük əhəmiyyət veririk. Bir daha demək istəyirəm ki, bu əməkdaşlığın artıq gözəl tarixi vardır. Gələn il biz diplomatik münasibətlərimizin qurulmasının 20 illiyini qeyd edəcəyik. Münasibətlərimizin mahiyyəti və məzmunu da çox dəyərlidir. Ən önəmlisi ondan ibarətdir ki, perspektivlər də çox ümidvericidir.

Mən Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, bir daha Sizə “Xoş gəlmisiniz!” deyirəm.

 

Macarıstan Respublikasının Prezidenti Pal Şmittin bəyanatı

 

-Hörmətli cənab Prezident!

Hörmətli media nümayəndələri, xanımlar və cənablar!

Mən bir daha bəyan etmək istəyirəm ki, bu dəvətə görə Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Əslində bu elə bir fürsətdir ki, xalqlarımız bir-birinə daha da yaxınlaşır və öz aralarında daha sıx əlaqələr qururlar.

Cənab Prezident artıq Macarıstana səfər etmişdir. Bir il öncə Baş nazir Orban Azərbaycana səfər etmişdir. Bu səfərlər zamanı çox mühüm danışıqlar aparılmışdır.

Mən Macarıstan Prezidenti kimi Azərbaycana, müstəqil ölkənizə ilk səfər edirəm və mən burada tək deyiləm. Mühüm hökumət üzvləri, ölkəmizin işgüzar dairələrinin təmsilçiləri məni müşayiət edirlər. Mən dərin təşəkkürümü bildirirəm ki, burada biznes forum təşkil olunacaqdır. Mən şəxsən öz mövqeyimi bildirmək istəyirəm ki, biz münasibətlərimizin inkişafına çox ciddi şəkildə yanaşırıq.

Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, biz Birləşmiş Millətlər Təşkilatı çərçivəsində çox dostcasına, mehribancasına bir mübarizə apardıq. Biz də istərdik ki, qeyri-daimi üzvlüyə seçilək. Lakin Azərbaycanın qələbəsi, həmçinin bizim də ürəyimizcə oldu. Biz Azərbaycana sıx, yaxın tərəfdaş kimi yanaşırıq. Bizim mədəni köklərimiz vardır. Biz burada bir çox sözləri məhz bu sahəyə aid söylədik. Biz, həmçinin ikitərəfli münasibətlər çərçivəsində, Macarıstan ilə Azərbaycan arasındakı əlaqələr sahəsində və eyni zamanda, Avropa İttifaqı ilə münasibətlər sahəsində bir çox addımları atırıq. Biz bundan sonra da əlimizdən gələni edəcəyik ki, Azərbaycan xalqı mümkün qədər qısa müddət ərzində asanlıqla vizalar ala bilsin və səfərlər etsin. Mən çox şadam ki, bu danışıqlar sürətləndiriləcəkdir.

Biz bu gün çox mühüm danışıqlar apardıq. Əslində bizim görə biləcəyimiz işlər, xalqlarımız, azərbaycanlı dostlarımız üçün görəcəyimiz işlər əsasən kənd təsərrüfatı, suvarma, suyun təmizlənməsi sahələrindəki işlərə aid olan məsələlərdir ki, Macarıstanın bu sahədə böyük təcrübəsi vardır. Macarıstanda əczaçılıq sənayesi inkişaf etmişdir və biz çox istərdik ki, siz də müxtəlif tenderlərdə iştirak edəsiniz.

Mən xüsusilə qeyd etmək istəyirəm ki, hazırda, demək olar, bütün Avropanın diqqəti Bakıya yönəlib. Çünki hamı o ümidlə yaşayır ki, məhz bu marşrutda, buradan Avropaya çatdırılacaq enerji resurslarının marşrutlarında şaxələndirmə təmin olunacaqdır.

Mən mədəniyyət, idman, təhsil, elm sahələrindəki əməkdaşlığımızı da qeyd etmək istərdim. Mən cənab Prezidentin diqqətini bir fakta yönəltdim ki, biz hər il böyük, mühüm tədbirlər keçiririk. Onlardan biri qurultay adlanır və həmin tədbirdə dörddəbir milyon şəxs iştirak edir. Əslində həmin tədbirlər çərçivəsində biz öz ümumi köklərimizi müzakirə edirik. Hesab edirəm ki, ölkələrimiz arasında münasibətlər dostluğa əsaslanır.

Biznes sahəsində də əlaqələrimiz genişlənir və bizim üçün olduqca vacibdir ki, həmçinin insanlar arasında da yaxınlaşma olsun. Biz çox mühüm sazişlərin imzalanmasında iştirak etdik. İki ölkənin əməkdaşlığı bir sıra qanunverici sənədlərlə tənzimlənir. Bu gün imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir. Biz hesab edirik ki, bu, aramızda olan etimadı daha da gücləndirəcək və müvafiq qurumlar arasında əməkdaşlıq genişlənəcəkdir. Mən bundan sonra da qurumlarımızdan təkliflər gözləyirəm. Bu gün bizim növbəti danışıqlarımız olacaq. Mən parlamentin spikeri ilə, Baş nazir ilə görüşlər keçirəcəyəm.

Cənab Prezident, Sizə olduqca minnətdaram, Siz gözəl bir sürpriz hazırlamısınız. Bəstəkar Listin əsərlərinə həsr olunmuş konsert təşkil olunacaqdır. Biz Sizə çox minnətdarıq ki, Avropa musiqisinin təmsilçisinə bu qədər diqqətlə yanaşırsınız.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq