Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsi Nəsimi - şeir, incəsənət və mənəviyyat festivalına hazırlaşır
Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin təşkilatçılığı ilə Buzovna qəsəbəsi, Ruhulla Axundov adına mədəniyyət evində fəaliyyət göstərən poeziya klubunun növbəti şeir məclisi dahi şair və mütəfəkkir İmadəddin Nəsimiyə həsr olunub.
Yazıçılar Birliyinin Xəzər bölməsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Xəzər bölməsinin sədri Arif Buzovnalı rəhbərlik etdiyi qurumdan 8 nəfərin festivala qatılacağını, iştirakçılar arasında böyük rəqabət olduğunu bildirib.
Tədbir festivalda iştirak edəcək gənc yazarların öz şeirlərini oxuması ilə davam edib. Onların şeirlərindəki qüsurlar diqqətə çatdırılıb, səhvlərin aradan qaldırılması istiqamətində müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:54]
Şuşa şəhərinin ərazisində yerləşən abidələrlə bağlı qanun sərtləşdirilir
- 12.06.2026 [12:28]
“Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə ilk seminar
- 11.06.2026 [20:50]
Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]