AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN SALYANDA BÖLMƏSİ YARADILMIŞDIR
AZƏRTAC Azərbaycan Yazıçılar Birliyinin ictimaiyyətlə əlaqə şöbəsinə istinadla xəbər verir ki, birliyin Salyan şəhərində bölməsi yaradılmışdır.
Bu münasibətlə keçirilən tədbiri rayon icra hakimiyyətinin başçısı Rasim Bəşirov açaraq cəmiyyətimizdə yazıçı və şairlərə göstərilən diqqətdən, Prezident İlham Əliyevin qələm sahiblərinə qayğısından danışmışdır.
Birliyin sədri, xalq yazıçısı Anar rəhbərlik etdiyi qurumun fəaliyyəti, onun bölmələrində aparılan işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan Yazıçılar Birliyinin fəalyyətə başlayan Salyan bölməsi, eyni zamanda, Neftçala, Şirvan, Hacıqabul rayonlarında yaşayıb-yaradan qələm adamlarını da bir araya gətirəcəkdir.
Birliyin birinci katibi, xalq şairi Fikrət Qoca, şair Oqtay Rza və başqaları tədbirdə çıxış edərək yeni yaradılmış quruma işgüzar fəaliyyət, yaradıcılıq uğurları arzulamışlar.
Namiq Hacıheydərli Yazıçılar Birliyi Salyan bölməsinin sədri seçilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]