Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan xalqının qurtuluşdan Zəfərə gedən yolu

Azərbaycan xalqının qurtuluşdan Zəfərə gedən yolu

Bakı, 14 iyun, AZƏRTAC

1993-cü ilin iyununda Azərbaycanda yaranmış daxili siyasi böhran, hakimiyyətin fəaliyyəti ilə ictimai mənafelər və milli maraqlar arasında yaranmış son dərəcə dərin ziddiyyət, iqtisadi, hərbi və diplomatik uğursuzlar ölkəni geri dönüşü mümkünsüz görünən bir fəlakətə sürükləyirdi. Yaxınlaşmaqda olan bu fəlakətin miqyasını təsəvvür etmək üçün sadəcə 1991-ci ildə müstəqilliyin bərpasının elan edilməsindən 1993-cü ilin iyunun əvvəllərinə qədər baş verən hadisələrin xronologiyasına nəzər yetirmək kifayətdir. Azərbaycan dövləti uçurumun lap kənarında dayanmışdı və onu məhv etmək üçün kiçik bir təkan lazım idi. 1993-cü il iyunun 15-də Milli Məclisin iclasında çıxış edən ulu öndər Heydər Əliyev yaranmış böhrandan çıxış yolunu əks etdirən fikirlərini belə açıqlamışdı: “Mən burada Milli Məclisin iclasında, bu tribunadan üzümü bütün Azərbaycan vətəndaşlarına tuturam, bizim qardaşlarımıza, bacılarımıza, övladlarımıza tuturam və müraciət edirəm və bildirirəm ki, bizim respublika indi ağır vəziyyətdədir. Bizim ən böyük çətinliyimiz, bir də deyirəm, işğal olunan torpaqlarımızı geri qaytarıb Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etməkdən ibarətdir”. Ümummilli Liderin irəli sürdüyü milli qurtuluş fəlsəfəsinin tarixi-siyasi məzmununu ifadə edən bu fikirlərin uğurla həyata keçirilməsi Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini qoruyub saxlamağa imkan verdi. Yenicə müstəqillik əldə etmiş bir ölkə çox qısa vaxt ərzində dünyanın siyasi səhnəsində öz yerini möhkəmnləndirməyə müvəffəq oldu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

O bildirib ki, bu taleyüklü anda milli müstəqilliyimizi və dövlətçiliyimizi olmaqdan xilas edən məhz Azərbaycan xalqının müdrik qərarı oldu. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə dəvət olunması məhz bu baxımdan ictimai şüurun, ümumxalq təfəkkürünün ən mürəkkəb situasiyalarda verdiyi qərarların siyasi proseslərə təsirinin nəticələrinin ölçülməsi baxımından ciddi sosioloji araşdırmaların mövzusu ola bilər. 1993-cü il iyunun 15-dən sonra ölkədə baş verən proseslər, milli dövlət modelinin qurulması, güclü idarəçilik sisteminin, mükəmməl xarici siyasət strategiyasının, iqtisadi inkişaf xəttinin formalaşdırılması şübhəsiz ki, nəticə etibarilə Ulu Öndərin müdrik siyasi lider kimi mükəmməl obrazının ştrixlərini özündə ehtiva etməklə yanaşı, həm də Azərbaycan xalqının tarixi anlarda dəqiq qərar qəbul etmək bacarığının göstəricisidir. Yəqin ki, bu mühüm məqam tarixçilərin, siyasətçilərin və o cümlədən sosioloqların da apardığı tədqiqatların predmeti ola bilər. Çünki, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətini məhv olmaqdan xilas edən qurtuluş missiyası həm də ümumxalq şüurunun siyasi, mənəvi-psixoloji və iqtisadi böhranlara səbəb olan proseslərə reaksiyasının mühüm elementlərini özündə ehtiva edir. Bu cür reaksiyanı yalnız milli şüuru formalaşmış, etnik, mədəni, dini və tarixi kontekstlə yanaşı, həm də ortaq mənafe və maraqlara malik toplumlar göstərə bilər. 15 İyun-Milli Qurtuluş Gününün tarixi-siyasi əhəmiyyəti fikrimcə, həm də bu baxımdan xüsusi diqqətə layiqdir.

“SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş bir çox digər respublikalar kimi, Azərbaycan xalqı da öz milli dövlətçiliyini formalaşdırarkən qlobal maraqların toqquşmasından qaynaqlanan çağırış və təhdidlərlə üz-üzə qalmışdı. Bu təhdidlərdən biri də Ermənistanın təcavüzü nəticəsindən ərazisinin ölkə ərazisinin 20 faizinin işğalı ilə bağlı idi. Əlbəttə ki, Ermənistan cəmiyyətində yüzilliklər ərzində həyata keçirilən ideoloji təbliğatın nəticələri, eləcə də Ermənistan dövlət siyasətinin son dərəcə təcavüzkar, terrorçu və işğalçı məzmunu keçmiş Qarabağ münaqişəsini şərtləndirən əsas faktorlar kateqoriyasında xüsusi yer tutur. Lakin burda həm də qlobal oyunçuların geosiyasi maraqları, SSRİ-nin süqutu nəticəsində yaranmış yeni siyasi reallıqlardan qaynaqlanan mənafelər mübarizəsinin diktə etdiyi şərtlər öz rolunu oynamışdı. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyata keçirdiyi siyasət isə müəyyən məqamlarda və müəyyən həddə qədər bu yeni şərtlərə uyğunlaşmanı, mümkün və zəruri situasiyalarda isə həmin şərtləri dəyişməyi nəzərdə tuturdu. Bu gün Azərbaycanın əldə etdiyi uğurların əsasında məhz Ümummilli Liderin 30 il öncə qəbul etdiyi qərarların nəticəsi olaraq müəyyən olunmuş strateji xəttin uğurla davam etdirilməsi dayanır. İndi Azərbaycan 30 il öncəki ölkə və dövlət deyil. Ancaq Azərbaycan xalqı 30 il öncə olduğu kimi, bu gün də öz müdrikliyini, tarixinə və milli dəyərlərinə sədaqətini qoruyub saxlayır. Sadəcə bir fərq var, indi o qalib xalqdır. 1993-cü ildə öz böyük Liderini hakimiyyətə dəvət edən Azərbaycan xalqı onun müəyyən etdiyi yolun, siyasi və milli idealların təhlükəsizliyini, rifahını və gələcəyini təmin edəcəyinə 30 il bundan öncə olduğu kimi inanır. Azərbaycana 2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi Zəfəri qazandıran ən başlıca amil məhz bu inam, bu sədaqətdir. 15 İyun Milli Qurtuluş Gününün tarixi və ictimai-siyasi məzmunu həm də buna görə milli əhəmiyyət kəsb edir”, - deyə Ramin Məmmədov qeyd edib.

Ramin Məmmədov, həmçinin bildirib ki, ümummilli lider Heydər Əliyevin Milli Məclisin iclasında Azərbaycan parlamentinin sədri seçildikdən sonra çıxış edərkən ölkənin ərazi bütövlüyünün təmin olunmasını qarşıda duran ən böyük çətinlik kimi qiymətləndirmişdi. Bu həm də o demək idi ki, müasir Azərbaycan Respublikasının qurucusu olan böyük öndər ərazi bütövlüyü məsələsinin ən vacib milli hədəf, həllini gözləyən ən mühüm vəzifə kimi görürdü. Məhz onun qurduğu müstəqil Azərbaycanı Prezident İlham Əliyev bütün iqtisadi, siyasi, ideoloji parametrləri ilə beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutmuş güclü Azərbaycana çevirdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci ilin noyabrın 8-də xalqa müraciətində söylədiyi bu fikirlər indi bütün Azərbaycan xalqı üçün ən qiymətli və ən dəyərli sözlər kimi yaddaşlara həkk olunub: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!”. 1993-cü il iyunun 15-də başlayan Milli Qurtuluş yolu 2020-ci ilin noyabrın 8-də Azərbaycana öz tarixinin ən böyük Zəfərini yazmaq imkanı yaratdı. Məhz bu mənada əminliklə demək olar ki, Azərbaycan xalqı 8 noyabra gedən yolda ilk addımları məhz 1993-cü il iyunun 15-də atmışdı. Azərbaycan xalqının qurtuluşdan Zəfərə gedən yolu həm də Azərbaycan xalqının Zəfər tarixidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindərir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir

İdman tarixində bu gün: Həbib Nurməhəmmədov – Konor Makqreqor döyüşündən 8 il ötür

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb

Politoloq: Azərbaycanın siyasi və iqtisadi gücü nəticəsində bu gün artıq yeni gündəm formalaşıb

Xalq rəssamı Arif Hüseynovun əsəri Ankara Rəsm və Heykəltəraşlıq Muzeyinin daimi ekspozisiyasına daxil edilib

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib

IEA: Cənub-Şərqi Asiyada elektrik enerjisinə tələbat 2026-2030-cu illərdə orta hesabla 5,4 faiz artacaq

Bakı-Xankəndi velosiped yarışının gələn il üçün keçirilmə tarixləri müəyyənləşib

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb

Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

Britaniyada 2 qızıl medal qazanan gimnast: Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu

AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi”

"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb

Fransada lisey etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var

“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır

Şahin Mustafayev Rusiya Hökumətinin nümayəndələri ilə görüşüb YENİLƏNİB

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açıqlanıb

Almaniya səfiri: Bağlantılar tezliklə ikitərəfli iqtisadi münasibətlərimizdə energetikadan sonra ikinci yeri tutacaq

Sahibə Qafarova: İslam dünyasının qarşılaşdığı çağırışlar daha güclü əməkdaşlıq tələb edir

Laçında daha üç su elektrik stansiyası tikilir

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb

BMT QAK: 2025-ci ildə təxminən 5,8 milyon qaçqın uşaq təhsildən kənarda qalıb

Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır

Azərbaycan fərqli tərəflər arasında dialoq imkanları yarada bilən dövlətdir RƏY

Səməd Bəşirli: Alman şirkətlərinə təklifimiz sadədir - Azərbaycana gəlin, lakin daha geniş region üçün istehsal edin

“e-müqavilə” altsistemində imzalanan müqavilələrin məbləği 3 milyard manatı ötüb

Pakistanda poliomielitə yoluxanların sayı artır

Makron və Merts Aİ-nin ticarət müdafiəsi mexanizmlərini gücləndirməyi təklif ediblər

Seçmə mərhələ: Azərbaycan U-21 millisi Cəbəllütariqlə qarşılaşacaq

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

® “AccessBank” QSC UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir

Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Ən çox yağıntı Astaraya düşüb - faktiki hava

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 iyun tarixli 180 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib

“Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 11 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səməd Vurğunun oğlu: Atamın şair və şəxsiyyət kimi böyüklüyünü mən uşaqlıqdan hiss etmişəm

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Qaxda sürücülük hüququ olmayan gəncin törətdiyi qəza nəticəsində 17 yaşlı sərnişin ölüb

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

® İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu

Bu gün Ümumdünya Yaşayış Məskənlərinin Mühafizəsi Günüdür

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir

ABŞ hipersəs raketinin uçuş sınağını keçirib

Bu gün Ümumdünya Serebral İflic Günüdür

Dünya bazarında qızıl ucuzlaşıb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO