Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
Bakı, 13 iyul, AZƏRTAC
İyulun 13-də təhsil naziri Emin Əmrullayev Türkiyənin “Lokman Hekim” Universitetinin rektoru Bülent Gümüşelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı təhsil naziri qonaqlara Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat verib. İki ölkə arasında əməkdaşlıq perspektivləri də müzakirə edilib.