Azərbaycan WSIS Forumunda iştirak edir
Bakı, 16 may (AZƏRTAC). Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə mayın 16-da Cenevrədə başlanan İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin (WSIS - World Summit on the Information Society) qərarlarının yerinə yetirilməsi üzrə forumun işində iştirak edir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, Beynəlxalq Telekommunikasiya İttifaqı, YUNESKO, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) və bu qurumun İnkişaf Proqramı tərəfindən təşkil olunmuş tədbir informasiya-kommunikasiya texnologiyaları (İKT) cəmiyyətinin ən iri illik forumudur. BuradA BMT-nin ixtisaslaşdırılmış müəssisələri, hökumətlər, vətəndaş cəmiyyəti və İKT sahəsinin təşkilatları təmsil olunurlar.
Forumun əsas müzakirə mövzusu İKT-nin dünyanın sosial-iqtisadi inkişafına təkanvermə məqsədlərində roludur.
Tədbir İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin məqsədlərinin həyata keçirilməsi istiqamətində hərtərəfli müzakirələrdə iştirak etmək üçün geniş imkanlar yaradır.
E.Vəlizadə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin məqsədlərinin 2015-ci ilədək icra olunması istiqamətində tərəfdaşlıq və əməkdaşlığa həsr edilən, forum çərçivəsində bütün müzakirə və interaktiv sessiyaların əsas özəyini təşkil edəcək yüksək səviyyəli ümumi sessiyada çıxış edəcəkdir.
Mayın 20-dək davam edəcək forum, həmçinin geniş spektrli digər məsələlər üzrə interaktiv müzakirə və informasiya mübadiləsinə kömək edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [16:36]
Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib
- 09.09.2026 [15:54]
® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya
- 09.09.2026 [15:49]
® “Birbank Taksit” kartı sentyabrda daha çox qazandırır: 3 faiz əlavə bonus
- 09.09.2026 [15:18]