AZƏRBAYCAN YAZIÇISI FRANSA ORDENİNƏ LAYİQ GÖRÜLMÜŞDÜR
Fransanın Bakıdakı səfirliyində Azərbaycan yazıçısı və tərcüməçisi Hamlet Qocaya Fransanın “İncəsənət və ədəbiyyat” ordeninin təqdim edilməsi mərasimi olmuşdur. Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı, Milli Məclisin deputatı Anar, Birliyin katibi Fikrət Qoca, ölkəmizin yaradıcılıq birliklərinin nümayəndələri, Fransa səfirliyinin əməkdaşları iştirak etmişlər.
Yazıçı bu fəxri mükafata Azərbaycan-Fransa ədəbi əlaqələrinin inkişafına və möhkəmlənməsinə verdiyi sanballı töhfəyə görə layiq görülmüşdür. Hamlet Qoca Fransanın Gi de Mopassan, Albert Kamyu, Andre Morua kimi məşhur yazıçılarının əsərlərini Azərbaycan dilinə çevirmişdir. Yüksək mükafatı yazıçıya Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Şantal Puare təqdim etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:00]
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”
- 24.09.2026 [12:59]
Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]
“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]