Azərbaycana idxal olunan dartıcı və qoşquların sayı kəskin artıb
Bakı, 12 aprel, AZƏRTAC
Cari ilin I rübündə ölkəmizə idxal olunan dartıcı və qoşquların sayı kəskin artıb.
AZƏRTAC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təqdim etdiyi statistikaya istinadən xəbər verir ki, cari ilin birinci rübündə Azərbaycana idxal olunan dartıcıların sayı 1229, qoşqu və yarımqoşquların sayı 1208 ədəd təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə dartıcıların sayında 193 faiz, qoşqu və yarımqoşquların sayında isə 225 faiz artım qeydə alınıb. Belə ki, 2022-ci ilin birinci rübündə 420 dartıcı, 371 qoşqu və yarımqoşqu ölkəyə idxal olunub.
Beynəlxalq avtomobil daşımalarındakı inkişaf, milli daşıyıcıların bazar payının artırılması məqsədilə görülən tədbirlər bu sahəyə yeni sərmayələrin cəlb edilməsi ilə nəticələnib. Ölkəyə idxal olunan dartıcıların (TIR-ların) və qoşquların sayındakı kəskin artım bunun göstəricisidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]